Nizami GƏNCƏVİ İSKƏNDƏrnamə Şərəfnamə "Lİder nəŞRİyyat"


Yəməni qılınca içirmiş zəhər



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə26/121
tarix02.06.2018
ölçüsü2,27 Mb.
#47021
növüYazı
1   ...   22   23   24   25   26   27   28   29   ...   121

Yəməni qılınca içirmiş zəhər,

Boynundan sallanmış belinə qədər. 

Kəməndi tamğaclı qaşına bənzər,

Çaçlann qurduğu yay kimi çənbər

113

, 

ipək bir çul salmış kəhər aüna,

O, fil gövdəsiylə çapdı meydana.

Cilovu sürətlə atdı yəhərə,

Hücuma keçirkən çəkdi bir nərə.

Necə bir kəkliyə şığıyar tərlan,

Dünyaya al günəş doğar ucadan,

Elə bir sürətlə sərkəş, filbədən 

Düşmənin üstünə aüldı birdən 

Bağırdı: "Ey qara qarğa, ol sayıq,

Qarşında şahindir, sakit ol artıq.

Noxtam çəkməsən yoldan kənara,

Dünyam edərəm üzündən qara.

Üz-gözün onunçun qaradır, inan,

Qarşımda qaçarsan kəskin qılıncdan.

Gəl, getmə, qızardım qara üzünü,

Saçından qıvırcıq edim özünü.

Güzgütək parlayan qılınc pas tutur, 

Güzgüyəm, məndən hər zənci yas tutur. 

"Ağlıq" ağlıq alır xəstə gözlərdən,

Qılıncın qızartı alar üzlərdən.

"Mən divəm - deyirdin, - xörəyim adam", - 

Məni ye ki, divdən lətif adamam.

Qılınc oynatmağı sizdə yox bilən, 

indi gəl, qüvvətli qolumdan öyrən! 

Yerindən tərpənmə, çox gəlmə yaxın,

Yoxsa ki, başım öpər ayağın.

Mən ərəb huşlu bir Rum sərvəriyəm,

Zənci öldürən bir sübhün nuriyəm

114

.

Fil kəskin qolumdan bir qılınc yesə,

Filban Nil küpünə atar əlbəsə

115

.

Daşlar oxlarımdan halqa geyəndə 

Qulağına halqa taxarsan sən də".

Sözləri bitincə qalxdı yəhərə,

90


Cilovu buraxdı, çəkdi bir nərə. 

Sərxoş aslan kimi elədi həmlə, 

Aslanca bir toppuz almışdı ələ. 

Toppuzu vurdu şah elə qüvvətlə, 

Elburus dağma düşdü zəlzələ. 

Poladın açdığı dərin yaradan 

Qalmadı abinus ağacında can

116

.

Qol, boyun, ayaq və köks, gövdə, baş 

Girdi bir-birinə, oldu xurdü xaş. 

Zəracə həyatdan olunca rahət, 

Meydana aüldı başqa bir heybət, 

Xurma ağacından uca pəhləvan,

Elə bir ağacdan qorxardı bağban. 

Hücuma keçincə o kinli qara, 

Padşaha buraxdı odlu bir yara. 

Zirehə təsiri olmadı, zənci 

Buludtək bağırdı, uçdu sevinci.

O qara buluda qızdı hökmüran, 

Çəkdi ağ nəhəngi qara qınından

117

. 

Hücum eləyəntək aslan ceyrana 

Bir zərbə endirdi o pəhləvana. 

Xurma ağacımn uçdu kəlləsi, 

Ağacdan düşdü bir zənci gövdəsi. 

Çıxdı bir başqası "Aslanam" deyə, 

Özünü o zənci durdu öyməyə:

"Bir qara buludam, zənci dağından, 

Qılıncım yağdınr əndaha, aslan.

Bu ağır dağların çəkisi mənəm, 

Qapqara zənciyəm, bir filbədənəm. 

Başından biçərəm qocaman fili, 

içimə çəkərəm o daşqın Nili.

Zəhərli dəmirim kimi dişləsə 

Qaradan biçərəm ona əlbəsə. 

İskəndər gördü bu hədyan danışan 

Nafıni müşk ilə yoğurdu qandan. 

Qılıncı qaldırdı uca boyuna, 

Başından bir zərbə endirdi ona.

91


Ondan da müdhiş bir qara hiddətlə 

Atıldı qarşıya çox cəsarətlə.

Padşahın qılıncı çıxdı birinci.

Toz, torpaq içində fırlandı zənci. 

Meydana atıldı başqa bir qara,

Onun da gözünü yumdu bir yara. 

Qorxaq zəncilərdən heç bircə nəfər 

Döyüşə çıxmadı axşama qədər.

Şan, zəfər olunca şahın yoldaşı 

Döndü ordugaha, ucaldı başı.

Günəşin gül rəngli donu dönərkən 

Mavi bir rəng aldı Nilin küpündən. 

Alaca göylərə keşik çəkənlər 

Alamtıl gecəyə aydınlıq ələr.

Keşikçi adəti üzrə ayıqdı,

Ulduzu sayandan daha sayıqdı.

Zənci qarovulu, Rum qarovulu 

Keşikdə dayanıb güdərdi yolu.

Günəş, dan sökərkən gülümsəyərək 

Neylufər günbədə vurunca bəzək, 

Zəmişan xeymədən çıxdı İskəndər,

Hərb üçün meydana çıxardı əskər.

Bir məhmiz vurdu o sərkəş tərlana,

O, suyu od kimi sürdü meydana. 

Mərkəzi aldı öz əlinə, sonra 

Cinahı tapşırdı pəhləvanları.

Sağ-sola dəm dəmirdən çəkdi bir hasar, 

Möhkəm bir təməldə düzüldü dağlar. 

Zəncilər, həbəşlər hey ordu-ordu 

Əlində qılınc, ox meydanda durdu. 

Cəbhənin qəlbində durmuş zəncilər, 

Sağında həbəşlər, solunda bərbər.

Bom gurlayınca şah qapısından, 

Zəncilər zəng çaldı, qızışdı meydan. 

Qaramül bir bulud gurlayıb çıxdı, 

Qılıncın şimşəyə göylərə axdı.

Ordular qopardı elə bir nərə

92


Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə