Nizami Gəncəvinin 875 illik yubileyi münasibəti ilə Mərkəzi kitabxanaların uşaq şöbələri, mks-nin şəhər, qəsəbə, kənd kitabxana filialları üçün hazırlanmış metodik vəsait



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə7/12
tarix31.10.2018
ölçüsü1,08 Mb.
#77109
1   2   3   4   5   6   7   8   9   ...   12

Sığışmazsan qaranlıq, dar zindanda, Nizami, 

Günəş kimi işıq saç bu cahana Nizami! 



 

I  Aparıcı:  Nizami  el  gözündə  düzlüyü  ilə  ucalır,    qəlbinə, 

ilhamına  düzlükdən  güc  alır,  hər  cür  tilsimi  söz  xəzinəsi,  nurlu 

qəlbi  ayna  sinəsi  ilə  sındırır.  Nizami  Gəncədə  yaşasa  da,  özünü 

dünyanın söz hakimi hesab edir: 



 

Aləm deyir: “Övladsan sən dünyaya, Nizami, 

Sığışmazsan Gəncədə gen dünyaya, Nizami”. 

Boğazımı gör necə düyünləyibdi Gəncə

Yoxsa, İraq xəzinəsi mənim olardı, məncə. 

 

Nizami  özünün  böyüklüyünü  dərindən  dərk  edir  və  bütün 



şairlərdən, hətta Firdovsidən də üstün bir şair olduğuna işarə edir. 

Nizami özünə qızıl boyunbağı saydığı Gəncədən heç yerə getmir, 

özünün kasıb süfrəsinə qane olub möhtəşəm əsərlərini yaradır.  

 

Yüz il sonra sorsan bəs o hardadır, 

Hər beyti səslənər: “burda, burdadır”. 

 

II  Aparıcı:  “Xosrov  və  Şirin”i  yaratmaqla  qazandığı  böyük 

şöhrəti,  Şirvanşahın  sifarişilə  “Leyli  və  Məcnun”  poemasını 

işləyib  başa  çatdırdığını  görən  şair  söz  meydanının  özünə 

qaldığını hiss edir və dünyaya meydan oxuyur.  

Gəldi söz meydanı, mənəm sənətkar, 

Bu gün məndən gözəl söz deyənmi var? 

“Leyli və Məcnun”da oğlu Məhəmmədin şeirdə, sənətdə məharəti 

olduğunu görən şair onun şairlik etməsini məsləhət görmür.  

 

 

 

Seirdən ucalıq umma dünyada, 

Çünki Nizamiylə qurtardı o da. 

Nə qədər şair var, söz var, şeir var, 

Dünyada onlardan mənəm yadigar. 



I Aparıcı: Bəli, Nizami kimi şair dünyaya bir daha gəlməyəcək. 

Gəlsə  də,  dünyada  onun  kimi  şair  olmayacaq.  Nizami 

“İsgəndərnamə” də sanki yaradıcılığına yekun vururmuş kimi, öz-

özünə  hesabat    verir.  O,  beyninin,  qanının  çeşmələrindən  çoxlu 

incə sözlər sıxıb süzürsə də, doymur, ilhamı yenə də çağlayır. 

(Səhnəyə oxucular daxil olur və hikmətli kəlamları söyləyirlər. 

 

Bacarsan hamının yükünü sən çək



İnsana ən böyük şərəfdir əmək. 

Sən də əldən düşüb yorulsan əgər, 

Sənin də yükünü bütün el çəkər. 

 

Yamanlıq etməkdən uzaq ol, uzaq, 



Pisliyin əvəzi pislik olacaq. 

Eşitməmişsənmi bu məşhur sözü: 

“Quyu qazan adam düşəcək özü”. 

 

Yaxşılıq etməsən əgər insana, 



Böyüklük şərəfi verilməz sana. 

Bir kəsin dadına istəsən çatmaq, 

O zaman ləngimə, tələs sən ancaq. 

 

Birilə köhnədən olarsa kinin, 



Kökünü qazıma onun nəslinin. 

Atayçın oğuldan alma intiqam, 

Çalış dost olasan onunla müdam. 

 

Bir olsa yoldaşın, dostun əməli



Daşdan su çıxardar onların əli. 

Nifaq olan yerdə fəlakət də var, 

Səadət günəşi birlikdən doğar.  

 

Həddən çox yeməyə etmə sən adət, 



Mədəni doldurmaq zəhmətdir, zəhmət. 


Bir ürəkdə olmaz iki sevgili, 

İki ürəklinin düz olmaz dili. 

 

Əqilli bir işdir yumşaq danışmaq, 



Axmağın işidir kobudluq ancaq. 

 

İstəsən övladın olsun pak ürək, 



Bir ata, bir ana tanısın gərək. 

 

 İki qəlb bir olsa dağı parçalar



 Böyük bir kütləni edər tarü-mar. 

Hər uca tütbədən, biliniz, fəqət, 

Alimin rütbəsi ucadır əlbət. 

 

Əvvəl əyri bitən bir cavan budaq, 



Zənn etmə qocalsa düzgün olacaq. 

 

Hər kəs ki, zülm üçün qılıncı aldı, 



Qan tökən şir kimi pəncəsiz qaldı. 

 

 



İnsana arxadır onun kəlamı, 

Ağlıdır hər kəsin dövləti, malı. 

 

Quyuya salsan da yaxşılığı, bil, 



Yenə qayıdacaq, o itən deyil. 

 

Kamil bir palançı olsa da insan, 



Yaxşıdır yarımçıq papaqçılıqdan. 

 

Yaxşılıq etməsən əgər insana,  



Böyüklük şərəfi verilməz sana. 

 

Yamanlıq eləsə özgəyə hər kəs, 




Çıxar qabağına, hədərə getməz. 

 

Günəşə göz yumub yandırsan çıraq, 



Külək söndürəcək onu, bil ancaq.  

 

Çalış öz xalqının işinə yara



Geysin əməlindən dünya zərxara. 

 

Yaxşı adamların göz yum eybinə, 



Yaxşı şey öyrətməz yaman göz sənə. 

 

II  Aparıcı:  Nizami  barlı-bərəkətli  Azərbaycan  torpağının 

özünəməxsus  gözəlliklərini  də  məhəbbətlə  tərənnüm  etmiş, 

poemalarında  canlanan  rəngarəng  təbiət  təsvirlərində  doğma 

Gəncənin  səfalı  çəmənlikləri,  meyvəli-üzümlü  bağları,  sərin 

çeşmələri,  Kəpəz  və  Göy  Göl  kimi  nadir  təbiət  incilərinin 

füsunkar mənzərələrindən ilhamlanmışdır.  

Nizaminin  əsərlərində  rəngarəng  poetik  vasitələrlə 

canlanan  təbiət  təsvirləri  məzmununun  ayrılmaz  hissəsinə 

çevrilərək  baş  verən  hadisələrlə  də  gözəl  uyuşur,  qəhrəmanların 

əhval-ruhiyyəsini tamamlayır.  

 

I  Aparıcı:Nizaminin  yaşayib  yaratdığı  dövrdən  bizi  səkkiz  yüz 

əlli  ildən  artıq  bir  vaxt  ayırır.  Lakin  şairin  əsrimizin  problemləri 

ilə yaxından səsləşən ölməz irsi sonsuz məhəbbətlə tətqiq olunur, 

öyrənilir və örnək götürülür. Təsadüfi deyildir ki, müsair yazıçı və 

şairlərimiz Nizami mövzularına tez-tez müraciət edir, onun ölməz 

ideyalarından  bəhrələnirlər.  Nizami  mövzularında    “Nüşabə”, 

“Fitnə”,  “Sevgi”  kimi  dram  əsərləri  yaranmış,  şairin  “Xosrov  və 

Şirin” poemasının mövzusunda Səməd Vurğun “Fərhad və Şirin”, 

Nazim  Hikmət  “Məhəbbət  əfsanəsi”  kimi  gözəl  əsərlər 

yaratmışlar.  Müasir  türk  şairi  Ceyhun  Qansu  “Fərhad  və  Şirin” 

adlı  poemasında  Fərhad  obrazını  xalqını  sevmək,  xalq  səadəti 



Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə