Nizami GƏNCƏVİ İSKƏNDƏrnamə Şərəfnamə "Lİder nəŞRİyyat"


Atəşgədəmizdə mum, dəmir birdir



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə39/121
tarix02.06.2018
ölçüsü2,27 Mb.
#47021
növüYazı
1   ...   35   36   37   38   39   40   41   42   ...   121

Atəşgədəmizdə mum, dəmir birdir,

Nə çıxar rumludan, ram əsgərindən, 

Atlann nalında məhv olar ölkən.

Əgər Rum üstünə çəksəm ordular, 

Tozundan günəşin gözü kor olar.

Ey Rumun ağası, budur məsləhət: 

Daraya edəsən zəncitək xidmət. 

Xalvarla çıxarsan geyimlə qalpaq.

Bir oxa dayanmaz, inadı burax. 

Qarətçi ordumun oxundan məgər 

Yemədin, üstümə çəkirsən ləşgər? 

Varımdır Daraya verəcək başın? 

Mənimlə keçin, bu fikrindən daşın, 

yayı qır, oxundan çıxar yeləyi,

Zirehi qatla, gey zərif ipəyi.

Yoxsa qulağım buran zaman mən, 

Bilirsən ki, heçsən, heçdən də heçsən! 

Qorx ürək çeynəyən oxumdan mənim! 

Sevinmə bu dovşan yuxumdan mənim! 

Hər yatan dovşana xor baxma, zinhar! 

Tərpənsə yerindən ox kimi uçar. 

Bacarram səninlə edim xoş rəftar, 

Həddim aşam döyməmək olar.

Lakin bir məsəl var: "Şah olsa zəlil, 

Quyudur məskəni, yer üzü deyil". 

Vergi ver, kini sil, qoy işə qədəm, 

Köhnə ayinlərə, gəl, çəkmə qələm.

Hər il nə gərəkdir yeni kürk tikmək, 

Noxtayla bir yerdə satılır eşşək.

Köhnə xanədana rəxnə vurma gəl, 

Bununla açarsan başına əngəl!

Məcbur etmə məni qalxım yerimdən, 

Mən böyük bir filəm, sən bir çibinsən! 

Sevin ki, haq sənə vermiş dövlət, var, 

Aslan pəncəsindən alınmaz şikar!

Bir qarğa kəkliktək səkdi bir zaman, 

Öz yerişi belə çıxdı yadından.

136


Məclis qur, ulduzlar nur verdi yerə, 

Firiştə qapını açmış göylərə

136

. 

Keyxosrovun tacı səadət arar,

Bilmirəm kim kimin başından qapar? 

Bu köhnə zəmanə kimə olar yar? 

Ulduzlar kim ilə olar vəfadar?

Bu göyə atdığın tozdan, torpaqdan 

Mənə yox, özünə yetişər ziyan.

Baş mənəm, başqalar mənə əl-ayaq,

Nə gərək başım boş yerə qırmaq?

Öz şillən toxunar öz yanağına,

Baltam vurarsan öz ayağına.

Gənclik qüruruyla şaşmaq əbəsdir, 

Qəmənlə boynunu qaşıma, bəsdir! 

Qılıncım tək sənə açmamış oyun,

Saysız dik başlardan qoparmış boyun. 

Mənimlə munisdir şahların baxtı, 

Cəmşidin əklili, Kavusun taxtı.

Bərkliyi çəkməklə dəmir, poladam, 

Ruyintəndir mənim şöhrətli babam. 

Yağışdan qorxarmı qocaman qurdlar? 

Onlann ipək yox, dəri kürkü var. 

Bəxtiyar kimsənin alınmaz baxü,

Satın almaq olmaz tac ilə taxtın, 

isfəndiyar köçmüş dünyadan əgər. 

Nəsəbin yetişər Bəhmənə qədər. 

Bəhmən də şahlığı atdığı zaman 

Dünyaya mən oldum böyük hökmüran. 

Məndədir Bəhmənin aslan ürəyi,

Həm isfəndiyarın polad biləyi. 

Onlardan yadigar bu gün mənəm, mən! 

Zorda isfəndiyar, ürəkdə Bəhmən! 

Kəyan nəslindənəm, mən yemimərəm. 

Başqalar əlaltı, tək əsil mənəm!

Böyük səhv etmisən məni ölçərkən, 

Bəhmən qüwətiylə ölçməmişsən sən. 

Babamın mülkünün sahibiyəm mən,

137


Gəl öz sahibinə üsyan etmə sən. 

Tutduğun işlərdən tez ol peşiman, 

Düşün ki, bir fayda verməz sonradan! 

Çox igid olsan da, qızışma ancaq. 

Aslanın izinə, gəl basma ayaq!

Gəl etmə qabalıt, həlim ol, yumşal! 

Oynatma yerimdən, öz yerində qal! 

Yurdunu talaram, kini tərpətsən, 

Ölkələr verərəm bir rica etsən.

Dağ kimi ağıram, mətanətliyəm, 

Hökmümdə amansız, həm də qətiyəm. 

Sən məni-tərpətmə, tərpənər dünya, 

Bir kərə demişəm, dedim bir daha!” 

Dara məktubunu şaha oxuyan 

Kəskin sözlərim edincə bəyan, 

İskəndər əmr etdi: "Oynasın əlin!

Ona bir cavab yaz bundan da kəskin." 

Katibi qələmlə göstərdi hünər, 

Məktubu bəzədi hər çeşid gövhər. 

Yazdı bu məktubu elə sənətlə,

Fələklər əlini öpdü hörmətlə.

Dəyərli məktubun başı qapandı, 

Naməni alaraq qasid yollandı.

Daranın katibi məktubu açdı,

Hər rəngin nüktədən yüz gövhər saçdı. 

Oxuyub gördü ki, gövhərdir hər söz, 

Düzdüyü dürlərdən aynlmayır göz.

DARANIN MƏKTUBUNA 

İSKƏNDƏRİN CAVABI

"Anaram tanrım, haq qüdrətim, 

Torpaqdan yaradır hər göyərtim,

Bu uca göylərə ülviyyət saçan,

Ağıllı kimsənin gözünü açan,

138


Dünyam yaradan hər şeydən qəni, 

Kimsəsiz kimsənin kömək edəni, 

Dünyaya insanla verdi yaraşıq,

Göyləri yerlərə bağladı artıq.

Suyun qılıncına yer oldu qılaf,

Günəş çeşməsitək parlatdı şəffaf. 

Bəndəlikdən uzaq o pərvərdigar,

Onda nə pozulmaq, nə qocalmaq var. 

Ona şahiddir hər gözə görünən, 

Varlıqlar hissədir onun mülkündən.

Hər varlıq isbata möhkəm bir dəlil, 

Dünyada bir şeyə o möhtac deyil.

Bir şeyi yaratmaq istərsən, əlbət,

Sənə də, mənə də gərəkdir alət.

O hər şey yaradır, lakin alətsiz, 

idraka bu ağlın gücü yox hərgiz.

Hər ağıl tanrıdan öyrənir bilik,

Ürəklər tilsimdir, edər bəndəlik. 

Hökmü, hikmətiylə doludur cahan, 

Hökmdə aşkardır, hikmətdə nihan.

Bu sadə səhradan uçuşan ruhlar 

Ondan gəlmiş, yenə ona qayıdar.

Hər qəlbə, hər gözə ondandır işıq,

Mənə də, sənə də o verdi şahlıq.

Hər varlıq, hər yoxluq onun hökmündə, 

O ulu tanrıdır, bir kiçik bəndə.

Bəxşişi bol olan bu pərvərdigar 

Əcəbmi məni də etsə tacidar?

Söylə, ey şəhriyar, ey bəxti uca, 

Anandan çatdınmı bu taxta, taca?

Sənə də şahlığı vermiş yaradan,

Hər verən şeylərə baxma ucadan, 

Nemətə xor baxmaq olmaz, tacidar!

Xor baxan bəndəm sevməz bir dindar. 

Dünyada sərxoş da, huşyar da olsan, 

Əmrindən boynunu qaçırma bir an. 

Pənahım olursa o pərvərdigar,

139


Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə