Nizami GƏNCƏVİ İSKƏNDƏrnamə Şərəfnamə "Lİder nəŞRİyyat"


Əlini bərk vurma kövrək budağa



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə49/121
tarix02.06.2018
ölçüsü2,27 Mb.
#47021
növüYazı
1   ...   45   46   47   48   49   50   51   52   ...   121

Əlini bərk vurma kövrək budağa.

Bu təzə tarixdən köhnəyə qədər 

Kim qalmışdır versin doğru bir xəbər? 

Ham Rüstəmi-Zal, Simürğ ilə Sam, 

Firiduni-Fərhəng, o Cəmşid və cam? 

Yer yedi, keçmədi çox zaman belə, 

Yeməkdən qamı, bax, doymamış hələ. 

Köçdülər, bu növbət yetəcək bizə, 

Zəncirtək bağlıyıq bir-birimizə.

Dörd tağ altında beş növbət nə gərək? 

Şeşdərsiz olurmu bu doqquz fələk?

163

 

Bu dünya sənindir, ol ona dayaq, 



Düşmənlər yatarkən oyaq ol, oyaq! 

Başım qorxusuz dünyadan qom,

Çəkin o kəsdən ki, bilməyir qorxu, 

Uzaq ol bir yol ki, ziyan gətirir, 

Bulaşıq bir yola güman gətirir. 

Diləkçin kim köynək geysə tərsinə, 

Duayla avanda çevirər yenə

164

.

Səni də tərs olan hər əyri yoldan,

Dua et, düz yola qaytarsın yəzdan. 

Qəlbim çalmasın bu mal, bu dövlət, 

Azı bir zillətdir, çoxu fəlakət.

Ağıllı kimsə yol göstərmiş sana,

Malım bənzətmiş candakı qana.

Zəiflik çoxalar qan olanda az,

Qan çox olan zaman tutular boğaz. 

Hər yerdə ki, dövlət, sərvət artmışdır, 

Üstündə qara bir ilan yatmışdır. 

Bəzəkli göylərin tağına bax sən, 

Sütunları boşdur vardan, dövlətdən. 

Bir tağın alünda yaşayıb, anla,

Cüft olmaq gərəkmi qara ilanla? 

Bihudə bəndləri qır qəlbdən, yetər, 

Sitəmkar deyilsən, ədalət göstər. 

Daranın zülmünü gəl sil zehnindən, 

Çünki o Daraydı, sən İskəndərsən.

173


Bax, nə məhsul verdi Daraya cahan,

Elə etmə, sən də görərsən ondan.

Nə etdi ki, sənə ram oldu cahan,

Taleyin ondadır, aynlma ondan!”

Qocamn sözündən şah çiçəkləndi,

"Uğurlu bir faldır” deyə şənləndi. 

Qocamn sözünü saydı bir xidmət,

Ona bağışladı çox böyük sərvət, 

iran başçıları xidmətdə durdu

165

,

Onun daşlanyla tərəzi qurdu.

Uzaqdan gələnlər şən dərgahına.

Şahanə məclisə etdilər səna.

Bu dərgahda əgər söndü bir çıraq, 

Yerində bir günəş doğdu ən parlaq.

Gün gəldi, bir gecə getdisə bizdən,

Bir çiçək soldusa, güldü bir gülşən.

Birisi arpaca qızıl itirdi,

Ararkən xəzinə ələ gətirdi.

Geniş bir qəlb ilə dəniz şövkətli 

Hamıya göründü çox mərhəmətli.

Padşahı görüncə rəiyyətpərvər,

Daranın zülmündən nə demədilər, 

istidə, soyuqda Dara dövründə 

Bir ağ gün görmədi kimsə ömründə. 

Birliyi ölkədən elə ayırdı,

"It də yiyəsim tammayırdı”.

Yaxşılar qəlbində doğdu qorxu, kin, 

Kimsə öz canından olmadı əmin. 

Zülümdən qurtaran dedi hər yanda: 

"Mürüvvət mmlarda, mərdlik Yunanda”. 

Bu qədər ordunun içində ancaq 

iki sərkərdəyə şah inanaraq,

Zalım olanlara verdi güc, qüvvət, 

Nəhayət, qolunu qırdı təbiət.

Böyüklük verdi kim kiçiksə ona,

Özü də büründü alçaq bir dona.

Padişah sayılmaz elə bir kimsə

174


Tanrının xalqına əziyyət versə. 

Fəlakət verir hər dəyərli şəxsə, 

Böyüklük, riyasət verir nakəsə. 

Alçaqlıq becərən şahmı sayılır? 

Alçaqlıq başqadır, şahlıq başqadır. 

Ölkədə qalmadı bəxşiş, səxavət, 

Şəhərlər bir gün də olmadı rahət. 

Xəzinə qıflından asıldı ismət,

Yaralar qəlbi kin, zülüm, ədavət 

Ölkədə tərk oldu sənət, sənətkar. 

Heyhat, bundan böyük fəlakətmi var? 

Sənətkar əl çəkmiş öz sənətindən, 

Başqa bir sənətə yapışmış cəbrən. 

Pəhləvanlıq edər çöldən gələnlər, 

Çöldə şahzadələr qarovul çəkər. 

Əkinçi əl qatmış ordu işinə 

Əskərlər başlamış əkin-biçinə.

Hər kəs sənətində olmasa azad,

Dünya bu gedişlə olurmu abad?

Çünki bundan əvvəl yatmışdı Dara, 

Dünyamn ulduzu geymişdi qara.

Bu gün ən bəxtiyar padşahımız var, 

Bu zülüm nə qədər, nə qədər yaşar? 

Bu sözdən həyəcan aldı tacidar,

Xalqa belə xəbər verdi carçılar: 

"Sənətkar getməsə öz sənətinə,

Yaxşı iş görsə də suçludur yenə. 

Əkinçi öküzdən kömək istəsən, 

Tarladan, kotandan dilək istəsin. 

Ordu işlərinə qayıtsın əskər,

Şəhər işlərinə getməli şəhər.

Yalnız öz işinə getsin hər kişi.

Bərk tutsun əvvəldən bildiyi işi." 

Çağırdı hər sənət atan kişini,

Tapşırdı onlara köhnə işini.

Hər kəsin işini çıxardı üzə,

Bir dünya parlatdı, gəlməsin gözə!

175


Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə