Nnovasiya menecmenti V



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə3/9
tarix20.04.2022
ölçüsü0,73 Mb.
#85724
1   2   3   4   5   6   7   8   9
CopyofNNOVASIYA

Keywords:

 innovation, innovation management, scientific development.       

 

GIRIŞ 


   Azərbaycan  Respublikasının  müstəqillik  sonrası  müstəqil  iqtisadi  sistemin 

yaradılması  və  bu  sistemin  dünya  iqtisadi  sisteminə  çevik  inteqrasiya  edə  bilməsinin 

zəruriliyini  ortaya  çıxarmışdır.  Ölkədə  iqtisadi  müstəqilliyin  təmin  edilməsi  üçün 

iqtisadiyyatın  innovasiya  metodları  ilə  inkişaf  etdirilməsinin  müstəsna  əhəmiyyəti 

vardır.  Ümumi  daxili  məhsulun  fərd  başına  düşən  həcminə  görə  inkişaf  etmiş  ölkələr 

ABŞ  ,  İngiltərə  ,    Cənubi  Koreya,  Almaniya,  Yaponiya  kimi  ölkələr    yüksək  iqtisadi 

göstəricilərə  xammal  satışı  hesabına  deyil,  məhz  innovasiya  yönümlü  iqtisadi  sistem 

quraraq,  elmi-  texniki  imkanlardan  geniş  istifadə  edilməsi  nəticəsində  ortya  çıxan 

dəyərlərdən  əldə  etmişdirlər.    Innovasiya  fəaliyyətinin  kifayət  qədər  geniş  miqyasda 

tətbiq edilməsi üçün elmi, elmi- texniki və həmçinin elmi- texniki tərəqqini təmin edən 

istehsalat  sahələrinin  transformasiyası  ilə  əlaqədar  problemlərin  həlli  mühümdür.  Bu 

problemlər  təkcə  iqtisadiyyat  elminə  aid  deyil,  həmçinin  bazar  münasibətlərinin 

tələbləri  nəticəsində  ortaya  çıxmış  menecment  və  digər  idarəetmə  elmi  sahələrinin  də 

tədqiqat  obyekti  sayılır.  İnnovasiya  son  zamanlarda  ən  çox  istifadə  olunan  termin 

olmağına  baxmayaraq,  tam  şəkildə  nəyi  ifadə  etdiyi,  necə  həyata  keçirilməsi  və  necə 

marketinq  olunması  barədə  tam  dolğun  fikrə  gəlinmədiyi  də  ortadadır  .  İnnovasiya - 

yüksək səmərələliyə malik yeniliyin tətbiqi, intellektual fəaliyyətin, kəşflərin, ixtiraların 

nəticəsi  olaraq  yeni  və  təkmilləşdirilmiş  məhsul,  texnoloji  proses,  həmçinin  ictimai 

münasibətlərin  müxtəlif  sahələrində  təşkilati-texniki,  maliyyə-iqtisadi  və  digər  hallar 

hesab  olunur.  “İnnovasiya”  termin latın  dilində  “innovato”  sözündən  olub, 

“yenilənmə” və “yaxşılaşma” denəkdir. Termin elmi tədqiqatlarda XIX əsrdən istifadə 

edilir.  “Iqtisadi  innovasiya”  anlayışı  XX  əsrin  əvvəllərində Avstriya iqtisadçısı Yozef 

Şumpeterin “The Theory of Economic  Development” (1934) əsərində(14.s.3) yer alaraq  

elmi içtimaiyyətə məlum oldu .           




Azərbaycandakı  müssisələrin  Avropa,  Amerika  və  Yaponiyanın  beynəlxalq 

şirkətlərinin  patent  ofisləri  ilə  müqayisəsi  zamanı  yerli  müəssisələrimizin  innovasiya 

məsələsində  hansı  yerdə  durduğunu  açıq  aşkar  görmək  olar  (1).Bu  məsələlərə  əsasən 

ölkəmizdə  innovasiya  fərqindəliliyinin  gücləndirliməsi,  müəssisələrimizin  innovasiya 

fəaliyyətlərinin  artırılması  və  bu  sahədə  perspektivlərin  müəyyən  olunmasına  dair  bu 

məqalə  qələmə  alınmışdır.  Yenilik  anlayışı  innovasiya  termininin  daşıdığı  bütün 

mənaları  əhatə  etmədiyinə  görə  təbii  olaraq  onun  yerinə  keçə  bilməz.  Çünki 

innovasiyanın  təməl  dinamikasına  əsasən  ’Yeni  olan  hər  şey  yox,  iqtisadi  və  sosial 

dəyərə çevrilə bilən yeniliklər’ (3)innovasiya sayılır. Dolayısı ilə iqtisadi və sosial əlavə 

dəyərə   sahib olmayan bir yenilik nə qədər mükəmməl, nə qədər original və nə qədər 

fərqli  olursa  olsun  innovasiya  sayıla  bilməz.  Iqtisadi  dəyər  dedikdə  innovasiyanə 

həyata  keçirən  müəssisəyə  iqtisadi  bir  dönüm  olması  başa  düşülür.  Yəni  innovasiya 

hansısa  fərdin  və  ya  quruluşun  tərəfindən  ortaya  çıxarılmasından  və  kommersiya 

predmeti  olmasından  asılı  olmayaraq  mütləq  həmin  fərd  və  ya  qurumu  iqtisadi  bir 

fayda  ilə  təmin  etməlidir.(4.səh.78)  Daha  geniş  mənada  ifadə  etsək  innovasiyanın 

meydana  gəldiyi  regional  və  xarici  effektdən  yararlanaraq  daha  rəqabətçi  bir  qazanc 

əldə  etməsi  olaraq  qiymətləndirmək  mümkündür.  Bu  baxımdan  innovasiyanın 

meydana  çıxma  prosesi  və  kommersiya  predmeti    olması  üçün  fərdin,  cəmiyyətin, 

müəssisələrin  və  dövlətin  bir  biri  ilə  əməkdaşlıq  içərisində  sıx  əlaqədə  olmaları  vacib 

amildir.  Çünki  fərdin  və  ya  cəmiyyətin  ortaya  atdığı  innovative  bir  fikri  həyata 

keçirmək  üçün  müəssisədə  onu  reallaşdırmağa  maraq  və  imkan  olmalıdır.  Dövlət 

səviyyəsində  isə  fərdlərə  və  müəssisələrə  layihələrini  həyata  keçirmək  üçün  müvafiq 

dəstək, qanunvericilik və təşviq olmalıdır. Əks halda bu fikirlər innovasiya yox, sadəcə 

yeni bir fikir olaraq qalacaqdır(2).

 

Innovasiyanın  sosial  dəyər  yönü  isə  istifadə  edən  tərəfi  bir  fayda  ilə  təmin 



etməsini ifadə edir. Digər sözlə yeni olan bir şey istifadəçisinin hər hansı bir ehtiyacını 

mövcud olandan daha yüksək səviyyədə  və ya mövcudda olmayan tamamilə yeni  bir 

dəyərlə təmin etdiyi təqdirdə innovasiya xüsusiyyətini daşıyır. Bu yönü ilə innovasiya 

ya mövcudlarla rəqabət apara biləcək bir halda olmalıdır, ya da tamamilə yeni olduğu 

halda mənimsənmə dərəcəsi yüksək səviyyədə olmalıdır. 

İnnovasiyanın iqtisadi və sosial tərəflərini açıqladıqdan sonra innovasiyaya  ’Yeni 

olan bir şeyin iqtisadi və sosial bir əlavə dəyərə çevrilə biləcək şəkildə ticariləşdirilməsi’ 

tərifini vermək olar. 




Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə