Nizami GƏNCƏVİ İSKƏNDƏrnamə Şərəfnamə "Lİder nəŞRİyyat"



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə83/121
tarix02.06.2018
ölçüsü2,27 Mb.
#47021
növüYazı
1   ...   79   80   81   82   83   84   85   86   ...   121

Bu dünya durduqca bərqərar olsun. 

Nəhayət, bir fərman verdi hökmüdar: 

Xaqamn qolundan açdsın bağlar.

O qızd zəncirdən ucalsın başı, 

Tacımn cəvahir olsun daş-qaşı. 

İskəndərlə bitdi bu əhdü peyman,

Öz ordugahına qayıtdı xaqan. 

Gecənin sultanı açınca çətir,

Qaranlıq müşk kimi saçırdı ətir. 

Ulduzlar o qədər qızıl səpirdi.

Yer öküzü qızıl altına girdi.

Şah meylə təskinlik verdi dimağa, 

Axıtdı şərabı yaqut dodağa. 

Axşamdan sübhəcən oturdu yenə, 

içdi Cəm camım Cəmin eşqinə. 

Yuxunun yoluna səpmişdi tikan, 

Zəhməti, kədəri unutmuş bir an.

Nə düşmən işindən kədər çəkərdi,

Nə keşikçi səsi, nə döyüş dərdi. 

Sübhəcən şahanə qədəh sonaraq. 

Gecəni keyf ilə keçirdi oyaq.

Təbii yaqutu yontunca zaman, 

Yaqutlu tac ilə cüft oldu cahan

232


Qapıdan girdi tez keşikçi əskər: 

"Neçin qəflət etmiş uca İskəndər? 

Budur, Çin xaqanı qoşunla gəlir, 

Ayağı altında yer, göy titrəyir. 

Qaynaşan ordusu dünya doldurur, 

Göylərə səs salmış təbil və şeypur.

O qədər fil var ki, incinir yollar, 

Günəşə, aya baş qaldırmış qubar.

O qədər qoşun var, çıxmış hesabdan, 

Heç bir kəs görməmiş o qədər insan. 

Ordusu daşıyır hər çeşid yaraq, 

Poladdan dənizdir, hər dalğası dağ. 

Xaqan da oturmuş qocaman filə, 

Arada iki mil vardır fasilə."

301



Bu heyrətli işdən tutunca xəbər, 

Padşahlıq taxtından endi İskəndər.

Yol ölçən bir köhlən ata oturdu,

Hərb üçün sazladı müntəzəm ordu. 

Xaqanla döyüşə tez hazırlandı.

Onun peymanını bir hiylə sandı.

Əmr etdi, təbillər gurlasın kinlə,

Düz qaşlar çaülsın düyünlü çinlə.

Uca bir dağ kimi ordu çəkərək.

Vurdu ox, yay, qılınc, qalxandan bəzək. 

Kəşfiyyat qoluna verdi çox yaraq, 

Dənizdən buluda ucaltdı bir dağ 

Bu işdən xaqana verildi xəbər.

Onunla döyüşə çıxmış İskəndər.

Ordunun qəlbində at sürdü xaqan.

Səs ilə bağırdı: "Kimdir hökmüran? 

Söyləyin atım bu səmtə çəksin,

Üzünü üzümdən gizləyir neçin?"

O çinli səsindən İskəndər durdu,

Donunu çinləyib belinə vurdu.

Fil yıxan atım səyirtdi hamam.

At saldı öndəki filə durmadan.

Dil açdı, türklərə eylədi qarğış:

"Fitnəsiz anadan bir türk doğmamış. 

Çinlidən gözləmə çin qaşdan başqa, 

Verdiyi peymana çevirir arxa.

Nə doğru söyləmiş keçən qocalar: 

"Çinlidən umulmaz vəfa, etibar."

Hamı dargözlüyə bəsləmiş rəğbət, 

Başqamn gözündə görürlər vüsət. 

Əvvəlcə sülh üçün niyə söz verdin? 

Soma düşmənlikdə nə fayda gördün? 

Peymanım, qəlbim bir, tutmuşam bir yol, 

Sözüm az, doğruluq, sədaqət bol-bol. 

Demək ki, sizlərdə məhəbbət kindir, 

Çindəki türklərin qəlbi çin-çindir.

Bu çinli türklərdə olsaydı vəfa

302



Donunun çinində yaşardı dünya.

Qəlbimi bağladın öz peymamna,

Ey dönük, indi səs vurarsan mana. 

Poladdan bir dağa dönsə vücudun, 

Yəcucdan, Məcucdan olsa da ordun, 

İskəndər, İskəndər sədditək, inan, 

Tərpənməz o polad əzən Yəcucdan. 

Turacın əcəli çatdığı zaman 

Şahin ovlağına qonar havadan.

Çəyirtkə al qanad açınca, əlbət,

Al qanla verəcək sərçəyə bir xətt.

Tacım alaram dikbaşlıq etsən,

Suçundan keçərəm dostluğu güdsən. 

Tinətim yaralar, həm də sağaldar,

Antək həm balım, həm də iynəm var." 

Dedi Çin xaqam: "Mən, ey şəhriyar, 

Sözümdən dönmədim, möhkəmdir ilqar. 

Sənə dost demişəm, dostam hər zaman, 

Sözümdə doğrayam, möhkəmdir peyman. 

Hökmünə baş əydim, artıq dönmərəm, 

Verdiyim əhdimdə sabitqədəməm.

Yamna onunçun gəlmişəm, inan, 

Manqalın ətr alsın mənim udumdan. 

Biləsən məndə də var qüvvət, hünər, 

Ulduzlar göyünə çəkərəm əskər.

O qədər hünərsiz deyiləm ki, mən 

Yenmədən qayıdam hər bir döyüşdən, 

Görürsən, dağ kimi var mətin ordum, 

Coşqun bir dənizdən belə yox qorxum. 

Yalmz arxa duran tale var səndə,

Yer sənə kölədir, göy sənə bəndə.

Kin, inad göstərən bir bəxtiyara,

Çəkir öz başım ağacda dara.

Sənin arxandadır bu göy, bu dövran, 

Dövranla döyüşmək olurmu asan?"

Endi fil belindən, durdu fil kimi,

Çağladı Firona doğra Nil kimi.

303



İskəndər gördü ki, üzr ilə xaqan 

Ona üz çevirmiş, gəlir hərasan. 

Önünə at çəkdi, misli yox Çində, 

Başdan quyruğacan qızıl içində. 

Endi bu at ilə onu kamiran, 

Yamnda yer tutdu böyük pəhləvan. 

Bu atdan başqa çox şey verdi ona, 

Bir illik xəracı keçdi xaqana.

Dost olandan soma şah ilə xaqan 

Düşmənlik kəsildi xanədanlardan. 

O yerdə birləşdi hər iki ordu,

Hər iki padşahın qəlbi bir vurdu. 

Silahı, acığı tökdülər yerə, 

Töhfələrlə onlar keçdi alverə. 

Çinin süpəhdan Çin diyarından 

Azuqə göndərdi şaha hər zaman. 

Sarayın xalqına bu yeyintilər 

Kifayət edirdi axşam və səhər. 

Çalğı məclisində qədəh vurardı, 

Birlikdə oturar, birgə durardı. 

Məclisdən ovlağa çaparkən onlar, 

ikisi bir yerdə edərdi şikar.

Heç biri təklikdə içməzdi badə, 

Hər biri hər işdə yaşar azadə.



RUM VƏ ÇİN NƏQQAŞLARININ 

YARIŞI

Saqi, can bəsləyən bir mey ver mana, 

Bir mey ki, can kimi gərəkdir cana. 

Solmuş çiçəyimə təravət versin, 

Soyumuş qamma hərarət versin.

Çiçəkli bahartək bir gülşən gündə. 

Ruzgardan seçilmiş gözəl, şən gündə 

Şaha Çin xaqam gəlmişdi qonaq,



304


Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə