Nizami GƏNCƏVİ İSKƏNDƏrnamə Şərəfnamə "Lİder nəŞRİyyat"



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə79/121
tarix02.06.2018
ölçüsü2,27 Mb.
#47021
növüYazı
1   ...   75   76   77   78   79   80   81   82   ...   121

Pərəstiş yoluyla etsin itaət,

Göstərsin qonağa lazımi hörmət.

Sizin bu şəhərdə uca günəş var,

Atım Məşriqdən Məğribə çapar.

O günəş, bax, mənəm, gəlib çatmışam, 

Ordunu Məğribdən Şərqə atmışam. 

Tutdum ağ, qaram qılınc gücüylə, 

istəyən kimsəyə payladım belə.

Həbəş ölkəsindən atıldım Çinə

225


,

At çapdım Məğribdən Məşriq zəminə, 

işıqlı günəşin batdığı yerdən 

Günəş qaynağına at sürmüşəm mən. 

Qara müşk ağacı əkmişəm Hinddə, 

Fikrim ağ yasəmən tikməkdir Çində. 

Sürdüyüm dövrandan var isə qorxun, 

Əmrimin xəttindən qaçırma boyun, 

Hökmümdən azacıq boyun qaçırsan. 

Bərk qulaqburması verər bu dövran. 

Aslanı o yerə gətirmə, saqın,

Şikara acıqla eyləsin axın.

Qaytar, qoyma girsin bostana aslan, 

Fillərin yadına salma Hindistan.

Başına açar bir böyük fəlakət, 

Sərxoşluq adma qurar bir işrət. 

Gördünmü, qılıncım çarpışma günü 

Etdi qan dənizi zənci çölünü? 

Söndürdüm Darada olan qüruru,

Nə qədər kiçiltdim, bax, coşqun Furu. 

Başqa padşahları taxtından saldım, 

Başından bir anda tacım aldım.

Firidun hərbimə gəlirsə bu gün,

Əsirim olacaq, deyildir mümkün.

Atım hər ölkəyə çapdığı zaman, 

Boşaltdım o evi azğın düşmandan. 

Mənə bir azacıq yaxşılıq edən. 

Dünyada yamanlıq görməmiş məndən. 

Hər kəsə söz verdim, bağladım ilqar,

285



Sözümdən dönmədim, iqranm - iqrar. 

Hər əhdə, peymana söz verdi dilim, 

Əhdimdən dönməyə varmadı əlim. 

Məqsədim, Yəğmaya, Çinə çapmaqdan 

Yəğma, Çin gözəli deyildir, inan. 

Özümün qiymətli incilərim var,

Çinli qulamlanm, bir çox pərim var. 

irandan Çinə at sürmək bir kərə 

Mənimçin göylərdən düşməkdir yerə. 

Çin türkü, beynində nə varsa, burax,

Bu kəskin küləkdə yandırma çıraq. 

Xəzinə və bəxşiş vermək yerinə 

Neçin bu aslanla başladın kinə?

Neçin yol ağzına toplanmış ordun? 

Yolumda İskəndər səddim qurdun? 

Bizimlə döyüşə etdinsə niyyət,

Buxuru atəşə tökmüşsən əlbət.

Bəxtimi pişvaza gəldinsə, nədən 

Önümdə baş əyib üzr istəmirsən?

Xəbər ver, hesabdan qalmayım geri, 

Səbətdə ilandır, ya sümükləri?

226


 

Ordu səbr etməkdən doymuşdur cana, 

Mənim bu səbrimdən gəlmiş həycana. 

Çinin ceyranını görmüş şirlərim,

Az görmüş belə kök ceyran əskərim. 

Zəncirim qırmış qızmış aslanlar, 

Susamışdır qana qoç pəhləvanlar. 

Oxlann dimdiyi oxluğu dəlir,

Döyüşmək eşqiylə həycana gəlir. 

Nizənin yoldadır gözü, ey düşman, 

Gürzüm yüz batmandır, səninki batman. 

Əlinə yay alsa nişançı türklər 

Atdığı hər oxla bir ordu yenər.

Ox atanlara da padişah olsan,

Kamam tutanlar alacaq nişan.

Tüstümə düşərsə hər bir dudman,

Çin naxşı olsa da olacaq duman.

286



Alçaq bir insanam, sülh etməsən sən.

Su içmək qədər də səbr eyləsəm mən. 

Nizəmdə məhv edər bu əndaham,

Necə od tufanı yeyər samam.

Pəhləvan köksünə oxum yan alır,

Aslanlar böyrünü hey nişan alır.

Dənizin dibi də çarpışsa, bəzən 

Qılınc toz qaldırar göyə dənizdən. 

Qarşıma dağ çıxsa dayanmaz bir an,

Bir dağ dikəldərəm dəmir oxlardan.

Fil pəncə atarsa ayaqlaram mən,

Filgövdə padşaham - filləri yenən.

Ceyranı belindən, ovu budundan 

Çeynəmək şir üçün olduqca asan.

Dənizlər laçım çıxsa şikara,

Quşlardan yem verər o, balıqlara,

Siz əlsiz, ayaqsız bir balıqsınız.

Ağzında əndaha nəhəngəm yalnız, 

itlər ki, çox yaman sümük çeynəyir,

O xəncər dişiylə çörək də yeyir.

Qüvvətim hər yerə dirəmiş ayaq,

O yerdə zəfərdir mənə bir dayaq.

Kinlə qarşılaram kin yolu getsən, 

Məhəbbət edərəm, məhəbbət etsən. 

Cəvahir, ya nəhəng istəsən əgər,

Dənizim həm nəhəng, həm gövhər verər. 

Görmədin, qılıncım başlarkən döyüş. 

Nəhəngdir, üstünə gövhər tökülmüş? 

Mənəm o xəzinə əndaha peykər,

Camımda zəhər var, həm də pazəhər. 

Məndə gövhər də var, əndaha da var,

De, görüm, hankısı işinə yarar? 

ipəyə tutaram, hüzura gəlsən,

Kəməndə salaram, inad eyləsən.

Səninlə həm yumşaq tərpəndim, həm sərt, 

Hər iki sınaqla sınadım, əlbət.

Qapıma sülh ilə qədəm qoysan sən,

287



Günəştək çəkilib gedərəm Çindən. 

Yoxsa ki, düşərəm bu kin izinə,

Çini tökdürərəm Çin dənizinə. 

Məktubu oxuyub salma təxirə, 

Banşiq, ya döyüş: göstər bir kərə.

Sel tökən buludlar cuşa gəlirkən, 

Ayıq ol, dəhşətlə kükrəyən seldən." 

Çağırdı dil bilən kamil bir insan, 

Ömründə kimsədən qorxu duymayan. 

Yazılan məktubu tapşırdı ona, 

İskəndər möhrüylə verdi xaqana.

Elə ki, məktubu oxudu xaqan 

Az qaldı yıxılsın uca taxtından. 

Məktubdan qəlbinə düşdü həyəcan,

O həm zirək idi, həm zirək anan.

Bu iki xəyala sarıldı ancaq:

Sülh ilə yanaşmaq, yoxsa çarpışmaq? 

Fikrə əzab verər ikilik hər an,

Yatağa baş qoyar çarə axtaran.

XAQANIN ISKƏNDƏRƏ CAVABI

Ey saqi, gülabtək şərabı bir an 

Üstümə sən mənim, qalxım yuxudan 

Bu gülgün gülabdan ciyər su alır.

Hər bir başağrısı ondan azalır.

Keşikçi, qapım, durma, tez bağla! 

Soma get, sən də öz dərdinə ağla! 

Qəlbimi sıxıntı, qəmdən et uzaq, 

Məni öz düşüncə, dərdimə burax! 

Kimsəylə danışmaq həvəsim yoxdur, 

Özümlə etməli söhbətim çoxdur. 

Uzaq bir ölkədən müştəri kimsə 

Gövhər mədənim görməyə gəlsə, 

Baxarsa Nizami xəzinəsinə,

288



Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə