Nizami GƏNCƏVİ İSKƏNDƏrnamə Şərəfnamə "Lİder nəŞRİyyat"



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə68/121
tarix02.06.2018
ölçüsü2,27 Mb.
#47021
növüYazı
1   ...   64   65   66   67   68   69   70   71   ...   121

Əzm etdi ortadan qaldırsın bəndi.

Əmr etdi ki, yüz min silahlı əskər 

Hasarlı qalaya doğru gəlsinlər. 

Yıxsınlar mancanaq, sapan, daş ilə, 

Köpürən qan ilə versinlər selə.

Qırx gün o hasarda çalışıb durdu, 

Kərpic də qopara bilmədi ordu.

O yüksək qaladan ox qanad salmış,

Nə kəmənd yetişər ona, nə qayış.

Belə sərt görüncə sapın atanlar 

Gəlintək qaladan çox utandılar.

Nə hasar araba ona yol tapır,

Nə də mancanaqdan qorxusu vardır. 

Yorulub qalınca bu çalışmaqdan,

Bu günbəd üstünə boş qoz atmaqdan. 

Sınaqlı İskəndər bir məclis qurdu, 

Başçılar gəlincə belə buyurdu:

"Bu qala haqqında nədir fikriniz? 

Yorulduq düşünüb-daşınmaqdan biz. 

Ölkələr fəth edən dikbaş igidlər 

Ədəblə baş əyib dua etdilər:

"Bəndəyik, əmrinə bağladıq kəmər, 

Dincəlmək bilmədik bu günə qədər. 

Qırx gündür yuxusuz, yorğun yeməksiz 

Buludla, günəşlə çarpışınq biz.

Buludun başına, bilirsən, yol yox,

Nə qılınc vurular, nə nizə, nə ox.

Hər işə div kimi tapdıq bir çara,

Bu divlər evində gəldik zinhara,

Bu uğursuz yoldan gəl dönək geri, 

Çeynəyək daşlan, dik təpələri". 

İskəndər duydu ki, igid başçılar 

Acizdir bu işdən, olmuşdur naçar. 

Sürmədən günəş mil çəkdi gözünə 

Batdı bir al gövhər Nil dənizinə

202


Sahildə səpərək xəzinə, gövhər,

Bir məclis bəzədi bahara bənzər.

241



Hamı bu məclisə gəldikdən sonra 

Söylədi döyüşkən uca başlara: 

"Yaxında varımdır bir zahid dindar, 

Dünya işlərindən çəkilən kənar?"

Bir nəfər söylədi: "Uca tacidar,

Bu yaxın köhüldə qoca zahid var, 

Kimsənin üzünü görməz bu adam,

Bir çəngə ot ilə keçinir müdam." 

Yerindən ox kimi qopdu hökmüran, 

Aynldı məclisdə olan dostlardan.

Xas adamlardan da qoşuldu ona,

Aradı, iz tapdı köhül yoluna.

Gecə, yol düşmənin günündən qara, 

Fənər tuturdular o şəhriyara.

At sürdü, köhülə gəlincə yaxın, 

Aydınlıq köhülə edincə axın,

İşığı görüncə zahid uzaqdan 

Dişan sıçradı o qaranlıqdan.

Gördü bir mələkdir günəştək parlar, 

İqbalı olmuşdur yuxudan bidar.

Qoca tez padşahın yanına keçdi, 

Şahlığın nuruyla padşahı seçdi,

Söylədi: "Görürəm, bir gövhərsiniz, 

Zənnimcə cahangir İskəndərsiniz. 

İskəndər şəfqətlə ona əl verdi,

Onunla bərabər köhülə girdi.

Soruşdu: "Bu yerdə dostun kim, ey pir? 

Bu çöldə yeməyin, geyimin nədir?

Bir də anlat mənə, dar köhüldə sən 

Nə bildin cahangir İskəndərəm mən? 

Söylədi: "Həmişə qəlbin olsun şad.

Hər zülmün bəndindən olasan azad. 

Ulduzun bəxtində versin əl-ələ,

Taleyin ucalsın səadət ilə.

Görüncə səni mən tanıdım ondan:

Ayı qaranlıqda tanıyar insan.

Dünyada sanma tək sənin güzgün var.

242



Mənim də ürəyim güzgüdür, parlar. 

Yüz ildir parladır onu riyazət,

Bir surət göstərə bilir, nəhayət.

Ey uca fikirli, sordunuz məndən:

Necə ömr edirsən dar göhüldə sən? 

Olmuşam sayəndə sağlam bir insan, 

Əvvəlkindən daha sağlamam, inan. 

Qəlbimdə kimsəyə yox məhəbbət, kin, 

Azadə, bəxtiyar yox mənim təkin. 

Dünyada bir vəfa görmədim, gerçək, 

Vəfasız kimsədən umulmaz kömək. 

Hər işi fikrimlə çox ölçüb biçdim, 

Özümə yararlı bu yeri seçdim.

Hesabı, kitabı kəsdim dostlardan, 

Yalmz bir dostum var - böyük yaradan. 

Doyunca yeməyə etmədim adət, 

Mədəni doldurmaq zəhmətdir, zəhmət. 

Yediyim köy otdur, geydiyim həsir, 

Daşlan, bax, bunlar kimiya edir.

Bu illər uzunu tacidarlardan,

Səndən başqasım görmədim, inan. 

Səbəb nə, göylərdə sönmüşkən çıraq 

Uğurla köhülə basdınız ayaq?

Sənə bu köhüldə, ey böyük insan, 

Xidmətçin əskiyəm bir qara quldan." 

İskəndər dedi: "Ey sınaqlı qoca,

Çarəm yox, gəlmişəm, fikrimdir uca 

Tann bir dəmiri böldü ikiyə,

Bizlərə tapşırdı "sahib ol" deyə. 

Onlardan qılınc və açar bəzərkən 

Açan sən aldın, qılıncı da mən.

Bu dəmir qılıncla işıqlı gündə 

Mən haqqa köməyəm ədlin önündə. 

Sən də, gəl, gecəykən göstər kəramət, 

Ədalət yolunda bir açar tərpət.

Mənim bu qılıncım, sənin açann 

Açsın qapısım xalqın, diyann.

243



Bu dik dağ başında var uca hasar,

O yerdə yurd salmış azğın quldurlar. 

Gecə də, gündüz də çalırlar karvan, 

Sənə də qəsd edir bu azğın düşman, 

istəyim bu işlək yolu açmaqdır,

Ədi ilə, biliklə bəzək saçmaqdır.

Sən öz himmətinlə göstər bir hünər, 

Tale də bu yolda köməklik edər. 

Əyridən, oğrudan təmizlənər yol, 

Yolçunun ərzağı artar, olar bol."

Elə ki, anladı o qoca dindar.

Qalada hökm edir azğın quldurlar, 

Ahından açınca odlu bir sapan, 

Göylərin qapağı açıldı haman.

Dağa o sapam elə fırlatdı,

O dağ öz içində dənizə batdı. 

Padşaha söylədi: "Qayıt indi sən, 

Uca dağ oynayıb qopdu yerindən." 

Məclisə dönüncə uca şəhriyar, 

Məclisdə olanlar qarşı çıxdılar.

Ən gözəl bir məclis qurdu yenidən, 

Ortaya mey gəldi, üzlər oldu şən. 

Xidmətçi gəldi ki, qalabəyidir, 

Hüzura gəlməyə izn istəyir.

Əmr etdi, hüzura aldılar onu,

Girincə yer öpdü, əydi boynunu. 

Alqışlar yağdırdı uca dərgaha,

Açan ədəblə verdi padşaha.

Söylədi: "Bu gecə qopdu bir bəla, 

İsgəndər gücüylə dağıldı qala.

İki bürc hasardan birdən qoparaq 

Uçuldu padşahın bürcündən İraq. 

Tannmn qəhrindən qopdu bir sapan, 

Hasara düşüncə dağıldı hər yan. 

Səninsə sapamn çatmaz bu yerə, 

Günəşi yandırmaz kiçik bir zənə, 

Bilirəm, xarablıq deyil ordudan,

244



Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə