Nizami GƏNCƏVİ İSKƏNDƏrnamə Şərəfnamə "Lİder nəŞRİyyat"



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə80/121
tarix02.06.2018
ölçüsü2,27 Mb.
#47021
növüYazı
1   ...   76   77   78   79   80   81   82   83   ...   121

Düşsə söz bəzminin şən nəşəsinə,

Söylə: "Ev sahibi evində yoxdur,

Olsa da, yadlara qarşı soyuqdur."

Yox, xəta söylədim, düşün, ey rəqib, 

Qəribə düşmənlik olmazmı qərib? 

Qapımı bağlama, get, açıq burax,

Uğurlu sayılmaz qapı bağlamaq.

Madam ki, söz mənə dəniz ad vermiş, 

Qapımı dəniztək açın siz geniş.

Qapım aç, sula, durma bu yerdə,

Ay kimi çadır qur xərabələrdə.

Qoy gəlsin arayan kəslər, nəhayət,

Bu söz sultanını etsin ziyarət.

Üzümə sabah bir pərdə çəkirkən 

Gilədən Gilana tələsərəm mən. 

Müştərilər gəlir mənə hər yandan,

Məni görmək üçün tapmazlar imkan. 

Rəssam fırçasından tək bir mənzərə 

Çəkilmiş görərlər bəyaz dəftərə. 

Sözümdən, bax, necə kənara çıxdım, 

Hardaydım, gör, gəlib bir hara çıxdım? 

Bu parlaq xəznənin baş surətgəri 

Saçdı sərvətindən bu gövhərləri: 

Əfrasiyab mülkünün varisi erkən 

Başım günəştək ucaltdı Çindən

227


Tutmuşdu xəbər ki, Rumdan bir müdhiş, 

Kükrəyən əndaha ölkəyə gəlmiş. 

Məktubu oxuyub dalmışdı xaqan, 

Dəhşətlər içində qalmışdı xaqan.

Təmiz bir düşüncə, sağlam fikirlə 

işin hikmətim keçirdi ələ.

Əvvəlcə istədi sülh üçün xaqan 

Bir məktub göndərsin ona durmadan. 

Əmr etdi: otursun o çinli katib,

Kağıza, qələmə versin bir tərtib.

Şahlara yaraşan bir qələm çalsın,

Hər sözə rütbəm nəzərə alsın.

289



Qələmin nafindən tökdü katiblər 

Çinli ağ ipəyə müşk ilə ənbər.

Şux, bişmiş sözlər ki, qəlb alır hər an, 

insanın beynində yer tutub qalan, 

Ümidlər bəsləyən, qurtuluş verən, 

Sülh ilə çırpınan, hiddət göstərən, 

Çarpışmaq yolunu bağlayan əfsun, 

Daşlan yumşaldan sehirli oyun.

Tikici ox kimi dili bağlayan,

Həm kinə, həm sülhə bir qapı açan. 

Naməyə oldu baş zinət, baş naxış 

Bir ad ki, bu adlar ondan yaranmış. 

Hamıya köməkdir kömək görmədən, 

Özündən diridir dirilik verən.

Dünyam yaradan o ulu qüdrət 

Güc verər zəifə, göstərər şəfqət. 

Göydəki işığa bayraq tikəndir,

O qara divlərə qələm çəkəndir. 

Dolanan pərgara hərəkət verən, 

Mərkəzi nöqtəyə sükunət verən,

Hər bir şey onunla etmədə zühur.

Hər şey ki, verilir, verəni odur.

Hər susan, söyləyən, ayıq, sərxoşdan 

Sirrinə yol tapmaz onun bir insan, 

insanlar acizdir bəndə olaraq, 

iqtidar, böyüklük onundur ancaq. 

Böyüklük o ulu tann ki, ondan 

Vücuda gəlmişdir zəmin, asiman.

Söz açdı, padşahdan çox üzr istədi, 

Tanrıdan ona yüz afərin dedi: 

"Dünyada yaşayan tacidarlardan 

Açan tək sənə vermiş yaradan. 

Dənizdən dənizə atıldın: sənin 

irana, Turana uzandı əlin.

Məğribdə döyüşdən-azad olaraq, 

Məşriqin xəttinə qaldırdın bayraq. 

Dünyam büsbütün keçirdin ələ,

290



Ürəyin döyüşdən doymamış hələ.

Yolda əndaha var, cilovu gəl çək, 

Əfsanə uzundur, gecələr gödək, 

iran, Rum padşahı İskəndər sənsən,

Mən də bu ölkədə fərman yeridən.

Mən kimi qullann varsa bir yığın,

Mən başqa bir şeyəm, olma çox qızğın. 

Sən də, mən də torpaq, yerlər də torpaq, 

insan torpaq qədər olmalı yumşaq. 

Ağalıq torpağa girincədir şən.

Torpaqda seçilməz kimsə kimsədən. 

Qətrəm dənizə atsalar əgər,

Başqa qətrələrdən kim onu seçər?

Bu daşlıq yerə ki, şah kölgə saldı, 

Ölkəmin neməti artıq çoxaldı.

Verilən nemətin, haqqa inanan 

Şükrünü artırsın gərək hər zaman.

Allah mənim üçün artırdı nemət, 

Təşəkkür edirəm tanrıya əlbət.

Nə qədər camm var şükr edərəm hey, 

Dünyada varımdır bundan gözəl şey? 

Eşitdim bir necə bilən kimsədən, 

Ordunu hər yerə çəkmək istərkən,

Harda ki, bazar var, nemətlə dolu, 

Göndərərsən ora bir neçə rumlu. 

Ərzaqdan nə varsa, olub müştəri 

Alsınlar qarşıya çıxan şeyləri.

Yandınb quyuya tökürsən nemət,

Haqq verən nemətə etmirsən hörmət. 

Şəhərdə bitincə bütün zəxirə

228



Çapırsan əndaha kimi o yerə.



Aclıqla ölkəyə sahib dumrsan,

Mum əriyən kimi qızarmış oddan. 

Onunçun tərpəndim mən öz yerimdən. 

Qıtlığı qaldırmış öz şəhərimdən.

Bu yerdə hiylə və füsun iş görməz,

Çin sizə zəxirə və ərzaq verməz.



291


Döyüşdən yaxşıdır barışıq, şəfqət,

Biri dərd gətirir, biri səadət.

Çinli tarlasını etmə tar-mar,

Sənin də tarlam bir gün sel basar. 

Qüvvətli olsan da, qəlbi yumşaq ol, 

Şahlıqdan yaxşıdır tann qoyan yol. 

Yaramaz heç zaman ağıllı insan 

Özündən güclüyə oxusun meydan. 

Dünyaya yarayan böyük ağılsan, 

Hökmünə bağlıdır hər yaxşı, yaman. 

Bir şəxsin olmasa şəxsə imdadı 

Say vaxtı heç saya alınmaz adı.

Sənə məxsusdur bu padşahlıq, dövlət, 

Sənədir tanndan fərman və şövkət. 

Hər bir şey təməldən möhkəm qumlur, 

Təməlsiz binalar çox tez də uçur. 

Gümüşü zər etmək, əqiqi billur, 

Meyvəm zorakı yetirmək olur.

Saücı almam evdə yetirir,

Odur ki, yeyərkən dadı itirir.

Ədi üçün yaratmış səni yaradan, 

Zülüm baş verərmi adil padşahdan? 

Dünyada zalıma eləmə kömək 

Ki, bir gün bu işdən somlur, bişəkk, 

Pozsa öz rəyini rəyi xoş insan 

Öz abad mülkünü etməzmi viran? 

Təbii halından bu dönük dövran 

istiyə, soyuğa uyduğu zaman,

O isti, soyuqda arama səhhət, 

Dəyişmiş ondakı sağlam təbiət, 

ilin hər fəslinin var əlaməti,

Gərəkdir göstərsin o təbiəti.

Hər bahar göstərsin baharlığım.

Hər bir yay göstərsin öz varlığım.

Hər şey öz əlindən döndüyü zaman 

Dönənlərə qarşı dönər bu dövran. 

İskəndər insafla ad almış ərdir,

292



Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə