Nizami GƏNCƏVİ İSKƏNDƏrnamə Şərəfnamə "Lİder nəŞRİyyat"



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə63/121
tarix02.06.2018
ölçüsü2,27 Mb.
#47021
növüYazı
1   ...   59   60   61   62   63   64   65   66   ...   121

Süfrədə quzular coşqun sevincdən 

Quş kimi qol-qanad açmışdı şən-şən. 

Ən dadlı mürəbbə, limonlu şərbət, 

Püstədə, badamda var başqa ləzzət. 

Bar hədsiz paludə - ənbər qoxuyan, 

Çox məğzi paludə sağalar ondan.

Tər halva və badam halvası daşır,

O qədər çoxdur ki, qablardan aşır. 

Gülabla çəkilmiş şərbət, gülşəkər, 

Saçdığı şirənin nəfəsi ənbər.

Bunlardan başqa o taxün üstündə 

Qızıl büsat qurdu şahın önündə.

Bir xonça qoyuldu günəşdən parlaq, 

içində dörd büllur kasa qoyaraq,

Biri ləl, o biri qızıldan dolmuş,

Biri dürr, birinə yaqut qoyulmuş.

Elə ki, uzandı əllər süfrəyə,

Ağızlar açıldı təam yeməyə,

Nüşabə dedi: "Ey böyük hökmüran, 

Yeyiniz, ən dadlı bu xuruşlardan." 

İskəndər söylədi: "Ey sadə dilbər, 

Ölçüsüz söyləmə, tökməyəsən tər. 

Düzmüsən süfrəmə almaz, yaqut, dürr, 

Daş-qaş yeyilərmi, bu nə deməkdir? 

Daşı da yeyərmi ağıllı insan?

Bu rəngi təbiət həzm etməz, inan!

Eylə bir yemək ver mədəmiz dolsun, 

Rəğbətlə ona əl uzatmaq olsun." 

Nüşabə gülərək söylədi şaha:

"Daşın ki, boğaza yolu yox daha, 

Faydasız, yaramaz belə daş üçün 

Bu qədər vuruşmaq, çarpışmaq neçin? 

indi ki, yeməyə yaramaz bu daş, 

Dünyada onunla ucalarmı baş? 

Dəyərsiz bir daş ki, olmayır yemək, 

Onunçun bu qədər zəhmət nə gərək? 

Yollardan daşlan almaq lazımkən,

221


Daşı daş üstünə qoyursan nədən?

Bu daşdan doyunca hər kəs ki, aldı, 

Yemədi, daş yenə yerində qaldı. 

Deyilsənsə daşa pərəstiş edən,

Daşım yüngül et, yerində qal sən.”

O incə qadımn bu söhbətindən 

Yeməkdən əl çəkdi o polad bədən. 

Dedi: ”Ey xanımlar xanımı qadın, 

Qüvvətdə erkəkdən ucadır adın. 

Doğru söylədin ki, belə gövhərlə 

Hər sərraf ancaq bir daş alar ələ.

O zaman dəyərli olardı sözün,

Öncə bu qaş-daşdan qaçaydın özün. 

Tacımda cavahir parlar, doğrudur, 

Padşahlar tacında cavahir olur.

Sənin xonçandakı bu qaş-daş daşır, 

Bu danlaq, bu töhmət kimə yaraşır? 

Süfrəyə cavahir saçmaq nə gərək? 

Gövhərdən qaçmağı mənə öyrətmək? 

Sərrafın gözünə toz atmaqdır bu, 

İskəndər yaqutu hər evdə dolu. 

Bununla bərabər diqqət edincə 

Sözlərin yerlidir, doğrudur, məncə. 

Eşq olsun bu fikri sağlam qadına, 

Mərdliyin yolunu göstərir mana.

Ey uzaq görən qız, gəl məni dinlə, 

Qızıl sikkəsim nəsihətinlə 

Ataram bir kərə torpaqlara mən, 

Qızıla torpaqdır təbii mədən”.

Sonra Nüşabənin yaqut dodağı 

Yaqutla bəzədi bütün torpağı.

Əmr etdi xonçaya qoyuldu yemək, 

Qızıl noğuldanlar, əntiq və qəşəng. 

Hər yeməkden özü dadırdı öncə,

Çox heyrət etdi şah bunu görüncə. 

Şah rahat deyildi belə xidmətdən, 

Ayağa qalxdı tez yemək bitərkən.

222


Gedərkən Nüşabə bağladı peyman, 

İskəndər verməsin mülkünə ziyan. 

Vəsiqə yazmağa şah verdi fərman,

O cənnətdən çıxıb getdi hökmüran. 

İskəndər şəhərdən çıxınca gerçək, 

Fələkdən kin gördü, Tanrıdan kömək. 

Düşmüşdü qurtulmaq üçün qayğıya, 

Şükr etdi qurtaran böyük Tannya. 

Gündüzdən günəşi qapınca gecə,

Bir çıraq parlatdı bir şam sönüncə.

Al Günəş göyünün uca səqfınə 

Haləli ulduzlar düzüldü yenə.

Padşah da yuxuya tez hazırlandı, 

Dörd ünsür də yatdı, qapı bağlandı

188

. 

Dan yeri söküncə dincəldi artıq, 

Qaranlıq içində söküldü ağlıq. 

Şəfəqlər içində qalxdı yuxudan, 

Səhərtək bir məclis qurdu hökmüran. 

Günəşin əlində bir narınc vardı,

Fələk narıncının başım yardı

189

.

O mələk əndamlı Nüşabə şən-şən 

Uğurlu fal ilə çıxdı şəhərdən.

Elə bil qaranlıq çöküncə lay-lay, 

Göründü məşriqdən bədirlənmiş Ay. 

Pərvintək kənizlər yamnda gedər, 

İncidir başından dırnağa qədər. 

Gözəllər dolaşır dörd bir yamnda, 

Yüz Zöhrə qaş kimi bir barmağında. 

Şahlara yaraşan bir dərgah gördü, 

Dünyaca bir ordu, barigah gördü.

O qədər ipəkli bayraq ucaldı,

Hava gül, torpaq göy rənginə çaldı. 

Çadırlar gövhərdən olmuşdu nişan, 

Dərgahın yolunu kəsmiş hər yandan. 

Aradı, öyrəndi, gəldi saraya,

Gördü bir xeymədir ucalmış Aya.

223


Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə