8. Şeir parçası.
Bacarsan hamının yükünü sən çək,
İnsana ən böyük şərəfdir əmək.
Sən də əldən düşüb yorulsan əgər,
Sənin də yükünü bütün el çəkər.
Kitabxanada Nizami Gəncəvinin əsərlərindən fotolar,
illüstrasiyalar və miniatürlərdən ibarət stendlər də təşkil etmək
olar.
Görkəmli şəxsiyyətlərin Nizami Gəncəvi haqqında
söylədikləri fikirlər
:
“Azərbaycana, Azərbaycan xalqına təkcə Nizami Gəncəvi kimi
dahi bir şəxsiyyət bağışladığına görə Gəncə torpağı, Gəncə xalqı,
gəncəlilər əbədi minnətdarlığa layiqdirlər”.
Heydər Əliyev
Ümummilli lider
“Nizami Gəncəvi ümumbəşəri mahiyyət daşıyan, ecazkar
poetik qüvvəyə malik yaradıcılığı ilə Şərq bədii təfəkkürünü elmi-
fəlsəfi fikirlərlə zənginləşdirmiş və şeiriyyəti görünməmiş
yüksəkliklərə qaldırmışdır. Mütəfəkkir şairin məşhur “Xəmsə”si
insanlığın mənəvi sərvətlər axtarışının zirvəsində dayanaraq,
dünya ədəbiyyatının şah əsərləri sırasında layiqli yer tutur....”
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Nizami bir fildir, yox bərabəri,
Söz incisi ondan aldı dəyəri,
Gəncədə olsa da aramı onun,
Xəzinələr üstədir məqamı onun.
Ə. Nəvai
Nizaminin parlaq və tərifəlayiq kamilliyinin izahata ehtiyacı
yoxdur. Çünki heç kimin onun qədər xoş və incə mənalar saçmağa
qüdrəti ola bilməz, bu, insan nəslinin imkanları xaricindədir.
Cami
Şeyx Nizami böyük şairlərdən birisi olub. Onun kimi fəsih,
rəvantəb və şirinzəban şair dünya üzərinə az gəlibdir. Heç bir şair
o lətafət və zəriflikdə söz deməyibdir...
F.Köçərli
Dünya dühalarının birinci cərgəsində duran Nizamini biz qabaqcıl
düşüncənin və əxlaqın müjdəçisi kimi əzizləyirik.
N.Tixonov
Bəşəriyyətin böyük oğlu, Azərbaycan xalqının coşqun ilhamlı
nəğməkarı N. Gəncəvinin qarşısında baş əyirəm.
Ç.Aytmatov
Azərbaycan xalqının şərəfi və iftixarı olan Nizami Gəncəvi dünya
ədəbiyyatında elə nəhəng simalardan biridir ki, onun yaradıcılığı
bəşəriyyətin bədii təfəkkür salnaməsinin qızıl fonduna daxildir.
M.İbrahimov
Həkimi-mənəvi Şeyx Nizami Gəncəvinin böyüklüyünü və
fəzilətlərini söyləməkdə dil acizdir. Zərifliyi, söz və söhbətilə
məclis bəzəməkdə, ümumun rəyincə onun misli olmamışdır.
A.Bakıxanov
Nizaminin bilik və kamalda böyüklüyü o dərəcədədir ki,
yazmaqda qələm, söyləməkdə dil acizdir. Onun sözündə şirinlik,
məlahət və gözəllik var. Odur ki, kamal sahibləri onu sevirlər.
Dövlətşah Səmərqəndi
Sənsən əbədiyyət dediyim sevgili dildar,
Daşlarda, çiçəklərdə, ürəklərdə adın var.
Aydanmı, günəşdənmi yarandın, de nədən sən?
Xalqın gözü də, qəlbi də, vicdanı da sənsən!
Səməd Vurğun
Nizami Gəncəvi yaradıcılığı ilə bağlı keçirilən tədbirlər siyahısına
kiçik yaşlı uşaqlar üçün təşkil olunan Nağıl saatını da daxil etmək
olar. Nağıl saatı əsasən kiçik yaşlı oxucular üçün nəzərdə
tutulduğundan tədbir kitabxananın Nağıl otağında keçirilir. Nağıl
otağı müxtəlif dekorasiyalarla bəzədilir. Tədbiri giriş sözü ilə
kitabxanaçı açır. Dahi şair Nizami Gəncəvi haqqında ətraflı
məlumat verdikdən sonra səhnəyə Tülkü, qurd və bir çox
heyvanların personajları daxil olur. Kitabxanaçı “Meyvəsatanla
tülkünün və cibkəsənin hekayətini” balaca oxuculara oxuyur.
“Meyvəsatanla tülkünün və cibkəsənin hekayəti”
Yəməndə meyvə satan
Bir dükançı yaşardı,
Dükanını qoruyan
Tülkü balası vardı.
Təlim-tərbiyə görmüş
Gözətçiydi bu yavru.
Sahibinin malını
Diqqətlə qoruyurdu.
Yüz cür oyun çıxartdı,
Fənd işlətdi cibkəsən.
Əsərlənmədi əsla
Bala tülkü kələkdən.
Fikirləşdi çibkəsən,
Yumdu
gözünü dərhal,
Çoxdan yatıbdır guya,
Yuxusu da şəkər, bal.
Tülkü bu qoca qurdu
Yatmış görüb yumşaldı,