Nizami Gəncəvinin 875 illik yubileyi münasibəti ilə Mərkəzi kitabxanaların uşaq şöbələri, mks-nin şəhər, qəsəbə, kənd kitabxana filialları üçün hazırlanmış metodik vəsait



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə4/12
tarix31.10.2018
ölçüsü1,08 Mb.
#77109
1   2   3   4   5   6   7   8   9   ...   12

8. Şeir parçası.  

 

Bacarsan hamının yükünü sən çək



İnsana ən böyük şərəfdir əmək. 

Sən də əldən düşüb yorulsan əgər, 

Sənin də yükünü bütün el çəkər. 

 

Kitabxanada Nizami Gəncəvinin əsərlərindən fotolar, 



illüstrasiyalar və miniatürlərdən ibarət stendlər də təşkil etmək 

olar.  


 

 

 



 

 

 



 

 

 



 

 

 




Görkəmli şəxsiyyətlərin Nizami Gəncəvi haqqında 

söylədikləri fikirlər

“Azərbaycana, Azərbaycan xalqına təkcə Nizami Gəncəvi kimi 

dahi bir şəxsiyyət bağışladığına görə Gəncə torpağı, Gəncə xalqı, 

gəncəlilər əbədi minnətdarlığa layiqdirlər”. 

          Heydər Əliyev 

                       Ümummilli lider  

 

“Nizami  Gəncəvi  ümumbəşəri  mahiyyət  daşıyan,  ecazkar 

poetik qüvvəyə malik yaradıcılığı ilə Şərq bədii təfəkkürünü elmi-

fəlsəfi  fikirlərlə  zənginləşdirmiş  və  şeiriyyəti  görünməmiş 

yüksəkliklərə  qaldırmışdır.  Mütəfəkkir  şairin  məşhur  “Xəmsə”si 

insanlığın  mənəvi  sərvətlər  axtarışının  zirvəsində  dayanaraq, 

dünya ədəbiyyatının şah əsərləri sırasında layiqli yer tutur....”  

İlham Əliyev  

Azərbaycan Respublikasının Prezidenti 

 

             Nizami bir fildir, yox bərabəri,  



   Söz incisi ondan aldı dəyəri, 

   Gəncədə olsa da aramı onun, 

   Xəzinələr üstədir məqamı onun. 

Ə. Nəvai 

 

Nizaminin  parlaq  və  tərifəlayiq  kamilliyinin  izahata  ehtiyacı 

yoxdur. Çünki heç kimin onun qədər xoş və incə mənalar saçmağa 

qüdrəti ola bilməz, bu, insan nəslinin imkanları xaricindədir.  

 

 

 



 

 

             Cami 



 

Şeyx  Nizami  böyük  şairlərdən  birisi  olub.  Onun  kimi  fəsih, 

rəvantəb və şirinzəban şair dünya üzərinə az gəlibdir. Heç bir şair 

o lətafət və zəriflikdə söz deməyibdir... 



F.Köçərli 

 


Dünya dühalarının birinci cərgəsində duran Nizamini biz qabaqcıl 

düşüncənin və əxlaqın müjdəçisi kimi əzizləyirik.  

 

 

 



 

 

      N.Tixonov 



 

Bəşəriyyətin böyük oğlu, Azərbaycan xalqının coşqun ilhamlı 

nəğməkarı N. Gəncəvinin qarşısında baş əyirəm. 

 

 



 

 

 



    Ç.Aytmatov 

 

Azərbaycan xalqının şərəfi və iftixarı olan Nizami Gəncəvi dünya 

ədəbiyyatında  elə  nəhəng  simalardan  biridir  ki,  onun  yaradıcılığı 

bəşəriyyətin bədii təfəkkür salnaməsinin qızıl fonduna daxildir.  

 

 

 



 

 

   M.İbrahimov 



 

Həkimi-mənəvi  Şeyx  Nizami  Gəncəvinin  böyüklüyünü  və 

fəzilətlərini  söyləməkdə  dil  acizdir.  Zərifliyi,  söz  və  söhbətilə 

məclis bəzəməkdə, ümumun rəyincə onun misli olmamışdır. 

 

 

 



 

 

    A.Bakıxanov 



 

Nizaminin  bilik  və  kamalda  böyüklüyü  o  dərəcədədir  ki, 

yazmaqda  qələm,  söyləməkdə  dil  acizdir.  Onun  sözündə  şirinlik, 

məlahət və gözəllik var. Odur ki, kamal sahibləri onu sevirlər.  

 

 

 



 

 

 



Dövlətşah Səmərqəndi 

  

       Sənsən əbədiyyət dediyim sevgili dildar



       Daşlarda, çiçəklərdə, ürəklərdə adın var. 

       Aydanmı, günəşdənmi yarandın, de nədən sən? 

       Xalqın gözü də, qəlbi də, vicdanı da sənsən! 

 

 



 

 

 



Səməd Vurğun 

 

 

 



 

 


              ƏSƏRLƏRİNDƏN İLLÜSTRASİYALAR 

  

 

              

 

  

  

      

                   

 

 

 

 

 

 


                            Kitablarının nümayişi: 

 

      

   

   

 

 

 

 

 

 

 

         

   

    

 

 

                                

 

 



 

 

 



 

 



Nizami Gəncəvi yaradıcılığı ilə bağlı keçirilən tədbirlər siyahısına 

kiçik yaşlı uşaqlar üçün təşkil olunan Nağıl saatını da daxil etmək 

olar.  Nağıl  saatı  əsasən  kiçik  yaşlı  oxucular  üçün  nəzərdə 

tutulduğundan tədbir kitabxananın Nağıl otağında keçirilir.  Nağıl 

otağı  müxtəlif  dekorasiyalarla  bəzədilir.    Tədbiri  giriş  sözü  ilə 

kitabxanaçı  açır.    Dahi  şair  Nizami  Gəncəvi  haqqında  ətraflı 

məlumat  verdikdən  sonra  səhnəyə    Tülkü,  qurd  və  bir  çox 

heyvanların  personajları  daxil  olur.  Kitabxanaçı  “Meyvəsatanla 

tülkünün və cibkəsənin hekayətini” balaca oxuculara oxuyur.   

 

“Meyvəsatanla tülkünün və cibkəsənin hekayəti” 

 

Yəməndə meyvə satan 

Bir dükançı yaşardı, 

Dükanını qoruyan 

Tülkü balası vardı. 

 

Təlim-tərbiyə görmüş 



Gözətçiydi bu yavru. 

Sahibinin malını 

Diqqətlə qoruyurdu. 

 

Yüz cür oyun çıxartdı, 



Fənd işlətdi cibkəsən. 

Əsərlənmədi əsla 

Bala tülkü kələkdən. 

 

Fikirləşdi çibkəsən, 



Yumdu gözünü dərhal

Çoxdan yatıbdır guya, 

Yuxusu da şəkər, bal. 

 

Tülkü bu qoca qurdu 



Yatmış görüb yumşaldı, 


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə