Nizami Gəncəvinin 875 illik yubileyi münasibəti ilə Mərkəzi kitabxanaların uşaq şöbələri, mks-nin şəhər, qəsəbə, kənd kitabxana filialları üçün hazırlanmış metodik vəsait



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə6/12
tarix31.10.2018
ölçüsü1,08 Mb.
#77109
1   2   3   4   5   6   7   8   9   ...   12

fəlsəfi  məzmunu  yüksək  poetik  dillə,  aydın,  anlaşıqlı  bir  tərzdə 

oxucularına çatdırıla bilmişdir. Elə bu səbəbdəndir ki, yazıldıqları 

dövrdən  800  ildən  artıq  bir  vaxt  keçməsinə  baxmayaraq,  onun 

əsərləri öz bədii dəyərini  bu gün də saxlayır.  Əziz oxucu, böyük 

şairin  yaradıcılığının  məhz  bu  xüsusiyyətini  nəzərə  alaraq  onun 

gələcək nəsillər üçün qoyub getdiyi zəngin irsdən bəzi nümunələr 

bu kitabda öz əksini tapmışdır. Lakin müəllif  Nizaminin  əlimizdə 

olan  əsərlərini  dövrün  tələbinə  uyğun  olaraq  fars  dilində 

yazdığından  şairin  poemalarından  seçdiyi  əfsanələri,  rəvayətləri 

və ibratəmiz hekayələri doğma dilimizə tərcümə etmişdir.  

Əziz    oxucu,  Nizami  yaradıcılığını  kiçicik  bir  giriş  sözündə 

əhatə  etmək  mümkün  deyil  və  biz  də  qarşımıza  belə  bir  məqsəd 

qoymamışıq.  Şairin  özü  və  yaradıcılığı  haqqında  məlumat  bu 

kitabda  toplanmış,  onun  ölməz  poemalarından  (“Xəmsə”sindən  ) 

seçilmiş  kiçicik,  lakin  son  dərəcə  qiymətli  incilər  məhz  elə  bu 

kitabda  çap  olunmuşdur.  Bötövlükdə  isə  Nizami  yaradıcılığının 

möhtəşəm bir söz məbədinin olduğunu bu kitabda öyrənəcəksiniz.  

 

Təbiətin  Azərbaycan  xalqına  bəxş  etdiyi  cahanşümul 

əhəmiyyətli  bir  mütəffəkkirin  anadan  olmasının  875  illiyi 

münasibətilə  kitabxanalarda  keçiriləcək  tədbirlərə  sual-cavab 

gecəsini də daxil etmək olar. Sual-cavab gecələri bir çox başlıqlar 

altında  keçirilə  bilər.    “Nizami  Gəncəvini  necə  öyrənirik”, 

“Təsviri  sənətimizdə  Nizami  Gəncəvinin  obrazı  necə  yarandı?”, 

“Nizami  müasirliyi”,  “Nizami  yaradıcılığında  uşaq  ədəbiyyatı 

nümunələri”,  ”Nizami  yaradıcılığının  şagirdlərin  mənəvi 

tərbiyəsində rolu”, “Nizaminin irsi ölməzdir”  və s. mövzularında 

keçirmək  məsləhətdir.  İndi  isə  tədbirin  suallarını  sizə  nümunə 

üçün veririk:  

1.

 

Nizami Gəncəvi kimdir? 



2.

 

Nizami Gəncəvi neçənci ildə və harada anadan olmuşdur? 



3.

 

Nizami  Gəncəvinin  hal-hazırda  neçə  illik  yubileyi  qeyd 



olunur? 

4.

 



 Nizami  Gəncəvinin  hansı  əsərlərinin  adlarını  çəkə 

bilərsiniz? Və bu əsərlər ümumilikdə necə adlanır? 




5.

 

 Nizami  Gəncəvinin  adına  ucaldılmış  kompleks  və  abidə 



hansı şəhərdədir? 

6.

 



Əgər  Gəncə  şəhərində  olmusunuzsa,  şəhərin  girəcəyində 

Nizami Gəncəvinin hansı əsərlərinin illustrasiyaları çəkilib? 

7.

 

 Bakı  şəhərində  Nizami  Gəncəvinin  adını  daşıyan  küçə, 



metro, kinoteatr, institut  və s. yerlərin adlarını çəkə bilərsinizmi?  

8.

 



Nizami Gəncəvi öz poema və əsərlərində hansı müsbət və 

mənfi keyfiyyətləri önə çəkir? 

9.

 

“Yахşılıqlа çаtdırsа hər кəs işini sоnа



Yахşı üz göstərəcəк öz yахşılığı оnа” 

cümləsi   Nizami Gəncəvinin hansı əsərindəndir?  

10.

 

Nizami Gəncəvinin “Leyli və Məcnun” əsəri necənci ildə 



tamaşaya qoyulub və ilk Leyli və Məcnun rolunun ifaçısı kim 

olub? 


Tədbirin sonunda kitabxananın təşkilatçılığı ilə oxucular Opera 

və Balet teatrında “Leyli və Məcnun” tamaşasına baxa bilərlər. 

  

  

    Böyük söz sərrafı, şair-mütəffəkkir N. Gəncəvinin ədəbi irsinin 

müxtəlif 

yönlərdən 

tədqiqi 

və 


öyrənilməsi 

dünya 


nizamişünaslığında zəruri məsələ olub, ildən-ilə genişlənir və yeni 

məzmun  kəsb  edir.  Elə  bu  baxımdan  da  Nizami  Gəncəvi 

 

yaradıcılığına  bir  daha müraciət  etmək,  onun  yaradıcılığını  geniş 



oxucu  kütləsinə  sevdirmək  üçün  kitabxanalarda  ədəbi-bədii  gecə 

və ya poeziya gecəsinin keçirilməsi məqsədəuyğundur.  



“Nizami  dünyasının  işığı”  adlı  ədəbi-bədii  gecəyə  kitabxanaçı 

bir  ay  qabaqcadan  hazırlaşır.  Tədbirə  bir  çox  şair  və  yazıçılarla 

yanaşı    ədəbiyyat  müəllimlərini,  kitabxanaçıları,  tələbə  və 

şagirdləri  və  həmçinin  Nizami  yaradıcılığının  tədqiqatçılarını 

dəvət  etmək  olar.    Tədbirin  ədəbi  hissəsi    çıxış  və  məruzələrlə 

başlanır.    Bədii      hissədə  Nizaminin  kəlamlarından,  şeirlərinə 

yazılmış  musiqilərdən  və  əsərlərindən  parcalar  səsləndirilir. 

Həmçinin  dahi  şairin    bir  çox  şeirlərinin  əsasında    səhnəciklər 

göstərilə  bilər.    Səhnə  gül  dəstələri  ilə  bəzədilir.  Şairin    portreti 



səhnənin  divarından  asılır.  N.Gəncəvinin  hikmətli  sözlərindən 

istifadə edilir. 

Dəmiri aynatək parladan insan

Pası silməlidir öz vicdanından. 

 

I  Aparıcı:  Xalqımızın  dahi  şairi  səkkiz  əsrdən  çoxdur  ki, 

oxunur, öyrənilir, tədqiq edilir. Bu mənada Nizami irsini qiymətli 

metallarla  zəngin  olan  nəhəng  dağ  silsiləsinə  bənzətmək  olar. 

Dünya  ədəbiyyatı  və  mədəniyyətinin  görkəmli  nümayəndələri 

səkkiz  əsrdən  çoxdur  ki,  bilici  geoloqlartək  bu  dağ  silsiləsindən 

qızıl  külçə,  almaz,  cəvahir  götürürlər.  Lakin  onun  sərvəti 

tükənmir,  əksinə  daha  da  zənginləşir,  yeni  laylar  tapılır.  Səkkiz 

yüz  ildən  çoxdur  ki,  Şərqin  və  Qərbin  böyük  filosofları,  şairləri 

Nizami  haqqında,  onun  ədəbi-fəlsəfi  irsi  və  şəxsiyyəti  haqqında 

yazır, qiymətli sözlər deyirlər.  

Nizami 

Şərq 


ədəbiyyatı 

ənənələrinə 

sadiq 

qalaraq 


“Xəmsə”sində  yaradanı  (Allahı),  peyğəmbəri,  peyğəmbərin 

meracını,  dövrünün  şahlarını  mədh  etməklə yanaşı,  yeri gəldikcə 

özü haqqında fəxriyyələr də söyləyir: 

 

Nizaminin yanında özünü öyən olmaz



Nizami olan yerdə şairəm deyən olmaz. 

Əlçatmaz zirvədəyəm, sarsılmazdır dayağım, 

Bundan da yüksəklərə dəyməlidir ayağım.  

 

II Aparıcı: Nizami  yeni  tərzdə,  yeni  üslubda  söz  deyən  nadir 

sənətkardır. Nizami ürəyi ulduzlara nur saçan Zöhrədir. 

 

Nizamiyəm, xəyala dönənin biriyəm mən

Həyacanlı sözümlə əbədi diriyəm mən. 

 

Nizami  beyninin  yağı  ilə  özünü  yandıran  nurlu  çıraqdır.  O, 

sözü  ilə  əbədiyyət  fərşi  toxuyur,  gözlərilə  ürəkləri,  ərşi  oxuyur, 

hünəri ilə göylərə yüksəlir.  




Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə