Nizami GƏNCƏVİ İSKƏNDƏrnamə Şərəfnamə "Lİder nəŞRİyyat"



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə46/121
tarix02.06.2018
ölçüsü2,27 Mb.
#47021
növüYazı
1   ...   42   43   44   45   46   47   48   49   ...   121

Elə bir igidə hörmət var, şan var, 

Bədəndən çıxınca dəyərli cövhər,

Ona öz qadım arxa çevirər.

Qorxunc bir küləkdən sönərsə çıraq, 

Nə fərqi, köşk olsun yeri, ya torpaq. 

Göydə ol, yerdə ol, fərqi yox bunun, 

Torpaqsan, yenə də torpaqdır sonun. 

Şor sudan torpağa düşərsə balıq, 

Ölüncə qannca yemidir artıq.

Dünya keçidinin qaydası budur, 

Gəldinsə dayanma, köçmək doğrudur. 

Birini ucaldar, atar ortaya,

Birinə "məclisdən qalx” deyər dünya. 

Göy günbəz altında gəl qurma büsat, 

Kəhrəba qələdə yaramaz nişat!

157

 

Üzünü kəhrəba kimi saraldar,



Əlbəsən lacivərd bir rəngə çalar

158

. 

Aslanlar şəhrinə düşən bir ceyran 

Qorxunc bir ölümü gözlər hər zaman. 

Köçməyə quş kimi qanad aç göyə, 

Şərabla məst olma "şən yerdir" deyə. 

Ildınmtək şığı, bu dünyam yax,

Ancaq bu dünyada durma, ol uzaq! 

Pərvanə, səməndər "od" deyə gedər, 

Birisi yorğalar, biri iməklər.

Arpanın yerinə çöp yedi eşşək,

Öldü sahibi də eşşək öləntək.

Bir dövlət şahıdır, ya şah dövləti,

Bir zəhmət yoludur və yol zəhməti. 

Kim bilir bu köhnə, bu qoca dünya 

Nələr gizlətmişdir mağarasında. 

Köhnə bir çuvaldır bu qat-qat torpaq, 

Xəzinə sevməyir səs-küy qoparmaq. 

Hər yeni kisədə qızıl səs verər,

Yeni küp dolduqca xoş nəfəs verər. 

Kim bilir bu divlər yurduna dövran 

Nə tarix yazmışdır yaxşı, yamandan?

161


Nə aqil kəslərlə oynamış oyun?

Nə dikbaş kəslərdən qoparmış boyun? 

Bu fələk səninlə deyildir canbir, 

Tikdiyi libaslar iki rənglidir.

Gah səni fiıiştə kimi yüksəldir,

Gah bağlar qolunu divlərlə əlbir.

Səni bir çörəklə anmaz gecələr,

Bir qoğal bağışlar göyə hər səhər.

Bu yeddi dəyirman başında neçin 

Boynunu bükürsən bir arpa üçün? 

Xızrtək belə bir ruzini gəl at,

Süd, xurma nə gərək, var abi-həyat! 

Bu vəhşi, yırtıcı, divxislət insan 

Səmimi dost deyil, uzaq ol ondan!

Hər maral ovçunun zülmündən qaçar, 

Yırtıcı vəhşidir hələ insanlar.

Çöldə şux bir ceyran düşməyir ələ. 

insandan sığınır dağa, köhülə.

Aslan ki, ormanda etmişdir məskən, 

Qorxaraq gizlənmiş insan şərindən, 

insanda insanlıq öləndən bəri 

itmiş insanlığın parlaq gövhəri, 

insanlıq nəqşini oxusan bir-bir, 

Bilərsən bugünkü insanlıq nədir. 

Bəbəyin qapağı neçin qaradır? 

insanlıq ölmüşdür, matəm saxlayır. 

Nizami, susmağa adət et, ancaq, 

Deyilməz sözləri danışma, burax!

Sən də kəs səsini, danışma daha,

Yat, ya da pambıqla qulağın tıxa! 

Lacivərd fələkdən ibrət al ban.

Al ilə aldır bu, sanyla san.

Yüz rəngə boyanar gecələr baxsan. 

Bahartək gündüzə qurar gülüstan. 

Günəşdən bir çeşmə doğunca səhər,

O da bir çeşmənin rənginə girər.

162


163


İSKƏNDƏRIN İRAN BAŞÇILARI İLƏ 

ƏHD-PEYMAN BAĞLAMASI

O meynə qanını, ey saqi, tez dur,

Od almış xəz kimi beynimə doldur! 

Etsin mey özümü unudan kimi, 

iki məğz yaratsın mənə dan kimi

159

.

Ey dövlət, hardasan, məni sevindir, 

Mehdi qapısında taxtım endir

160

. 

Mehdi hüzuruna endiyin zaman 

Bir salam gətir o, uca dərgahdan.

Bu dövlət onunçun sənə vermiş baxt 

Ki, təndən yaraşıq tapsın tacü taxt. 

Səninlə insanın üzü panldar,

Bu dünya tikməmiş sən kimi paltar. 

Tanrının adıyla doğan peykərsən, 

Gövhərlər içində vahid gövhərsən. 

Əlinə cilovu tapşırmaq olur,

Bizdəndir hər zəfər, sən mərdanə dur! 

Göstər ki, hardadır qapın, bazann 

Ki, olum hər zaman mən tələbkarın. 

Bilirəm, ey dövlət, tutmuşam soraq, 

Qapındır şəhriyar qapısı ancaq.

Hər yerdə olsan da edərəm xidmət, 

Hər zaman bəslərəm səmimi hörmət. 

Odur ki, söyləyir ağıllı bir ər:

- Bu gövhər satana dövlətdir gövhər. 

Doğmdur, belə bir gövhəri ələ 

Keçirmək mümkündür yalmz dövlətlə. 

İskəndərdə vardı ağıl və tədbir, 

Dövlətin gücüylə oldu cahangir.

Ona olmasaydı rəhbər dövlət, baxt, 

Olmazdı düşmənə qalib heç bir vaxt.

Dövlətə pərəstiş edən bir nəfər 

Dövlət pərgarım belə nəqş edər:

164


Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə