Nizami GƏNCƏVİ İSKƏNDƏrnamə Şərəfnamə "Lİder nəŞRİyyat"



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə74/121
tarix02.06.2018
ölçüsü2,27 Mb.
#47021
növüYazı
1   ...   70   71   72   73   74   75   76   77   ...   121

Ordundan sınaqlı, igid kəslər də 

Bir bayraq dikəltsin bu kinli yerdə. 

Padşahın məqsədi bu idi ancaq,

Kin ilə çarpışsın bu iki bayraq.

Bilirdi, Daram sevir bu şəhər,

Bu yolda çalışmaq verməz bir səmər. 

Bu nifaq, düşmənlik sürəcək həşrə. 

Səmimi bir dostluq girməz o şəhrə. 

Torpağa girmişsə o qatı düşman,

Hələ kin sönməmiş kinli torpaqdan. 

Kəkliyi saldırdı qırqovullara,

Mərvə tərpənərək düşdü yollara. 

Söndü əmri ilə hər atəşkədə,

Yaxdı pərvanəm qızğın atəşdə.

Bəlxə yetişərkən, Zərdüşti odu 

Qılınclar zərbindən dönüb su oldu. 

Orada bir bahar vardı qəlb açan, 

Güllərin dimağı acıydı ondan

212



içində qədərsiz gözəl, şux dilbər, 



Çiçəkli bahartək sənəmxanələr. 

Saysızdı xəzinə bu şən ocaqda, 

Zəhmətsiz qoyulmuş hər bir bucaqda. 

Qızıldan nal vurmuş möbidin atı, 

"Azərgüşəsb" idi o yerin adı.

Elə ki, əl tapdı ora hökmüran,

Müğləri məst gördü müğlər camından. 

Hurini cənnətdən atdı dişan,

Qovdu cəhənnəmə dost olanları

213


Köhnə xəzinəyə olunca məhrəm, 

Ondan çox sinəyə parladı mərhəm. 

Xorasan səmtinə etdi hərəkət,

Qaldı hər şəhərdə bir neçə müddət. 

Xorasan beynindən çıxardı duman, 

Onlara çox cəza verdi hökmüran.

Hər səmtə axırdı müzəffər ordu,

Ona gənc taleyi kömək olurdu. 

Kirmanı, Qəzneyni, Qum cahangir



265


Atlann naliylə ölçürdü bir-bir. 

Hər hansı şəhərə gəlsə tacidar, 

Qapısı üzünə dərhal açılar. 

Ölkələr dolaşmaq olsa da çətin, 

Yollarda sayı yox xəzinələrin. 

İskəndər hər yerə bassaydı ayaq, 

Xəzinə yüküylə ağırlaşaraq,

Yeri doldurarkən xəzinə, sərvət, 

Torpağa basdınb, etdi hərəkət. 

Qızıl ki, insanı edəcək qorxaq, 

Ya atəş udsun, ya bu qara torpaq. 

Qızılı torpağa gömən hər qafil 

Ağzına dəmirdən vurur bir qıfıl. 

Madam ki, torpağı sovurur külək, 

Ona bir dəmirdən qıfıl nə gərək?

İSKƏNDƏRİN HİNDİSTANA 

GETMƏSİ

Saqi, ver ərinmiş o saf qızıldan, 

Qırmızı kükürdü odur doğman

214


Mənə ver, dərmantək tutiya edim, 

Misimi onunla kimiya edim

215


.

Həvəslə sür atı, xoşdur bu çöllər, 

Cilovu çəkmə ki, aündır dilbər. 

Gözəl bir ad ilə çirkin dünyadan 

Köçərək tut cənnət bağında məkan. 

Bağlanma torpağa, gəl həzər eylə, 

Qamnu udmuş öz xəzinəsiylə. 

Dinclikdir qurtuluş, gəl, olma sərkəş. 

Dağıntı olmaqla yığcamdır günəş. 

Qorxulu, zəhmətli olduqca yollar 

Ticarət əhlinin qazancı artar.

Yollar quldurlardan olsa səlamət 

Bazar əsnafına olmaz mənfəət. 

Qaydadır, hər yerdə xəzinə vardır,



266


Yolunda qorxunc bir əndaha yatır.

Sözə yağ, bal qatan o dehqan yenə 

Belə yağ, bal qatır işin məğzinə: 

Padişah Qəzneyndən Bəlxə aşınca,

O acı dənizdən uzaqlaşınca,

O qədər sərvərlər ona baş vurdu. 

Hindistan səfəri qarşıda durdu.

Ağıllı kəslərlə etdi məsləhət:

"Bax, ayaqlarımdan öpür bu dövlət, 

iranın torpağı ovcum içində,

Atımı çevirmək istərəm Hində.

Öncə Keyd üstünə ordu tökərəm,

Kin ilə hiylədən mən əl çəkərəm.

Başqa kəslər kimi baş əysə mana, 

Köməkdən başqa şey etmərəm ona. 

Mənimlə başlasa qızğın savaşı, 

Qılıncımla düşər o şəxsin başı.

Bu yandan o yana çevirrəm, bir də 

Çökdürrəm onu mən bildiyim yerdə. 

Ordumu çəkərəm uzaq səfərə,

Bir qılınc vuraram Fovrə bir kərə. 

Qaparam tacım, mal olar yurdu.

Çin, Xəta üstünə çəkərəm ordu.

Oradan gedərəm Təraza, Çaça, 

Dünyam gəzərəm at çapa-çapa." 

igidlər, sərdarlar hamı yer-yerdən 

Çox məmnun qaldılar bu xoş xəbərdən. 

Ulduzu ona yar olduğu gündə,

Dövləti kamala dolduğu gündə

216


İskəndər başım göylərə vurdu,

Parlayan günəştək tərpəndi ordu. 

Qəzneyndən atıldı tez Hindistana, 

Yollar şövkətindən döndü bostana, 

istədi başlarda yaxsın tüstünü, 

Durmadan alsın tez Key din üstünü. 

Buludtək oynadı talan fikrilə,

Mülkünü qılıncla keçirsin ələ.

267



Görmədən ağıllı kəslər məsləhət 

Etmədi azğınlar kimi hərəkət.

Yelayaq qasidlə o gün İskəndər 

O Keydə göndərdi belə bir xəbər: 

"Çarpışmaq istərsən, durma, ordu çək! 

Ha, indi yetişdim qara buludtək.

Baş əyib əmrə bel bağlamış olsan, 

Qurtuldun, demək, bu kəskin qılıncdan. 

Yuxudan o zaman nərgiz oyanar, 

Üstündə yağmurlu bir bulud oynar. 

Günəşin dimağı olduqca azər,

Bağlan, daşlan çiçəklə bəzər.

Dəhşətlə kükrəsəm inlər bu dünya, 

Tərpənsəm, yerindən oynar dağ, qaya. 

Alçaqda atarmı ovçu bir şahin,

Alüna coşqun sel, ya ki, su keçsin?

Bir tükün kinlə baş qaldırsa orda,

Yüz başı bir tükdən asaram burda. 

Dağ-daşın qılınctək olsa da kəskin 

Qılıncım köhülə çevirər, çəkin.

Qızılçın gəlmədim hind ölkəsinə, 

Məğribdə azmıdır gövhər, xəzinə? 

Gözəllər ardınca çapmaq nahaqdır, 

Xarəzmin günəşi daha parlaqdır.

Əldə Hind qılıncı gəldim "Hind" deyə, 

Sərxoş fil ətindən kabab yeməyə.

Yemə Hind xəracı məni anmadan, 

Ürəyim hindli bir poladdır, inan!

Başım sevirsən, gəl mənə ver bac, 

İskəndər yoxsa nə baş qoyar, nə tac!" 

Keyd ilə gəlincə qasid üz-üzə 

Tor kimi sözünü caladı sözə.

Ona çox kəsərli sözlər söylədi,

Hər sözü tutuşan bir atəş idi.

O kəskin sözləri Keyd eşidincə, 

Qorunmaq fikrilə çəkindi öncə.

O gecə görmüşdü qanşıq yuxu,

268



Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə