Nizami GƏNCƏVİ İSKƏNDƏrnamə Şərəfnamə "Lİder nəŞRİyyat"



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə67/121
tarix02.06.2018
ölçüsü2,27 Mb.
#47021
növüYazı
1   ...   63   64   65   66   67   68   69   70   ...   121

Yerləri öyrənsin o, mənzil-mənzil. 

Qum nə qədərdir, dəniz neçə mil. 

Bilsin yer üzündə uca, alçağı,

Enə və uzuna ölçsün torpağı.

Ədldən, zülümdən tutaraq xəbər 

Hər yoldan azana olsun bir rəhbər.

Hər zülmü ədlilə yusun dövrandan. 

Qurtarsın hər azad xalqı bu qandan. 

Hər qorxulu yerə çəksin bir hasar,

Hər yerdə bir hünər eyləsin izhar. 

"Yollar çox uzaqdır" deyə düşündü, 

Yollarda təhlükə, qorxu göründü. 

Hədərə getməsin çəkdiyi zəhmət, 

Xəzinə olmasın düşmənə qismət. 

Gördü ki, talandan varlanmış əskər, 

Varlandıqlarından qorxdu İskəndər. 

Birinci, çalışmaz van olanlar,

Əlindən var-yoxu getməkdən qorxar, 

ikinci, qarşıya çıxsa ac, bəlli,

Qılıncı endirər o iki əlli.

Sınaqlı kəslərdən böyük İskəndər 

Özüylə almışdı yüz on üç nəfər. 

Hamısı şahanə məclisin qəlbi,

Hər işdə ağıl və tədbir sahibi. 

Sınaqdan Bəlinas hamıdan yaşlı, 

Hamıdan bilikli, hamıdan başlı.

Ən çətin işlərə onu çəkərdi,

O da ən ağıllı tədbir tökərdi.

Xəzinə və yolun çətinliyindən 

Söz açdı ona hər uzağı görən.

Bəlinas söylədi hey düşünərək: 

"Xəzinə torpağa gömülsün gərək! 

Ordu da padşahı təqlid eləsin,

Bir xarabalıqda malı gizləsin.

Bilinsin xəzinə gizlənən məkan,

Hər kəs öz vanna qoysun bir nişan.

O uzaq yollardan qayıdan zaman 

Hər kəs qoyduğundan tapsın bir nişan.



236


Tamsın qoyduğu nişanı hər kəs, 

Etsin öz malını almağa həvəs."

Bu fikri İskəndər irəli sürdü. 

Ordunun xeyrim bu işdə gördü. 

Torpağa gömdü öz xəzinəsini, 

Nişanla bərkitdi dörd dövrəsini. 

Əmr etdi, basdırsın sərvəti olan, 

Qəlbindən silinsin qorxu və duman. 

Dağlarda, daşlarda hamı yer-yerdən 

Daş-qaşı gömərək döndülər şən-şən. 

Hər kim ki, xəzinə və sərvət qoydu, 

Üstündə bir nişan və surət qoydu. 

Beləydi ruzgann fəndi, oyunu, 

Başqa bir xəyala çevirdi onu.

Ayn bir tərəfdən Ruma yol aldı, 

Xəzinə o yerdə gömülmüş qaldı.

O qədər saz idi ordunun halı 

Ehtiyac görmədi alsın o malı. 

Açıqda o qədər tapdılar dövlət, 

Gizlənən sərvətə olmadı rəğbət. 

Səfərdən Yunana basarkən ayaq

Dünya işlərindən oldular uzaq. 

Tikdilər məbədçin ən yüksək bina, 

Oldu hər kəs üçün ibadətxana. 

Deyrə vəqf edildi gömülən sərvət, 

Hər kişi verdi baş rahibə bir xətt,

O xətlə tanrıya, dinə inanan 

Axtanb tapsın hər sərvətdən nişan.

O monastırlarda indiyə qədər 

Gömülən sərvətdən qalır sənədlər. 

Bunu dini bir borc bilənlər, əlbət, 

Məbədə ürəkdən göstərir xidmət. 

Sənəddən birisi verilir ona,

Düşür o sərvəti tapmaq yoluna. 

Xəzinə açamn gəlsə mündəsi.

Alar hər xəznədən ayaq kirəsi.

Mənə bəxtim ayaq kirəsi vermiş, 

Ayağım xəzinə-içinə girmiş.



237


238


İSKƏNDƏRİN DƏRBƏND 

QALASINI ALMASI

Dur, saqi, mey gətir, versin mənə naz, 

Gəncliyi qaytarar, insan qocalmaz. 

Əlimdən çıxmışdır bu iki dövlət. 

Edirəm küpdəki qana qənaət.

Kim istər yaxşı ad keçirsin ələ 

Gərək bu qapıda olsun bir kölə. 

Qoysun yaxşılıqda elə təmiz ad, 

Bununla sonunu eləsin abad.

Vücuda geyinsin belə bir köynək, 

Saxlasın bəladan onu zirehtək.

Hər kim öz sonundan yaxşılıq umar, 

Gözəl addan başqa gözəl admı var? 

Durma, sən ey uca ad-san bəyənən. 

Dünyada yaxşı ad almaq istəsən, 

Geyin, yaxşılıqla bir donu parlat, 

Başqa əlbəsəni yaxşılıqla sat. 

Görməyirsənmi bu müşkü hər zaman 

Qara bir ipəkdə saxlayır satan?

Bu yeni xəyala bəzək vuranlar 

Ən gözəl adlardan daim dəm vurar: 

Gözəl ad çıxardı böyük İskəndər. 

Ondan fayda gördü, dərdi çox bəhər. 

Yaxşılarla durdu, oturdu hər an, 

Yamna yol tapa bilməzdi yaman. 

Şahlardan ziyadə böyük İskəndər 

Məzluma daha çox salırdı nəzər.

Hər yerdə bir zahid görsəydi, xəlvət 

Çapardı yamna, edərdi hörmət.

Hər yerdə çətin-bir döyüş başlardı, 

Zahidlərdən kömək, himmət umardı. 

İskəndər onunçun üstün gəlirdi,

Daşı firuzədən seçə bilirdi.

239



Onunla bərabər çarpışan ordu 

Bu işdən incidi, üzünə durdu 

Dedilər ona: "Ey dünya sarsıdan,

Sən dövlət işinə çalış hər zaman. 

Ordudur qazanan uğurlu zəfər,

Sən ancaq zahidə salırsan nəzər. 

Dünyanın açan qılıncdır, əlbət,

Bu zahid kəslərlə nədir bu ülfət? 

Zəfərə silahsa zöhd ilə himmət.

Bu nöqsanımızı bizə də öyrət. 

Döyüşçün çaparkən bu meydanlara 

Biz də zahidlərdən istəyək çara?" 

İskəndər dinlərkən əskər sözünü, 

Dinmədi, saxladı bundan özünü. 

Faydalı görünməz tez cavab vermək, 

Hər cavab vaxünda verilsin gərək.

Elə ki, Əlbürzə yol aldı ordu,

Hər yerdə şahdan bir nayib oturdu. 

Bu çətin yollarda heç yorulmadan 

Ovçu aslan kimi keçdi Şirvandan 

Açaraq öz istək qol-qanadım 

Oradan Dərbəndə sürdü aüm.

O zaman çox abad deyildi şəhər. 

Üstündə bir qala vardı mötəbər. 

Qalada kök salmış azğın quldurlar,

O yoldan kim keçsə yolunu burar.

Elə ki, İskəndər çadın qurdu, 

Quldurlar çadın yuxan vurdu

201

.

Qala qapısım bağladı düşman, 



Qorxmadı qılıncdan, qılınc vurandan. 

Hüzura gəlməkdən baş qaçırdılar, 

itaət ipini bütün qırdılar.

Şah çağırsa belə uca dərgaha,

Heç biri itaət etməzdi şaha.

Onlara dostluqla uzansa qolu 

Yenə də gedərkən kəsərdi yolu. 

Çarəsiz qalınca çox kədərləndi,



240


Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə