Nizami GƏNCƏVİ İSKƏNDƏrnamə Şərəfnamə "Lİder nəŞRİyyat"



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə37/121
tarix02.06.2018
ölçüsü2,27 Mb.
#47021
növüYazı
1   ...   33   34   35   36   37   38   39   40   ...   121

Söylənən bu sözlər bilərsən nədir!

Nəsihət eşitsə çarə arayan 

Dərdinə bir açar tapar hər zaman”. 

Daranın ağıllı pirin sözündən 

Heyrətli şimşəklər çaxdı gözündən.

Ancaq söndürmədi o, qızğın kini,

Çox alçaq göründü sülhün ayini.

Qocamn sözündən sarsıldı bir an, 

Torpaqda qıvrıldı sanki bir ilan.

Qaşlan çatıldı, heyrətə gəldi,

Qəlbində kin coşdu, gözü bərəldi.

Aslan kimi baxdı qocaya birbaş,

Qorxudan vəznim itirərdi daş:

"Kövrək bir dəmirçi gördün məndə sən? 

Ondakı poladı bəyəndin nədən?

Qüvvətli söz açma hey nədir bu Rum!

Odlu dağ yolunu bağlamaz bu mum. 

Şahinlər güllənsə, kəkliklər coşsa,

Şahinlər şahini batmazım yasa?

O kimdir hərb üçün bağlayım kəmər,

Min kəmərbəstəm var ondan mötəbər.

O miskin qorxağın gördüyü hünər 

Aslana naz edən ceyrana bənzər.

Şahlann tacında qızıl tacam mən, 

Namərdəm, qorxsam bir rumlu miskindən! 

O, qafil yuxudan ayılan zaman 

Şişə çəkmiş olar ətini aslan.

Yumurta ağırdır, bərklik var onda,

Ancaq tab gətirməz çəkic altında.

Bunu kim bilərdi, dünənki uşaq 

Böyüklə bəd rəftar edən olacaq?

Birinci qədəhdə qanar o dəni 

Mənim şövkətimi, həm öz səhvim.

Mənə ar deyilmi belə sürünmək,

Miskinlər yamnda aciz görünmək? 

Zəhərlər içinə qərq olsam, inan,

Nəhəng qurbağadan dilənməz aman.

129


Harada görünmüş aciz bir yunan 

Belə bir gəmini çıxarsın sudan?

133

 

Günəşin taxtım çevirə bilməz,



Cəmşidin yerini o verə bilməz, 

iranı yıxmağa ucaltsın bayraq, 

Keyxosrov taxtım bacarmaz çalmaq. 

Kəyan şövkətim gərəkdir bilsin, 

Qədəminə görə irəliləsin.

itdir o qorxaq tülkü, saymadan 

Qızmış bir aslana yetirsin ziyan?!

Aslan artığım tülküdür yeyən,

Bulud ağlamasa gülərmi çəmən?

Əliboş adamlar olarmı maldar?

Hansı bir ayaqla qaçar çolaqlar? 

Məndədir, bilirsən, həm şövkət, həm şan. 

Kim deyər acizəm rumlu uşaqdan? 

Sərxoş qulamlara döydürrəm onu, 

Çobanlarım qırar onun qolunu.

Bir aslan köpəkdən qorxarsa, bişəkk, 

Ona şıllaq atar qoca bir eşşək.

Qartal bir çibini sansa əndaha 

Qalxmasın düşdüyü yerdən bir daha. 

Qoca bir tülküdən qorxarsa aslan, 

Beynini oxla, dəl, heç vermə aman! 

Yaxında gücümü bildirrəm ona,

Ataram başım ayaq altına.

Kimdir bu bac verən rumlu İskəndər, 

Uca tacidarla olsun bərabər?

Kəyan taxü olmuş mənə müyəssər, 

Başımda tacım var, belimdə kəmər.

Heç kəsdə hünər yox eyləsin cür ət-, 

Babamın yurdunu almağa niyyət. 

Kəyamn külahı Kəyana yarar,

Bu xəzin içinə sığarmı rumlar?

Bəhmən nəslindənəm, Keyxosrov babam, 

Namərdəm arxasız rumludan qorxsam. 

Bir babam Ruyintən isfəndiyardır,

130


Bu taxt ondan mənə bir yadigardır. 

Dönməzsə fikrindən keçmiş yoluna 

Qaranlıq olar bu işıq - gün ona.

Girsə dənizimə gəmisi əgər,

Başım ayağım altında görər.

Cavabım acıdır, acı dənizdən 

Ataram torpaqdan dənizlərə mən.

Elə sel axıdım qanlı buluddan,

Əli də günəşə çatmasın bir an.

Kin, inad edən bir kəndlidən, ancaq 

Sülhlə yox, ölümlə xoşdur qurtulmaq! 

Eşşəyə yəhər yox, yaraşır palan, 

Yükünü onunla daşıyar aslan.

Mən ucaltmışam bu ovun boynunu, 

Yenə mən salaram kəməndə onu.

Ey başı çürümüş qoca pəhləvan, 

Daraya belə xor baxışdan utan.

Olmaz söz aüm belə oynatmaq, 

Qocaman bir dağı kəməndlə tutmaq. 

Səhrada çırağı yaxmaq nə gərək, 

Sınanmış fələyə şahlıq öyrətmək? 

Gövşəmə, çıxma öz həddindən kənar, 

Hər çeşid gövhərin başqa yeri var. 

Hər kəsin əyninə uymasa donu, 

Demək, özgələrdən almışdır onu. 

Qocalıq yerindən oynatmış səni, 

Çürütmüş fikrim, yemiş beynini, 

Arxana yorğunluq çökmüşdür, ey pir, 

Nizə yox, sənə bir əsa gərəkdir. 

Qocalanda ağıl olar pərişan,

Bütün bilikləri çıxar yadından. 

Qocaya yalmz bu iki şey yarar:

Birisi ibadət, birisi məzar.

Dünyam burax bu igid gənclərə. 

Qocaldın, ortadan çəkil bir kərə!

Bir zəif-qocadan umulmaz pənah,

Nə kömək edəcək qınq bir silah?

131


Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə