Nizami GƏNCƏVİ İSKƏNDƏrnamə Şərəfnamə "Lİder nəŞRİyyat"



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə78/121
tarix02.06.2018
ölçüsü2,27 Mb.
#47021
növüYazı
1   ...   74   75   76   77   78   79   80   81   ...   121

Qara əjdahadır, kükrəmiş Rumdan, 

Ölkələr görməmiş bir belə aslan. 

Həbəşin üzünə o damğa vurdu,

Zənci qara geydi, bir matəm qurdu, 

Daram büsbütün etmişdir tarac, 

Hindin şahlarından qapmış qızıl tac. 

Furlann talam bitincə, demək, 

Məqsədi Fəğfuru yəğma eyləmək. 

Yerindən qoparsa bu coşqun dəniz, 

Dağlar da kökündən uçar tərtəmiz. 

Qorxudan tez məclis çağırdı xaqan, 

Qorxmaqla haqlıydı elə aslandan. 

Qan ilə yazdı hər hüduda bir xətt: 

"Ölkəmiz qan ilə yoğruldu, dəHşət!" 

Bir məclis bəzədi, gəldi qasidlər, 

Göndərdi Xətadan Xütənə qədər 

Fərğanə, Pəncabı qoruyan, güdən 

Hüdudun sınanmış igidlərindən. 

Xərxiz ilə Çaçdan, böyük Kaşğardan 

Çağırdı hesabsız igid pəhləvan.

Hər yerdən toplamb gəlincə ordu, 

Xaqamn ürəyi sakitcə vurdu. 

Yürüyən bir dağın üstünə mindi,

Bir polad dağ kimi yerdən tərpəndi. 

Şaha iki mənzil qalırkən ordu 

Tövlələr bağladı, çadın qurdu. 

Tez-tez o padşahdan tuturdu xəbər, 

Ona nə yol ilə yetirsin zəfər,

Gizlicə arayıb tapdı xəfiyyə, 

Düşmənin halım öyrənsin deyə, 

Nəhayət, xəfiyyə gətirdi xəbər:

"Şanlı tacidardır rumlu İskəndər. 

Səxada, kərəmdə qazanmış ad-san, 

Gözəl bir məsləkdir, deyildir insan. 

Şüurlu ağıllı və açıq gözlü, 

Zəhmətdə sakitdir, xəlvətdə sözlü. 

Hər zaman mətindir, yaşar vüqarla,

281



Kimsənin qamna susamaz əsla.

Ədi ondan bir fayda görər, şər - ziyan, 

Xalq məmnun, tann da razıdır ondan. 

Hamıya yaxşılıq istər, kin bilməz, 

Kimsənin dərdinə sevinməz, gülməz. 

Görmədim ona bir üstün pəhləvan, 

Yoxdur pəncəsindən onun qurtulan. 

Oxu məgər Anş oxluğundandır 

Ki, daşlarda dərin yara ondandır. 

Şimşəkdir, qılıncı alsa əlinə,

Ələ mey aldıqda, saçar xəzinə.

Ağıl ölçüsüylə hər şeyi ölçər,,

Hikmət qayçısıyla hər işi biçər.

Saf, doğru olmayan sözə inanmaz, 

Mətindir, verdiyi sözünü danmaz.

Hər işin üstünə düşsə, yaradır. 

Məclisdə, şikarda o bambaşqadır. 

Yalmz ov zamanı yox onda səbir, 

Döyüşdə, vumşda çox səbirlidir. 

Vəhşəti dünyadan əqlilə qovmuş,

Özü də padşahlar nəslindən doğmuş, 

igidlər şahıdır, qızınca meydan, 

Sərxoşkən ayıqdır çox ayıqlardan.

O işə girər ki, xəyaltək gəlir,

Məclisdə hənəyi çox ətirlidir.

Sözü az, özü çox səbirli, yumşaq, 

Doğruluqda doğru, düzlükdə qovaq. 

Minsə kin atına, qəhri guruldar, 

Yendiyi düşmənə mərhəməti var. 

Dalğalı tufandır sözdə dodağı, 

Alimdən dərs alır məsləhət çağı. 

Qocalar fikriylə girişir işə,

O ancaq gəncləri alır döyüşə.

Allaha sığınır o hər bir zaman,

Yaman gün görərmi tann tanıyan? 

Sərvtək yəhərə qalxdığı zaman 

Atından fillərin bağn olar qan.

282



Qarşıya çıxarsa qocaman bir fil,

Sanki fil qətrədir, o daşqın bir Nil. 

Azacıq haranlıq etsə at ona,

Qamçıyla batırar onu al qana. 

Qıvrılmış ilantək sağ, sola qaçar, 

Şölətək arxaya, önə od saçar.

Dünyam sarsıdan padşahlar bütün 

igidlər gücüylə oldular üstün.

Orduda tək odur zor qılınc vuran, 

Həm ordu qırandır, həm ordu quran. 

Düşməndən nə qorxu, nə ürküsü var, 

Tək əlsiz, ayaqsız kəslərdən qorxar. 

Xeymədə büsatı çox geniş dilər,

O yalmz əyləncə zamanı gülər, 

istəməz baş əysin ona bir nəfər,

Baş əyən kimsəyə çox hörmət edər. 

Bəxşişi xəzinə - budur həyaü, 

Tövləylə bağışlar qatın, atı.

Əl açan kəslərə kim gövhər verər,

Bu, gövhər yerinə bir kişvər verər. 

Qəlbinə gətirsə nə kimi dilək,

Tezliklə göyərdir onu bu fələk." 

Xaqan bu işlərdən tutunca xəbər,

Haq verən şövkətdən eylədi həzər.

Şah ilə sülh üçün qəlbi yumşaldı, 

Uzaqdan-uzağa məhəbbət saldı. 

Döyüşmək fikrindən daşındı artıq.

Yol axtanrdı ki, etsin banşıq. 

Dünyanın şahma verdilər xəbər,

Çin, Xəta türkləri hərbə gəldilər.

Bir məsəl çəkdi şah ki: "Nəşəsi var, 

Ayağıyla gəlsə tora xam şikar." 

Mənimlə çarpışmaq istərsə əgər, 

Namərdlik deyil bu, çox mərdlik edər. 

Arizu yollan qısaldı sizə,

Uzun yol həm də çox azaldı bizə. 

Onlara çin ilə çataram qaşı,

283



Çin üçün qan ağlar Çinin dağ-daşı. 

Ağanrkən fəza, lacivərd göydən 

Günəş İskəndərə salam verirkən, 

Oturtdu katibi bir Ütaridtək,

Müştəriyə vursun Zöhrədən bəzək.

Bir məktub istədi olduqca parlaq,

Kamil bir ay kimi aydın, yuvarlaq: 

Yazarkən ikiyə ayırdı sözü,

Ümid bir gözüydü, qorxu bir gözü.

İSKƏNDƏRİN XAQANA MƏKTUBU

Qələmi alınca o qələmvuran,

Uk sözü başladı ulu tanndan.

Amldı bu yeri, göyü yaradan:

Bir varlıq var olmaz onu anmadan. 

Ondandır hər ümid, rahatlıq, kömək, 

Arayan hər qəlbə ondandır dilək.

Ən çətin günlərdə odur əl tutan,

Tək odur qoruyan atəşdən, sudan. 

Xəzinə göstərir bəxşiş zamam, 

Zəhmətdən qurtarır onun ehsam.

Bu dünya əzəldən olmazdı çox şən, 

Əmriylə oldu bir bəzəkli gülşən. 

Hökmünə uyanlar ən şərəflidir,

Eşq olsun, kim ona afərin deyir. 

Namənin başım o bitirirkən 

Bir dastan bəzədi şahın dilindən:

"Bu məktub yemiməz İskəndər şahdan 

İskəndər dostuna ki, odur xaqan.

Göylər tanrısının əmriylə müdam 

Xaqana bizdən çox hörmət və salam. 

Çox gözəl anlayır o himmətli zat,

Sizin bu ölkəyə sürərkən biz at, 

irandan hərb üçün gəlmədim, ancaq 

Çinin xaqamna gəlmişəm qonaq.



284


Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə