Nizami GƏNCƏVİ İSKƏNDƏrnamə Şərəfnamə "Lİder nəŞRİyyat"


Yaranın ulduzu olunca nihan



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə47/121
tarix02.06.2018
ölçüsü2,27 Mb.
#47021
növüYazı
1   ...   43   44   45   46   47   48   49   50   ...   121

Yaranın ulduzu olunca nihan 

İskəndərə qaldı bütün bu cahan. 

Daraya mal olan təzə və köhnə,

Heç saya gəlməyən dolğun xəzinə. 

Taparaq onlan araşdırdılar,

Dənizdən dənizə quraşdırdılar.

O qədər tacü taxt və çadır vardı, 

Onlara ölçülər, çəkilər dardı.

O qədər gövhər var, hesabdar belə 

Nə barmaqla sayar, nə də ürəklə. 

Tabaqlar, simlər, büllurlu, zərrin, 

Nalları söküldü yük çəkənlərin.

Cins ərəb atlan - yəhəri qızıl,

Xəta qulamlan - kəməri qızıl. 

Qədərsiz şahanə paltar və qumaş, 

Minlərcə lök dəvə, yükləri daş-qaş. 

Paltann, silahın sayı yox, sayan 

Hesaba vurmağa tapmadı imkan. 

Misalı olmayan əntiq-bahalı 

Şeylər var xüsusi xəzinə mah. 

Xəznədə nə qədər qızıl-gümüş var, 

İskəndər adma sikkə vurdular.

O qədər xəzinə keçdi əlinə,

Oldu gövhər kimi yanan xəzinə. 

Gövhərlə parladı qara ürəklər, 

Şəbçıraq kəlməsi bundanmış məgər?! 

işıqdan xəzinə xoşlanmaz deyə, 

Zülmətdə gedilir hər xəzinəyə.

Neçin bəs xəzinə tapanın üzü 

Günəştək parlaqdır şadlıqdan gözü? 

Torpaqsan, gərəkdir olsun xəzinən. 

Sərvətsiz torpağı olarmı sevən? 

Kişiyə sərvətdir verən yüksəliş, 

Dünyada onunla doğrulur hər iş.

Qızıl bir meyvədir, zəfəran saçar, 

Zəfəran kimi də qəlbim açar. 

Məğribdə yaşayan hər qara zənci

165


O san qızıldan tapmış sevinci. 

İskəndər gördü ki, bunca xəzinə 

Zəhmətsiz olaraq keçdi əlinə.

Dərgaha ən sadiq hər bir nəfərə, - 

Böyüyə, kiçiyə, yoxsul kəslərə 

Var-dövlət verərək bəxtiyar etdi,. 

Dünyaya özünü hökmdar etdi, 

irana qasidlər edərək rəvan,

Dedi ki, dönməsin kimsə qapımdan, 

istəsən ki, başın qalsın səlamət, 

Qapımda baş əyib elə itaət.

Bəxşişə, şəfqətə hüdud olmayan 

Bu yerdə hər kişi tapar dövlət, şan. 

iran başçılan axdı hər yerdən 

Bu xeyirli işdən ürəkləri şən.

Şəhriyar qəlbindən tutdular xəbər, 

Sözündə mətindir böyük İskəndər. 

Elliklə yollara çıxdılar daha,

Sevinclə axdılar uca dərgaha.

Bu gəliş xoş gəldi şaha, onlara, 

Ordunun pənahı pəhləvanlara. 

Peymanlar bağlandı, söz verdi gerçək: 

Kimsənin rütbəsi əksilməyəcək. 

Xəzinə açıldı xalqın üzünə,

Verdi hər birinə gövhər, xəzinə.

Hər kimin nə qədər vardı sərvəti, 

ikiqat çoxaldı van, dövləti.

Hər şəxsin işini aşikar etdi,

Yatam oyatdı, bəxtiyar etdi, 

iranlı o açıq əli görüncə 

itaət edərək daldı sevincə.

Almm sürtərək torpağa, yerə,

Külahı ucaltdı uca göylərə.

Dedilər: "Eşq olsun, şəhriyar, sənə, 

Hər zaman yar olsun ruzigar sənə! 

Haqqındır Cəmşidin taxtı, xəracı, 

Öpər ayağım şahlann tacı.

166


Yeni şahımızsan, getdi o gedən,

Şah nədir? Bizlərə Keyxosrov sənsən! 

Kim boyun qaçırar sənin əmrindən? 

Çəkmənin altıdır bu baş, bu bədən.” 

Şah gördü bir neçə xoş tədbir daha, 

iranlı itaət elədi şaha.

O ulduz şövkətli bəzmə hər yerdən, 

Yığıncaq toplandı yeddi kişvərdən. 

Əmr etdi: qılınc, teşt gəlsin meydana! 

Qanlılar çəkilsin taxt ayağına!

Başım dik tutan iki sərvəri,

Boynuna həmayil keçirənləri 

Qəhr ilə boyayıb al-əlvan qana, 

Kəndirdən həmayil vursun boynuna. 

Onlara verilən böyük və dələr,

Qızıl, gümüş, inci, cavahir, gövhər 

Məclisə töküldü xəzinəsindən,

Şah baş qaçırmadı öz vədəsindən. 

Soma da ölümlə eylədi təhqir.

Tez dara çəkdirdi boynunda kəndir. 

Ordunun içində carçı çəkdi car: 

"Daranın qatili bunlardır, bunlar! 

Hər xain işlərsə belə xəyanət 

işinin cəzası budur nəhayət.

Ağam öldürən bəndəm, zinhar,

Hansı bir ağıllı kimsə bağışlar?"

Bu halı görüncə şəhərli, ordu 

İskəndər ədlinə təhsin oxudu.

Adil olduğunu yəqin etdilər.

Əmrinə yer-göydən bağlandı kəmər. 

Yığıldı məclisə ağıllı kəslər,

Ordan uzaq olsun bəd, yaman gözlər. 

Üz-üzə səf çəkdi hər iki ordu,

Oturan kimsələr ayağa durdu.

Sıx kəmər bağlamış kəmərbəstələr, 

Kəmərlər sanki bir halqadan keçər. 

Padişah yürütdü elə siyasət,

167


Hər candan qaldı bir qurumuş surət. 

Sanki bir surətdən bəzənmiş divar, 

Ruh uçmuş, yalnız bir qum cəsəd var. 

iranı, Daram yenən İskəndər 

Məclisdə şam kimi oldu cilvəgər. 

Dəyərli kəslərə hər gün yanaşdı,

Hər kəsin ağlınca bir söhbət açdı, 

igid Fəribərzi tez dəvət etdi,

Çox hörmət göstərdi, məhəbbət etdi. 

"Ey qoca pəhləvan, - söylədi ona, - 

Başın kölgə salmış öz ayağına

161

. 

Dünyada illərcə ömür sürdün sən, 

Bixəbər deyilsən dünya işindən. 

Gördün ki, zülmdür Dara ayini,

Mən kimi suçsuzla bağlarkən kini. 

Dünyamn sirrim bilirkən, neçin 

Daradan öyüdü sən əsirgədin? 

Gənclik hər kişini coşduran zaman 

Qocamn susması deyilmi nöqsan?" 

Şahın hiddətim görüb dinləyən 

Yağlı bir dil ilə söz açdı birdən. 

Təzimdən belini əydi kamantək, 

Saralıb sifəti lap zəfərantək.

Sözlə silahlandı, yayı açaraq, 

Qutudan oxlan bir bir saçaraq,

Öncə İskəndəri çox öydü belə: 

"Qol-boyun olsun şah öz diləyilə! 

Dünyamn sərvəri olsun kamikar, 

Ömründən kam alsın uca şəhriyar! 

Gənc başın sevinclə ucalsın hər an, 

Çəkmənin alünda sürünsün düşman. 

Bu qoca nəsihət etdi nə qədər,

O kinli qəlbinə etmədi əsər.

Ona çox göstərdi işıqlı çıraq,

Bunlar da vermədi bir fayda ancaq. 

Tacü taxt verdiyi zaman İskəndər 

Tədbirsiz bir Dara nə edə bilər?

168


Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə