Nizami GƏNCƏVİ İSKƏNDƏrnamə Şərəfnamə "Lİder nəŞRİyyat"



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə48/121
tarix02.06.2018
ölçüsü2,27 Mb.
#47021
növüYazı
1   ...   44   45   46   47   48   49   50   51   ...   121

Bir başı ucaltmaq istərsə dövran 

Kəməndə düşəcək boyun ucaldan.

Bir qoca eşşəkdən yıxıldı hinddə,

Ölənin oğluysa varlandı Çində.

Sel gəlib bir arxı pozarsa əgər,

Su axıb başqa bir çaya tökülər.

Sənə xəzinələr verərkən dövran 

incimə düşmənin yoxsulluğundan. 

Azadə bir şahsan, hələ gənc ikən 

Çalğım, qədəhi buraxma əldən, 

istəyə gəncliklə mümkündür çatmaq, 

Qocalıq gəldimi, axtar bir bucaq. 

Qocalıq çağında çərxin inadı 

Cəmşidə, Zöhhaka nələr qurmadı? 

Padşaha qocalıq gəldimi, bişəkk, 

Pərəstiş edənlər üz döndərəcək.

Əsrarı duyandır, seçər hər zaman 

Yaxşım yamandan, dostu düşmandan. 

Görüncə insam tanıyandır bu,

Hər kəsin qəlbinə çökəcək qorxu. 

Yıxmağa birlikdə edərlər tədbir, 

Deyərlər mənfəət verən deyildir.

Alət olmaq üçün istəklərinə 

Gənc bir şah qoyarlar onun yerinə. 

Onunçun Keyxosrov, həm də Keyqubad 

Şahlığı etmədi qocalıqda yad.

Şahlığı başqa bir şaha tərk etdi. 

Əlbürzün yolunu tutaraq getdi. 

Yeməkdən, içməkdən nəşə aldılar. 

Zəhərli qılıncı salim qaldılar".

Şah gördü Kəyandan yadigar olan 

Yaxşım, yamam seçir hər zaman. 

Yaxşım, yamam seçir, ayıqdır,

Döyüşdə sınanmış, sözü açıqdır. 

İskəndər bir daha sordu o pirdən: 

"Düşməm döyüşdə nə şeydir yenən?

Nə şeydir ordunu mətin saxlayan?

169


Nə şeydir ordunu qorxuya salan?” 

Davada sınanmış qoca namidar 

Dedi: ”O pəhləvan olur bəxtiyar 

Ki, səntək padşahın ordusundadır, 

Səninlə özünü bir ordu samr,

Uca fərmanınla bu zəif torpaq 

Səninçin bir möhkəm qələ quracaq. 

Eşitdim bir keçmiş döyüşçüdən mən: 

Ürək qüvvətlidir can qüvvətindən. 

Şahım, ordu çəkmək cəsarət istər, 

Heç aciz qalarmı igid hünərvər? 

Ordunu meydana çəkərkən gərək 

Padişah ummasın ondan bir kömək. 

Mətanət sənindir, kömək tanndan, 

Bunlardır ordunu mətin saxlayan. 

Düşməm yenərkən unutma bunu: 

Bağlama düşmənin qaçmaq yolunu.. 

Ümidin qınlsa, ürəkdən çalış,

Mərdin qulağım buran olmamış. 

Uğurlu zamanda zəfər gözləyən 

Düşmən qorxusunu silsin könüldən. 

Zal oğlu söyləmiş mərd Fəramərzə:

- Könlünü qırma, sal Əlbürzə lərzə. 

Bəhmənə söyləmiş həm isfəndiyar:

- Qəlbim qırmayan bir ordu qırar. 

Çünki öz qəlbim qırmışdı Dara. 

Qanını qorxaqlıq tökdü daşlara. 

Qorxulu ürəklə meydana girdi, 

Lakin qorxusunu o gizlədirdi. 

Qəlbinə bir işıq salmadı dövlət,

Oldu bu döyüşdə torpağa qismət.” 

İskəndər yemdən soruşdu ondan: 

”Ey illər yaşamış qoca pəhləvan, 

Eşitdim, Zal oğlu atın belində 

Tək həmlə edərmiş dava çölündə.

170


Özünü orduya vurduğu zaman 

Qaçardı ordular qarşı durmadan.

171


Səbəb nə, kəskin bir qılıncdan belə 

Qorxaraq bir ordu dağılır çölə?” 

Gözəlcə bir cavab verdi pəhləvan: 

"Söylərkən dilimiz dönər çox zaman

162

, 

Doğrudur, Rüstəmin qurduğu tədbir 

Ən igid ərləri dənlərdi bir-bir,

Başçılar düşüncə qara torpağa 

Ordu da qorxaraq başlar qaçmağa. 

Kim ki təkbaşına bir ordu yenər.

Belə bir tədbirlə qazanar zəfər.

Doğrusu inanmaz buna bir insan, 

Böyük ordu qaçsın tək bir atlıdan." 

İskəndər yenə də soruşdu ondan:

"Bu sirri aç mənə, qoca pəhləvan, 

Neçin Fəramərzi öldürdü Bəhmən? 

Qanına boyadı o mərdi nədən?

Etməsin deyə bu ocağa zərər,

Nəsihət vermədi neçin möbidlər?"

Belə cavab verdi sınaqlı kişi:

"Bəhmən əndahatək gördü bu işi. 

Azdırdı yolundan fələk Bəhməni, 

Əndabanın ağzı oldu vətəni.

Ağaca baltam vurdu pəhləvan.

Aynldı tacından, qızıl taxündan.

Ayağı batmışdı bu qədər qana.

Səadət gülməzdi belə insana".

Necə ki, küləkdən bir yarpaq titrər,

Bu sözdən titrədi, əsdi İskəndər.

"Bu körpü asanca keçilməz" dedi. 

Daranın qamndan dəhşətə gəldi. 

Gövhər xəznəsindən qoca pəhləvan 

istədi bəndləri açsın durmadan. 

Anlatsın dünyanın bu gedişindən. 

Cahangirə layiq hər bir işindən. 

Padşahı bir qədər öydükdən soma, 

Pəhləvan ərz etdi o tacidara:

"Bu dünyanın mülkü bənzər bir bağa,

172


Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə