Ürəkdən çalışar, üstünlük edər.”
Vücudum şəhərdə etsə də məskən,
Qəlbim qafil deyil şahlar işindən.
Hindistan mülkündən Yunana qədər
Virandan, abaddan tutmuşam xəbər.
Göndərdim hər yerə bilikli adam,
Ağıllı, sınaqlı, mahir bir rəssam.
Böyük fatehləri öyrənim deyə,
Rəsmini aldırdım incə ipəyə.
Adlı padşahların rəsmini çəkən
Hər rəsmi gətirib mənə verərkən,
Sanıram dünyam verdilər mana,
Öz incə rəyimlə baxaram ona.
O rəsmi doğurdan tanıyım deyə,
Göstərrəm başqa bir görən kimsəyə.
Desələr ki, filan tacidardır bu,
O zaman təsviri sanaram doğm.
Soma da təpədən dırnağa qədər
Hər rəsmə salaram dərin bir nəzər,
Yaşlıdan və gəncdən öz qədərincə
Bir ölçü götürrəm incədən incə.
Yaxşım, yamam tamr xəyalım,
Bar zəka tanıyan şüur, kamalım.
Boşuna keçməyir gecə, gündüzüm.
Özümlə oynayan deyiləm özüm.
Bu himmət tərəzim durmadan işlər,
Şahlarda ağın, yüngülü ölçər,
ipəkdə gördüyün surətlər ki, var,
Tək sənin xəyalın könlümə yatar.
Çünki surətinlə tanışam çoxdan,
Bu nəqşin dostluqdan göstərmiş nişan.”
Sözünü ürəklə dedi, şənləndi,
Öz büllur taxtından aşağı endi.
"Taxtımda, - dedi, - sən otur namidar,
Bir taxta yaramaz iki tacidar.
Bilirsən şahmatın iki şahı var,
Hər qəlbə yeni qəm gətirir onlar."
218
Taxtından enincə o pərisurət
Durdu hüzurunda, göstərdi xidmət.
Gəlintək oturdu qızıl kürsüyə,
"Padşaha kiçik bir bəndəyəm” deyə.
O nəhəng balıqdan şahın görkəmi
Rəng verdi, rəng aldı zürafə kimi.
Düşündü: "Qadın da olsa bu salar,
Ürəyi bir erkək ağlıyla parlar.
Bax, belə işləri görən qadına,
Pərilər afərin söylər adma!
Qadınlar olmasın gərək çox cəsur.
Dişi aslanlarda kin kəskin olur.
Yüngüldür çəkidə qadımn daşı,
Kişi ölçüsüylə durmaz yanaşı.
Qadınlar pərdəylə örtülsə xoşdur,
Pərdəsiz musiqi ahəngi boşdur.
Bax, Cəmşid nə gözəl söyləmiş gerçək.
"Qadın ya pərdə, ya məzarda gərək!"
Qadım, saleh də olsa, buxovla,
Oğru dost olsa da, eşşəyi bağla!"
Düşündü: "Nədir bu acı həqarət?
Bu yerdə kim edər sənə mərhəmət?
Fikrim bişir də, qəlbim xoş tut,
Yıxıldın, artıq öz canım unut.
Gözəldir, bal qatmış gül ləblərinə,
Belə bir sevimli dilbər yerinə
Olsaydı amansız, kinli bir düşman,
Artıq əl çəkəydim gərək başımdan.
Bu yerdən çıxarsam ağır yükümü,
Hər işdə şaxlaram düzgün ölçümü.
Şaşqınlar yolunu tutmaram bir də.
Örtmərəm üzümü gərəksiz yerdə.
Açaram bəndi bu bağlı qəlbimdən,
Düyünü düyünə necə vuram mən?
Qarınca düşərsə parlaq bir tasa,
Bir çarə düşün, güc iş görməz yoxsa
187
.
Səbr edim, çox çətin olsa da bu hal,
219
Bu işlər yuxudur, yaxud bir xəyal?
Eşitdim çox şadmış bir gənc müqəssir,
Dara çəkilirkən boynunda zəncir.
Dostlardan birisi verdi bir sual:
"Az qalır ömründən, hey, nədir bu hal?”
Dedi: "Son nəfəsdir, ömrüm qalır az,
Az ömrü kədərlə keçirmək olmaz."
Qurtardı yaradan onu zillətdən,
işığa çıxartdı qatı zülmətdən.
Qıfıla çox zaman tapılmaz açar,
Bir açan tapılar, nəhayət açar."
Özünə çox bu cür sözlər söylədi.
Çarəsiz canım təslim eylədi.
Yalnız çapğın etsə hər bir pəhləvan,
Düşər div əlinə pəhləvan, inan.
Xanəndə bəstəsiz şərqi söyləsə,
Söz ilə kamança gülər o səsə.
Bir zaman çox dərin fikirə getdi,
Öz təbiətim məzəmmət etdi.
Səbr etdi, bu ağır dərdə, kədərə,
Təslimlə dik başı əyildi yerə.
Nüşabə xidmətə bağladı kəmər,
Əmr etdi: durmayıb gözəl pərilər
Şahlara yaraşan bir süfrə açsın,
Ortaya hər çeşid yeməkdən saçsın.
Kənizlər şam kimi qalxdı ayağa,
Şahanə bir süfrə hazırlamağa.
Hər çeşid yeməklər axdı hər yandan,
Yeməklər bişmişdi qoçdan, toğludan,
Uzun və yuvarlaq incə çörəklər
Saraydan başlamış qapıya qədər,
Kökələr yoğrulmuş yağla, şəkərlə,
Şəkərli küncüddə dada bax hələ.
Ənbərlə yoğrulmuş dadlı yeməklər
Cənnət yeməyindən verirdi xəbər.
Dağ kimi qalanmış öküz və balıq,
Çəkdi yer öküzü bundan ağırlıq.
220
Dostları ilə paylaş: |