Nizami GƏNCƏVİ İSKƏNDƏrnamə Şərəfnamə "Lİder nəŞRİyyat"



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə71/121
tarix02.06.2018
ölçüsü2,27 Mb.
#47021
növüYazı
1   ...   67   68   69   70   71   72   73   74   ...   121

Hər taxta qiyməti verir hökmüran. 

Tacidar getdimi, durma, taxtı qır! 

Şərabı tökülsə, camı yerə vur! 

Padişah taxtında olar sərəfraz

Cənnətin taxtında naz ilə yatmaz. 

Dünyadan cənnətə keçən bir insan, 

Bax, belə bir taxtı sanacaq zindan. 

Bir quş gülşənindən ayn düşərkən 

Qəfəsi "ac"dandır, tom ipəkdən. 

Budaqdan yaşıl tac qoyduğu zaman 

Sədəfi, ipəyi çıxarır yaddan.

Biz tac düşgünüyük neçin bu qədər. 

Ölüm basqımndan tutan yox xəbər? 

Xəzan qılıncım görmədiyindən 

Qol-budaq ataraq bahar olur şən 

Maral sağrısını şişirdən zaman 

Bilmir ki, bu yerdən keçəcək aslan. 

Cüyürlər çöllərdə oynur, şənlənir.

O qorxunc aslanlar yatmışmı, nədir? 

Ahunun göbəyi dolmuş müşk ilə

Bəbirlərin dişi sınmamış hələ.

Belə bir qəflətlə keçir günümüz,

Bir zaman yanğından qopar ünümüz. 

Faydasız olan bu taxt nəyə gərək? 

Üstündə başqası ömür sürəcək.

Biz başqa kəslərə yer qızdınnq,

Bu yerdən utanmaq gərəkdir artıq. 

Faydasız bu taxta uyma, saxtadır, 

Yerimiz taxt deyil, qum taxtadır.

Bu qızıl taxt deyil, versəniz fikir, 

Ayağa vumlmuş ağır kündədir.

Bir taxt ki. əbədi yer deyil sana,

Onu ölməmişkən parçalasana! 

Keyxosrov camında qalmamışsa su, 

Yerinə mey tökmə, qoy qalsın qum.

253



İSKƏNDƏRİN KEYXOSROV 

MƏQBƏRƏSİNƏ GETMƏSİ

Ey saqi, Keyxosrov camını doldur, 

Bir cam ki, hər gözə verir işıq, nur. 

Dur, ağzına qədər mey doldur ona, 

Hörmədə ver əsrin Keyxosrovuna.

Ey uca şövkətli adil padişah,

Müştəri şimalı, asiman pənah! 

Keyxosrov qurduğu məclislər ham? 

Taxünda oturan İskəndər ham?

Onlar öz bürcünü ataraq getdi, 

Şövkəti, dövləti sənə tərk etdi. 

Dünyada İskəndərtək etsən rəftar, 

Sənindir hər buyruq, sənsən tacidar. 

Bu dünya adma vurmuşsa sikkə

Səninlə şənlənmiş olsa da ölkə, 

Könül vermə könül aldadanlara, 

Dünya üz verməmiş mehribanlara. 

Onu kim sevdisə, dostun önünə,

Bax, nələr çıxarmış o dönə-dönə.

Bir taxtı hiyləylə qurdu, bax, soma 

Nə oyun açdı o, taxt quranlara.

O cam ki, bir nəfər məsti şad etdi, 

Bax, cam sahibinə nə bidad etdi.

Bu yeddi kişvərdə Keyxosrov sənsən, 

İskəndər mülkünə fərman verənsən. 

Bu şahdan güzgü al, o şahdan cam al, 

Düz göstərdikləri yolla get, nam al! 

Hər işə bir qərar verərkən bu gün. 

Sabaha ondan bir səmər var, düşün. 

Şahlara tac verən tacidar sənsən! 

Atanın taxtında yadigar sənsən!

Şən yaşa, getdi o şən yaşayanlar, 

Köçdü tacidarlar, sənsən tacidar!

Bu bağda turacın qanadlantək



254


çinar qalacaq, nə də bir çiçək. 

Əxistan ömrünü vurdusa başa,

Bu yaşıl gülşəndə sən var ol, yaşa!

O məni ucaltdı nazla, nemətlə, 

Göylərə qaldırdı yerdən hörmətlə. 

Sən məni ucaltdın ondan da artıq, 

Bağımn qapısı üzümə açıq.

Yerlərə naxışlar vurduqca dövran 

Üzünə şənliklər gülsün hər zaman. 

Zamamn əlaçıq hatəmlərindən 

Yalmz sən qalmışsan, yaşa daim sən! 

Nədən söyləyirdim, harada qaldım, 

Atımı sürərək, hara yol aldım!

İskəndər o taxtda, o camda, heyhat 

Görmədi rahatlıq, görmədi səbat. 

Göylərin əbədi taxtı olmayan 

Hər bir taxt deyilmi həyata zindan? 

Bəlinas həkimi dəvət elədi,

Oturdu o cama yaxın, söylədi: 

"Camdakı ayinə sən də qıl diqqət, 

Ondakı əsrarı ara, tap əlbət!"

Bəlinas o cama edincə nəzər, 

Qolayca oxundu bütün rəqəmlər.

O yerdən ki, haman cam asılmışdı, 

Sırayla bir neçə xətt yazılmışdı.

O xəttə dərindən saldılar nəzər,

Gizli bir hesabı dərhal seçdilər. 

Padişah, Bəlinas öz kamalilə 

Xətlərin sayım gətirdi ələ.

Sonralar padişah bu torpaqlardan 

Öz vilayətinə keçdiyi zaman 

Camdakı ayini tapdı Bəlinas, 

Üstürlab düzəltdi o ayinə xas.

Elə ki, İskəndər yol tapdı cama,

O yerdə dincəldi, yetişdi kama.

Dedi Bəlinasa: "Səndəndir kömək,



255


Bu taxta başqası qonmasın gərək!" 

Bir tilsim düzdü o ağıllı həkim,

O taxtın üstündə otursa hər kim,

Az keçər, bu taxt da tərpənər birdən, 

Onu bu yaqut taxt atar üstündən. 

Eşitdim o cünbüş indi də vardır,

Qızıl taxt üstündə o bərqərardır. 

Xosrov ayinini təqlid edərək 

Gəldi darvazaya şah Keyxosrovtək. 

Camdan, taxtdan gəldi məqsədi ələ, 

Üz qoydu Keyxosrov yatan köhülə. 

Şahı qələbəyə böyük zəhmətlə, 

Apardı köhülə yüz əziyyətlə.

Elə ki, köhülə şah yaxın oldu,

O daşlıq yollarda atlar yoruldu. 

Getmək çox çətindi, nə yol, nə iz var

Hər yam bürümüş tikan və buxar. 

Bələdçi söylədi: "Padşahım, dur, 

Keyxosrov yatdığı köhül, bax, budur. 

Yollan şimşəkli ildınm vurmuş, 

Qayalıq qayalıq üstündə durmuş. 

Köhülün sirrim öyrənmək üçün, 

Padşahım, bu yolda bir qədər düşün. 

Diş-dırnaq tökülür qorxunc yollarda, 

Keyxosrovtək özün yatarsan orda. 

Əsrar pərdəsinə olma çox yaxın 

işi çox uzanar arayanlann.

Yüyəni geriyə çevirin daha!..

Bu köhül içində yatmış əndaha." 

İskəndər üzünü çevirdi ondan,

Köhülə piyada getdi hökmüran. 

Bəlinas arxada, önündə rəHbər, 

Sınanmış iki qul, bir də İskəndər. 

Keçdilər zəhmətlə, bitdi qayalıq, 

Köhül dəhlizinə çatdılar artıq.

Köhül xəzinəsi gəlincə ələ 

İskəndər qəlbinə düşdü vəlvələ.

256



Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə