Nizami GƏNCƏVİ İSKƏNDƏrnamə Şərəfnamə "Lİder nəŞRİyyat"



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə76/121
tarix02.06.2018
ölçüsü2,27 Mb.
#47021
növüYazı
1   ...   72   73   74   75   76   77   78   79   ...   121

Bilməzdim var Hində cadu edənlər."

Bir qədər danışdı durduğu yerdə,

Verilən töhfəni tapşırdı Key də.

Yerindən oynadı Key din ürəyi,

Qaynadı padşaha qarşı bir sevgi.

Söylədi: "Afərin sənə, hökmüran,

Bu dünya padşahsız qalmasın bir an!" 

Bilikli elçiyə göstərdi hörmət,

Aldı hazırlığa bir həftə möhlət.

Elə ki, bir həftə keçdi vədədən,

Hazırlıq işləri başa gəlirkən,

Padşahın əmrinə edərək səcdə,

Şeyləri hörmətlə verdi qasidə.

Qoşdu dörd peykərə hər çeşid zivər, 

Göndərdi dəyərli, sevimli şeylər.

Cavahir, ləl, inci, yaqut, xəzinə,

Fillərin üstündə ağır gəncinə.

Saysız Hind poladı, bağlanmış yüklər, 

Xalvarla tökülmüş ud ilə ənbər.

Yürüyən dağ kimi sarsılmaz qırx fil, 

Göbəyinə çatmaz coşqun, dərin Nil.

Üç ağ fil göndərdi qızıl taxtına,

Bir qaranlıq çökdü düşmən baxtına. 

Bəlinasa bəxşiş verdi hökmüran,

Həm bişkin müşkdən, həm də xam uddan. 

Pəriduxt uddan bir taxta oturdu,

Göylərin beşiyi ona baş vurdu.

Qoşdu çox xəzinə pərisurətə,

Hər biri mal olmuş min bir zəhmətə. 

Götürdü Bəlinas o zər-zivəri,

Bir kişvər xəracı onun hər biri.

Tapşırdı şövkətli İskəndərinə,

Dövləti haqq belə ucaltdı yenə.

Görüncə dəyərli o xəzinəm,

Tanmun verdiyi dörd hədiyyəm,

O qədər şənlətdi bu İskəndəri,

Unutdu Rumdakı xəzinələri.

273



Şah o dörd peykərə bir sınaq saldı, 

Görüncə doğrudur, çox məmnun qaldı. 

Elə ki, parlaq cam su ilə doldu,

Onun şərbətindən xalq məmnun oldu. 

Filosofla söhbət etdiyi zaman 

Hikmətlər öyrəndi köhnə dünyadan.

Rəf oldu, o təbib salınca nəfəs 

Bədəndən xəstəlik, ürəkdən həvəs. 

Örtülü sərvətə növbət gəlincə,

Hinddə Çin çinisi göründü incə

218



Gözəllik ölçüsü tutan kəslərin 



Tutduğu ölçüdən daha nazənin.

Gördü toz görməmiş təzə bir çiçək, 

Bahardır, dəyməmiş soyuq bir külək. 

Büt kimi bəzənmiş incə bir dilbər,

Hindu bütü kimi pəriyə bənzər.

Baş yumru, qaş geniş, ağız dar - göyçək, 

Yaşıl bir budaqda üzü al çiçək,

Şəkərdən çox dadlı təzə bir qönçə, 

Çiçəkdən həm lətif, həm daha incə. 

Saçları tor kimi, hər tərəf çin-çin, 

Çin-çin tellərinə quldur bütün Çin.

Qara müşk bəsləyən ceyrandı Çində, 

Qərənfil yemişdi doğarkən Hinddə.

Saç deyil, müşkdən hörülmüş zəncir, 

Günəşdən sallanmış bulud kimidir.

O müşkin buluddan al gül saçaraq, 

"Sünbülə" bürcündən asmışdı başaq. 

Sevimli, buğdayı rəngi, şux, dilbər, 

Qara, müşkin xalı bir arpa qədər.

Baş vermiş arpadır müşkin buğdadan, 

Deyil buğda deyə, boz arpa satan

219


Türk şimalı idi o hindli afət,

Şaha Hind elindən vermişdi cənnət

220


Yox, hindu deyildi o türk dilbəri, 

Hindutək çalırdı bu könülləri.

O Rumi üzüylə, hindu diliylə



274


Etmiş Rum şahım özünə kölə

221


.

Bir şəkərxəndə, bir dümdüz neyşəkər, 

Sevimli, ən incə qönçə bir dilbər. 

Olduqca gözəl, həm nazlı bir pəri. 

Həm sudur, həm oddur parlaq gövhəri. 

Onundu bu gəlin, bu dilbər qönçə 

Qarşıya çıxdı şah onu görüncə, 

ishaqın rəsmində böyük hökmüran 

Ki, ağlın gözünə ondadır dərman,

Əqd etdi, başladı qızın toyuna,

Soma qolun saldı onun boynuna. 

Töhfələr sazladı hindu şahma,

Bir büsat başladı başlıq adma.

Verdi top-top ipək, xalvarla gövhər, 

Qumaşdan bir çadır, qızıl taxt-zivər, 

Zümrüd cam, əqiqdən gözəl bir sini, 

Yaquta qərq etmiş hər birisini. 

Yaqutdan, ləldən düzülmüş bir tac, 

Polad nallı atlar - görməmiş qırmanc. 

Qulağı halqalı qullar və dilbər,

Zərxara geyinmiş rumlu kənizlər, 

insanın ağlına gələndən artıq 

Göndərdi Keyd üçün qatarla sandıq. 

Cahandar İskəndər kamına yetdi, 

Ayüzlü gəlinin toyunu etdi, 

incəlik o qızda olmuşdur tamam, 

Əndamı bir parça soyulmuş badam. 

Lətif paludəyə barmaq vurunca 

Barmağı bulaşdı ona boyunca. 

Yonulmamış bir dürr, açmamış bir gül, 

Humay da o gülə vurğun bir bülbül. 

Yontuldu bu inci, açıldı qönçə,

Pərdəli sözə bax, nə qədər incə. 

İskəndər istəklə olunca dəmsaz 

Dövlət işlərindən dincəldi bir az. 

Istəxrə sınanmış qasid göndərdi,



275


Dövlət işlərindən məlumat verdi. 

Yazdırdı qəlbinə yatan sözlərdən,

O müşkin ölkədə şanlı zəfərdən: 

"Hindistan səfərim olmuşdur belə, 

Necə ki, dost istər, baş tutdu elə. 

Keydə kin etməyə vermədim qərar, 

Dost oldu, dost kimi elədim rəftar. 

"Qənvuc"a gedirəm "Fur" üstə əlan, 

Bu yolda köməkdir ulu yaradan. 

Görüm orda nələr qarşıma çıxar, 

Bəlkə də iş bitər, mən deyən olar. 

Yunan dənizindən, Çin dənizindən 

Tutaraq, hər yerdə nayibim sənsən. 

Durma, yay dünyaya səadət səsi, 

Hər kəsə ver bizdən şənlik mündəsi. 

Əskərlər, qocalar, pirlər, cavanlar - 

Nə qədər ölkəmdə var yaşayanlar, 

Hamım sevindir, bizdən ver xəbər, 

Xeyir ver, bilik ver, ədalət göstər". 

Belə məktub yazdı bütün kişvərə, 

Qasidlə göndərdi bütün ellərə.

Səfər tədarükü gördü gəlinə, 

Hörmətlə göndərdi Yunan elinə. 

Ona qoşun verdi inanmışlardan, 

Yamna qoşdu şah böyük bir karvan. 

O zinətli taxtın yamnca yenə 

Göndərdi Yunana ağır xəzinə. 

Torpağa gömüldü yerində qalan,

O yerə qoydu bir bələdçi, nişan. 

Ağıllı vəzirə bir məktub yazdı, 

Ədalət işindən heç ayrılmazdı. 

Bildirdi ona hər yaxşı, yamandan, 

Dostlara üz verən bəxtiyar andan. 

İskəndər azacıq dincəlib durdu, 

Furun torpağında xeyməni qurdu. 

Şahların rəsmini tutdu həvəslə, 

Hindistan mülkünü doldurdu səslə.

276



Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə