Nizami GƏNCƏVİ İSKƏNDƏrnamə Şərəfnamə "Lİder nəŞRİyyat"


Qurtardı dünyam xərabəlikdən



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə50/121
tarix02.06.2018
ölçüsü2,27 Mb.
#47021
növüYazı
1   ...   46   47   48   49   50   51   52   53   ...   121

Qurtardı dünyam xərabəlikdən, 

Dövründə bu dünya oldu bir gülşən, 

Onun hökmü ilə dövr etdi cahan, 

Dünyam saxlayar ağıllı insan.

ISKƏNDƏRIN 

İRAN ATƏŞKƏDƏLƏRİNİ 

DAĞITMASI

Nəşədən, bu coşğun şənlikdən, saqi, 

Dur, şərbət hazırla aşiqsayağı!

Füsunlu şərbəti susuza ver sən, 

Susuzlar dönərmi meydən, şərbətdən?

Şahanə məclisdə, ey sınaqlı pir,

Odda yandırmağa üzərlik gətir!

Bəd nəzərlər baxır, işlə məşğulam, 

Yaman gözlərdən də yaman qorxuram. 

Könlüm üzərliktək yanarsa əgər, 

Üstümə düşərmi, söylə, bəd nəzər? 

Yolkəsən qorxusu Həddən ziyada, 

Xoşbəxtdir bilməyən bunu dünyada.

Bu necə həyatdır, hər yam qorxu,

Hər tərəf fəlakət, hər tərəf cadu.

Ayaq bu pillədən uzaq qoyulsun,

Bu qanlı qazana qapaq qoyulsun.

Köhnə dastanları rəvayət edən 

Belə nəql eləyir uzaq keçmişdən: 

Diniylə atəşə çöküncə dehqan,

Həm atəş söndü, həm ona inanan

166

, 

irana əmr etdi böyük İskəndər: 

Atəşpərəstlikdən etsinlər həzər,

Üz çevirsinlər qoy köhnə ayinə,

Pərəstiş etsinlər Xosrov dininə. 

Muğlann paltarı oda qalansın,

Bu atəşkədələr atəşdə yansın.

176


iranda adətdir keçmişdən bəri: 

Atəşkədə idi alimlər yeri.

Orda saxlanardı sərvət, xəzinə, 

Düşməsin başqa bir şəxsin əlinə.

Hər sonsuz varlı da, "savabdır" deyə, 

Malım qoyardı atəşkədəyə.

Ölkələr düşmüşkən dərmansız dərdə, 

Bir xəzinə idi hər atəşkədə.

Onlan kökündən yıxdı İskəndər. 

Xəzinə axıtdı bir dəniz qədər.

Hər atəşkədənin keçsə yanından, 

Yıxaraq xəzinə yığırdı ondan. 

Muğlarda belə bir azar da vardı,

Hər ilin başında bir qız alardı 

Novruz ilə Səddə bayramlarında

167

 

Ayinlər yemdən olurdu bərpa.



Ər üzü görməmiş gəlinlər, qızlar 

Evindən sevinclə dişan çıxar.

Əllər al xınalı, üzlər bəzəkli 

Hər yandan gəlirdi coşğun ürəkli. 

Önündə al şərab hər üzü lalə 

Muğlarla üz-üzə vurar piyalə.

Atəşdən, möbidin əfsunlanndan, 

Tüstüdən don geyər uca asiman, 

işləri keyə, işrət, şux dilbər idi,

Ölkə başdan-başa əfsunkər idi. 

Sehirdən başqa bir çıraq yandırmaz, 

Əfsanədən başqa bir bilik qanmaz.

Hər bir qıvnm saçlı, gəlişi gözəl 

Ayaq yerə döyər, şappıldadar əl. 

Əlində sərv kimi güldən bir dəstə, 

Sərvi də bənzərdi çiçəkpərəstə.

Hər il qızlar bu gün axır hər yandan, 

Verirlər bu geniş işrətə meydan.

Hər kəs ayn-ayn məclis qururdu,

Hər məclis olurdu yüz fitnə yurdu. 

Sözündə çox möhkəm durdu İskəndər,

177


Dünyadan silindi belə fitnələr.

Bircə padişahdan taxt alır şövkət,

Çox olsa pozulur möhkəm bir dövlət. 

Yüz şah olmaqdansa xoşdur bir nəfər, 

Yağış çox yağarsa ziyanlıq verər.

Ağıllı İskəndər vermişdi fərman: 

Muğlann ayini qalxsın ortadan, 

ismətli, örtülü hər gəlin, hər qız 

Üzünü ərinə göstərsin yalnız.

Fitnəm, hiyləm qovdu hər yerdən, 

Muğlan dağıtdı meyxanələrdən. 

Dünyadan sildi hər bulanıq dini, 

Saxladı ən doğru dini-ayini, 

iranda əmriylə söndü hər yerdə 

Həm köhnə zərdüştlük, həm atəşkədə. 

Dövlətli məcuslar "adətdir" deyə, 

Xəzinə vermədi atəşkədəyə.

Üzü nur çiçəyi, hər nazlı gözəl 

Atəş gülşənindən artıq çəkdi əl.

Atəş ayinini qaldırınca şah,

Hər atəşpərəstdən göyə çıxdı ah. 

İskəndər əmr etdi: - Bu ölkə - torpaq 

Tanrıya pərəstiş eyləsin ancaq.

Sığınsın hamısı ulu tanrıya,

Çevirsin arxa bu günəşə, aya.

Elə ki, iranı ovcunda gördü,

O geniş meydanda aüm sürdü.

Zəfərlə qol-boyun oldu tacidar,

Nə gözəl söyləmiş incə sənətkar:

Sən yeni bir qanun hökmüncə məndən 

Başqa rəmz eşitmək arizu etsən, 

Qulağından çıxar köhnə pambığı,

Aç yeni qumaşla dolu sandığı.

Ağıllı kəslərdən bilsən nə qədər 

Bu yolda eşitdim dəyərli sözlər.

Əhmə hər çeşid tarix topladım, 

Gözümdən hərfi də mən buraxmadım.

178


Hər yırtıq vərəqdən toz silə-silə,

O (lağıııq xəznəni topladım belə.

Bu gizli əsrarlı kimiyalərdən 

Yaratdım ən incə, gözəl bir məxzən. 

O farsca söyləyən bilikli qoca 

Belə nəql eləyir tarix boyunca: - 

Daranın taxtım alınca ələ 

Musildən tərpəndi öz ordusiylə. 

Zöhrətək Babildən parladı öncə, 

Haruti kəsləri təmizləyincə

168

,

Əmr etdi möbidlər yandıran odu 

Durmadan hünərlə söndürsün ordu. 

Zəndin əfsunlan aülsın suya,

Alınsın yaxud bir dəftərxanaya, 

ibrahim dinini doğru yol bildi,

Atəş tüstüsünü dillərdən sildi. 

Aqillər məsləhət gördülər ona: 

Oradan tərpənsin Azərbaycana. 

Gəlirkən hər yerdə ki, atəş gördü, 

Zəndi məhv eylədi, odu söndürdü.

O yerdə ki, alov çıxırdı daşdan, 

Məcuslar deyirdi "Özündənyanan." 

Yüzlərlə xidmətçi taxmış zər, zivər. 

Pərəstiş etməyə bağlamış kəmər. 

Əmr etdi, o köhnə atəşlər sönsün, 

Bir anda kömürə və külə dönsün. 

Hirbüdün oduna soyuq su tökdü, 

Çox hirbüd belini ikiqat bükdü

169

. 

Elə ki, o yerdə atəşlər söndü, 

İsfahana tərəf İskəndər döndü.

O gözəl, mh verən abad şəhərdə, 

Ürəyi sevinclər saçan o yerdə 

İskəndər oldu bir çiçəkli gülşən, 

Düşdü kam ardına ürəyi çox şən. 

Orda bir saray var incə naxışlı, 

Bahar bağçasından nazlı baxışlı, 

Məcuslar rəsmiylə Zərdüşt ayini

179


Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə