Nizami GƏNCƏVİ İSKƏNDƏrnamə Şərəfnamə "Lİder nəŞRİyyat"


Ora toplamışdı bir çox gəlini



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə51/121
tarix02.06.2018
ölçüsü2,27 Mb.
#47021
növüYazı
1   ...   47   48   49   50   51   52   53   54   ...   121

Ora toplamışdı bir çox gəlini.

Hər gözə bir afət, hər qəlbə düşmən, 

insan heyran qalır onu görərkən.

O cadunun adı Azər Humayun,

Sam nəslindən idi nəsəbi onun.

Bir əfsun edincə o gözəl afət 

Ürəkdən səbr alır, bədəndən taqət. 

Haruttək Zöhrənin canını alar, 

Yüzlərcə Harutun qəlbim ovlar. 

İskəndər əmr etdi təxir etməmək,

Bu ev də kökündən dağılsın gərək. 

Cadu qız sür ətlə qalxdı yerindən, 

Qurdu bir əndaha öz peykərindən. 

Odlu onda ha m yaxından görən 

Qorudu özünü yanan atəşdən. 

Qorxudan yıxılıb duran kimsələr 

Çaparaq, padşaha verdilər xəbər: 

"Atəşdə qorxunc bir onda ha vardır, 

Fişəngtək ağzından atəş savınr.

Hər igid keçirsə onun yanından, 

Öldürür ya udur, verməyir aman." 

Bu gizlin sirridən şah fikrə daldı, 

Vəzirdən belə bir məsləhət aldı:

- Bu gizli əsran Bəlinas bilir,

Tilsimə tanışdır, tökər bir tədbir. 

Bəlinası tapdı, sordu İskəndər:

"Bu cadu nə ilə əslinə dönər?"

Dedi: "Əndaham, böyük tacidar, 

Yalnız bir əfsunçu edər aşikar.

Bu sirri açmağa olsa buyruğun 

Başım kəməndə salaram onun". 

Dedi: "Hiyləgərdir bu qəlbi qara. 

Mümkünsə, durma, et bu işə çara." 

Bəlinas getdi tez atəşkədəyə,

Gördü bir əndaha baş çəkmiş göyə. 

Əndaha görüncə gəlir Bəlinas,

Bildi ki, şüşəni qıracaq almas

170

.

180


Min oyun çıxardı o sahir cadu,

Yüz insan aldadan Hiylələr qurdu. 

Onlann təsiri olmadı, yenə 

Çarəsiz qayıtdı köhnə sehrinə. 

Cadunun əfsunu etməsə əsər, 

Əfsunçu yenə öz sehrinə dönər. 

Bəlinas hünərlər göstərdi o gün, 

Cadunun sehrim bağladı bütün, 

insana taleyi güldüyü zaman 

Cadugər də yaxa qurtarmaz ondan. 

Atdı əndahamn üstünə "əsdab"

Su önündə atəş gətirərmi tab? 

Bağladı qolunu bir hiylə ilə,

Başa çıxdı qızın qurduğu hiylə.

Qız gördü Bəlinas hünərlər saçdı, 

Cadu hiyləsindən düyümü açdı. 

Torpağa düşərək qopardı fəğan. 

Padşahın ədlindən dilədi aman. 

Bəlinas görüncə o ay üzünü,

Bir sevda xülyası tutdu gözünü. 

Gözəl cadugərə o verdi aman,

Xilas etdi onu ovsunçulardan.

Əmr elədi, dərhal od yandırdılar, 

Atəşkədə yandı - oldu tarü mar.

O pəri üzlünü götürdü şaha,

Dedi: "Bax, bu aydır qara əndaha. 

Ağıllı qadınlar biliklər qurmuş, 

Çarxın qulağım əfsunla burmuş. 

Quyunu çıxanr yerin təkindən,

Ayı yerə salar öz fələyindən.

Zühəlin üzündən qaram atar,

Hər qara telindən çəkər bir hasar. 

Sevimli gözəldir, yox ona bədəl,

Pəri də doğmamış belə bir gözəl. 

Müşk ilə saçımn ucunu burmuş, 

Günəşin boynunu kəməndə vurmuş. 

Sənin taleyinlə kəsdim yolunu,

181


Ayırdım şöhrətdən, hörmətdən onu.

Qız qaldı çarəsiz, dilədi aman,

Məni, padişahım, ayırma bundan.

Şaha xoş gəlirsə bu göyərçinim,

Olsun həm xanımım, həm bacım mənim." 

Sevimli üzünü gördü İskəndər,

Bəzəkli bir aydır, o pəri dilbər.

Söylədi: "Bu sənin haqqındır, yalnız 

Sənin qədəhindən mey içsin bu qız.

Sevsən də rənginə aldanma əlbət,

Onun hiyləsindən eləmə qəflət.

Kəhrəba olsa da əqrəb quyruğu,

Yenə də əqrəbdir, zəhərlidir bu."

Bəlinas təşəkkür edərək ona,

Üzünü sürtərək yolun tozuna, 

"Qadınımdır" deyə, evinə aldı.

O gözəl çoxunun qəlbim çaldı.

O qızdan çox cadu öyrənmişdi bu, 

Onunçun deyildi "Bəlinas-cadu". 

Əfsunçu, münəccim, kim olursan ol, 

Ölümə bağlaya bilərsənmi yol?

İSKƏNDƏRİN İSFAHANDA 

DARANIN QIZI RÖVŞƏNƏYİ 

ALMASI

O cənnət suyundan, ey saqi, tez dur, 

Atəşlə yoğrulmuş qədəhi doldur! 

Əlimi çıxarma o sudan, oddan,

O su və atəşlə mənəm islanan.

Boranlı qışlarda odur bəxtiyar. 

Qarşıda manqalı, quşu, meyi var, 

Elə bir nar məmə keçirə ələ, 

Bağçada narlara salır vəlvələ. 

Bahara çaünca nar fidanından 

Nar suyu axtarar, nar alar ondan.

182


Bir zaman dərindən nəzər salınca, 

Görər hər budaqda gülür yüz qonça. 

Cənnətdən bir guşə kəsilmiş cahan, 

Nəşələr, sevinclər saçmada hər yan. 

Əlində gözəlin saçları yenə 

Sallana-sallana çıxar çəmənə.

Şəkər çeşməsim çiçəklə bəzər, 

Dünyada bir zaman şadlıqla gəzər.

Şahlar dəftərim yazan ustalar 

Tarix beşiyim belə yırğalar:

İsfahan şəhrində sakin oldu şah, 

Başından göylərə ucaldı külah. 

iki gün nəşəyə daldı İskəndər,

Dara mişkusundan tutunca xəbər

171

. 

Kəyan ayiniylə xələtlər saçdı,

Düz yeddi xəzinə ağzım açdı.

Rumun, Misrin, Çinin qumaşlarından 

Dəyərli zinətlər yığdı hökmüran. 

Şahlara yaraşan dəyərli paltar 

Vücudu təzələr, ürəyi oxşar.

Zər ilə işlənmiş qumaşlar, xəzlər 

Geyənə istilik, məhəbbət verər.

Çox boyun bağlan - xalis gövhərdən, 

Bundan başqa hədsiz zərdən, zivərdən, 

Möhrü açılmamış müşk ilə ənbər,

Ən incə dəridən nəfis geyimlər, - 

Şahın mişkusuna göndərdi dərhal, 

Matəm paltarlan dönüb oldu al. 

Firuzəni mərcani rənginə saldı,

Matəm lacivərdi qızıl rəng aldı.

Vurdu qara daşa qızıldan zivər, 

Məhəkdə qızılı sınamaq istər.

Dara şəbistanı matəmi atdı.

Bənövşə yerinə al gül yaratdı.

O bağa nəşəli yaraşıq verdi,

Sevimli çöhrəyə bir işıq verdi.

183


Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə