Nizami GƏNCƏVİ İSKƏNDƏrnamə Şərəfnamə "Lİder nəŞRİyyat"



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə66/121
tarix02.06.2018
ölçüsü2,27 Mb.
#47021
növüYazı
1   ...   62   63   64   65   66   67   68   69   ...   121

Limon və portağal, nannc ilə nar. 

Çalanın Zöhrətək oynayır qəlbi,

Kuzələr panldar Müştəri kimi.

O gülgün şərab ki, dilbərdən dilbər, 

Dünyadan dünyaca qaldırmış kədər. 

Hamının keyfi saz, səsləri yumşaq, 

Yalmz saz kəskindir ötsə də şaqraq. 

Orda bişmiş idi yoldaşlar tamam,

Bircə şərab idi, ortalıqda xam.

Yanm sərxoş idi böyük hökmüdar

Çənginin əlində çəng sutək axar.

Çəng səsi, mey, reyhan, qızarmış quşlar, 

Dar gözlü sənəmlər, sıxı ağuşlar.

Kimdir həyatından belə kam alan? 

İskəndərə məxsus bu şərəf, bu şan. 

İskəndər eşqinə müştəri üzlər 

Küpləri boşaltdı gündüzə qədər.

Elə ki, gündüzün yarısı keçdi..

Fələk də kürənin nisfini biçdi.

İskəndər əmr etdi xəzinədara:

"Xoş gəldin edilsin bu qonaqlara! 

Xalvarla gətirsin qızıl və bəzək.

Dəvələr yüküylə atlaz və ipək.

Bir alay həbəşi şux xidmətçilər.

Boylan sərv kimi, görüşü dilbər.

Nə müşkə çəki, nə tirməyə daş var

Baxdıqca insamn gözü qamaşar.

Dəyərli üzüklər, zümrüd, firuzə, 

Brilyant, daş-qaşlar gülümsər üzə. 

Qızıldan parlaq tac - zümrüd naxışlı,, 

Gövhərlə işlənmiş naxışlı, daşlı.

Ətəyi kafurla dolu bir qumaş,

Üstündə parlayır dəyərli daş-qaş.

Kəcavə qaürda zərdi, zivərdi,

Kəcavə çəkənlər qızıl kəmərdi.

Bu qədər zər, zivər, dövlət, yatır var, 

Verdi Nüşabəyə xəzinədarlar.

232



Nüşabə geyindi şahanə xələt,

Necə ki, günəşdən ay alır zinət. 

Yenidən əmr etdi böyük İskəndər: 

"Hədiyyə alsın hər pəriüz dilbər!" 

Verildi adına görə hədiyyə,

Burda geysin deyə, aparsın deyə. 

O qədər yükləndi hər gözəl pəri 

Çəkə bilməyirdi zəri, zivəri. 

Təşəkkür edərək öpdülər yeri, 

Sevinclər içində döndülər geri. 

Gövhər toplayınca uca mədəndən, 

Axıcı xəznətək döndülər şən-şən.



İSKƏNDƏRİN ƏLBÜRZ 

DAĞINA GETMƏSİ

Ey saqi, qırmızı süddən ver ki, hər 

Civəyə əks etsə, ona can verər.

Ver mənə, dönmüşdür qanım civəyə, 

Söz düzüm dırnaqdan keçən riştəyə

200


.

Ey şəfəq sökmədən oyanan himmət, 

Yenə söz saçmağa etmişəm niyyət.

Bu qızıl sözlərlə bir gövhər quram, 

Əlaltı başlan daşlara vurum.

Qızılda vannıdır o güc, panlü.

Mən kimi dindan etsin əlaltı?

Bəzəkçün yaranmış bu qızıl, gövhər 

Bənd olsun, zəncirdir, qəm, kədər verər. 

Qorxaraq əyridən, quldur, oğrudan 

Varlılar qızılı gömər hər zaman.

Yoxsul ki, hər zaman qızıl düşünər,

Bu istək ona da xəzinə verər

indi ki, qızıldan ucadır istək.

Ən yoxsul, ən zəngin kimsədir, demək. 

Bu dünya olmuşdur yoxsul dünyası,



233


Həm özü məsuddur, həm əqrəbası. 

Qorxusuz və rahat yaşar hər zaman, 

Çəkinməz quldurdan, qorxmaz oğrudan. 

Düşüncə, kədərdir çox sərvət, çox var, 

Dünyası az olan olur bəxtiyar.

Tarixə dəyərli gövhər düzənlər 

Gövhərli xəznədən belə nəql elər:

O Cəmşid idraklı aldıqca fərəh 

Nüşabə eşqinə qaldırdı qədəh.

Gül ilə, mey ilə verdi əl-ələ,

Neçə gün keçirdi sərkərdələrlə.

Iş görmək fikriylə bir gün oturdu, 

Bahardan bəzəkli bir məclis qurdu. 

Çəkdi o məclisə elə bir hasar 

Bürcündə görünməz oldu ulduzlar.

Baş sərkərdələri eylədi dəvət,

Hörmətli yer verdi, göstərdi şəfqət.

Şən məclis qurdu bu sınanmış ərlər, 

Padşahın ağlından aldılar bəhər.

Fikrim açmaqdan durmadı geri,

Bütün istəyini sürdü irəli:

"Könlümə qonmuşdur belə bir həvəs

Sizdən başqasıyla almayım nəfəs.

Sizin rəyinizlə istərəm ancaq 

Dünyam mən qanş-qanş dolaşmaq. 

Ruma dönmək idi fikrim, nə etmək,

Atın cilovunu çevirdi fələk.

Əzm etdim ki, Ruma çevirməyim üz, 

Ölkələr dolaşım gecə və gündüz.

Şən, uçuq yerlərdə gəzim hər yam. 

Əlimə keçirim bütün dünyam.

"Səncab" ölkəsinin başında durum, 

"Səqlab" gümüşünə sikkəmi vumm. 

Ölkələr, torpaqlar dolaşmaqla mən 

Öyrənim xalqlardan hansıdır çox şən. 

Alım bu şənlikdən faydalı bəhrə,

Çünki təsir edir dəmir dəmirə.

234



Birinci yürüşdə istəyim ancaq 

O qoca Əlbürzə kəsmə yol açmaq. 

Dağlan, çölləri aşıb keçərək,

Soma da dənizə səyahət etmək.

Xəzər dənizinə durum baxım mən, 

Damlalar çiləyim suya qədəhdən. 

Ordumla sahilə çıxınca artıq 

Bir həftə ovlayım quş ilə balıq.

Soma da baxaram əzmim nəyədir, 

Zəmanə o zaman bir yol göstərir.

Bu işlər olurmu fikrinizlə saz?

Dövlət doğrulardan boyun qaçırmaz." 

Başçılar yer öpdü: "Sizindir əmr,

Bizim fikrimizdir şah tökən tədbir.

Baş qoyanq, hara qoysanız ayaq, 

Əmriniz hər başa bir tacdır parlaq. 

Suda, ya atəşdə yer varsa, yenə 

Fikrimiz baş əyər hər bir əmrinə. 

Atsanız yerə ən uca dağlardan, 

Qorxusuz düşərik yerə hər zaman. 

Şahdan bir yol seçmək, bizdənsə ancaq 

Padşahın əmrinə boyun qatlamaq".

Bu sözdən ürəyi olunca rahət,

İskəndər onlara etdi çox hörmət.

Yola çıxmaq üçün gördü hazırlıq,

Açdı xəznələrin ağzım artıq,

Ordunu gövhərlə elə doyurdu,

Onlan cəvahir daşımaq yordu.

Öz kəskin ağlıyla qabağı görən 

Qorxaraq çəkindi yaman gözlərdən.

Xəzinə yükləndi, yol aldı, ancaq 

Yollarda çətindi onu daşımaq.

Dağlara qaldırmaq çətin olurdu,- 

Xəzinə çəkirdi göylərə ordu.

Belə bir fikirə gəldi İsgəndər,

O köhnə top üçün düzəltsin çənbər.



235


Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə