Nizami GƏNCƏVİ İSKƏNDƏrnamə Şərəfnamə "Lİder nəŞRİyyat"



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə59/121
tarix02.06.2018
ölçüsü2,27 Mb.
#47021
növüYazı
1   ...   55   56   57   58   59   60   61   62   ...   121

Xoşsöhbət, ürəyi saf, mətanətli,

Bir pəri əndamlı, xoş təbiətli.

Önündə minlərcə gözəl qız varmış, 

Xidmətə ay kimi kəmər bağlarmış. 

Bunlardan başqa, var igid, qəhrəman 

Otuz min qulamı - qılınc oynadan. 

Dərgaha yaxın da olsa, yenə də 

Evinə girməzdi erkək bir bəndə. 

Qadınla aşardı onun hər işi,

Tapşınq almamış ondan bir kişi. 

Sarayda iş bilən qadınları var,

Yalnız kətxudasız iş görər onlar. 

Qullan bir yurdda salmışdı məskən, 

Yaxın bir obam etmişdi vətən. 

Qəhrindən, kinindən onun qorxaraq 

Şəhrinə bir kişi basmamış ayaq. 

Biyara getməyə versəydi fərman 

Yolunda kişilər keçirdi candan. 

İskəndər səhraya çəkincə ordu 

Çadırlar başım əflakə vurdu.

Gördü bir şənliklə yoğrulmuş cənnət, 

Etdi əkinlərə, çaylara heyrət.

Sordu: "Bu şən ölkə kimindir, kimin? 

Kim burda padşahlıq edir, söyləyin.” 

Dedilər: "Gördüyün bu var, bu yaür, 

Bu gözəl torpaqlar bir qadınındır. 

Qadındır, erkəkdən ürəkli, qoçaq, 

Dəniz incisindən təmiz və parlaq.

Tayı yox şüurda, adda və sanda, 

Rəiyyət becərir çətin zamanda. 

Mərdliklə belinə bağlamış kəmər, 

"Kəyan nəslindənəm" deyə fəxr edər. 

Külahsız qadındır, ancaq tacı var,

Bir əskər üzünü görməz bu sərdar. 

Hesabsız qəhrəman qulamları var, 

Önündə üzünü görməmiş onlar. 

Köksü gül. ağ bilək qız, gəlin ancaq

209


Hər işdə onunla edər ittifaq.

Boylan ox kimi, döş nara bənzər, 

Sanki hər məmədən süd əmmiş şəkər. 

Ən incə ipəklər, ən parlaq tüllər 

O lətif əndamdan utamb titrər.

Firiştə onlara baxmaz cürətlə,

Baxsa göydən enər bir fəlakətlə.

Bağın eyvamnda panldar tək-tək 

Gündüz şən bir günəş, gecə çıraqtək. 

O ağ bənizlərə etsən tamaşa 

Az qalır şəfəqdən gözlər qamaşa. 

Şaqraq səslərini eşitsə hər kəs 

Can qurban etməyə göstərər həvəs. 

Qulaqda, boyunda incilər gülür, 

Dodaqlar yaqutdur, dişlər isə dün. 

Bilmirəm nə füsun oxumuş bunlar 

Ki, şəhvət toruna olmamış şikar?

Bu mavi səmamn altında ancaq 

işləri şərabdır, çalıb çağırmaq.

Nəsilcə uca, pak hökmüdar qadın 

Onlan qoymazdı şəhvətə yaxın. 

Sənəmxanası var saraylar qədər, 

Azad girib gəzər orda afətlər.

Pərdə arxasında keçirir həyat,

Doğma ölkəsinə verir qol-qanad. 

Möhtəşəm şahanə bir sarayı var,

Bir büsat açmış ki, şahlara yarar. 

Büllurdan taxü var, göyə vurar baş, 

Üstünə xalvarla tökmüşdür qaş-daş. 

O büllur taxü bir qəndildən parlaq, 

Gecələr aydan da işıqlı çıraq.

Oturur o büllur taxta hər səhər,

Uca tanrısım hər gün yad edər. 

Gəlintək taxünda əyləşir yalnız, 

Xidmətçin ayaqda durur gəlin, qız. 

Mavi çərx altında sazla, qədəhlə 

Dünyam keçirir daşğın fərəhlə.

210


Tannya səcdədən durmazlar geri,

Yox yemək, içməkdən başqa işləri. 

Şahanə sarayla, böyük dövlətlə 

Riyazət çəkərdi bir ibadətlə.

O qədər dindardır bu nazlı dilbər,

Əz cənnət köşkündə yatmaz gecələr. 

Başqa bir köşkü var mərmər daşından, 

Ay kimi hər gecə süzülür pünhan. 

Köşkündə o günəş, o nazlı qönçə 

Başlar ibadətə şəfəq söküncə.

Bir sona suya baş vurduğu qədər 

Yasdığa baş qoyub yatar o dilbər.

O pəri əndamlı qızlarla yenə 

Mey ilə, çalğıyla başlar keyfinə.

Gecəni, gündüzü keçirir belə,

Gündüzü belədir, gecəsi elə.

Nə gündüz əl çəkir can bəsləməkdən, 

Nə gecə tannya səcdə etməkdən.

Vardır qapısında çox xidmətçilər, 

Özünün, işinin qeydim çəkər.” 

İskəndər bu işdən şənləndi, ancaq 

O naxşı görməyə göstərdi maraq. 

Yaşıllıq içində gördü bu dünya, 

Gövhərdən qiymətli olan kimiya.

O yerdə başladı istirahətə,

Bir neçə gün daldı eyşə, işrətə. 

Hökmüdar qadına verdilər xəbər. 

Mübarək fal ilə gəlmiş İskəndər. 

Pərəstiş etməyə gördü hazırlıq, 

Göndərdi padşahın adma layiq 

Hər çeşid yararlı, ləziz yeməklər, 

Ürəkdən xidmətə bağladı kəmər. 

Ayırdı mətbəxə, miniyə yarar 

Gözəlcə bəslənmiş canlı heyvanlar. 

Müşk, ənbər qoxuyan dadlı yeməklər, 

Əlini yumağa müşk ilə ənbər.

Hər çeşid yeməli, dadlı meyvə var,

211


Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə