Nnovasiya menecmenti V


İNNOVASIYA  MENECMENTI VƏ AZƏRBAYCANDA TƏTBIQININ SƏMƏRƏLILIYI



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə8/9
tarix20.04.2022
ölçüsü0,73 Mb.
#85724
1   2   3   4   5   6   7   8   9
CopyofNNOVASIYA

3.İNNOVASIYA  MENECMENTI VƏ AZƏRBAYCANDA TƏTBIQININ SƏMƏRƏLILIYI 

Şübhəsiz  ki,  müəssisələr  üçün  rəqabət  qabiliyyəti  yüksək  olan  yenilik  istehsal 

etməyin  yolu  şirkətin  innovativ  mədəniyyətə  sahib  olmağından  keçir.  Şirkətin  işçiləri 

nə qədər yeniliyə meyilli olsalar innovasiya prosesinə keçid şirkət üçün bir o qədər asan 




və daha az maliyyətli olar. Lakin bu da bir həqiqətdir ki, illər ərzində eyni bir düzəndə 

çalışan  firma  birdən  birə  davamlı  şəkildə  yeniliyə  tabe  tutularsa  bu  işçilərin  həmin 

yeniliyə  adaptasiya  olmaları  bir  az  çətin  olur(7)  Bu  məsələlərdə  mərhələli  davranmaq 

daha  məqsədəuyğun  sayılır  (12).Müəssisələrdə  innovativ  mədəniyyətin  təsis  edilməsi 

və  innovativ  bir  quruluşa  sahib  olması  üçün  lazım  olan  xüsusiyyətləri  aşağıdakı  kimi 

sıralamaq mümkündür.  

 

Uzaqgörənlik, strateji və mədəniyyət liderliyi 



 

Yenilik və müvəffəqiyyəti vurğulamaq 



 

Güclü bir müştəri mərkəzlilik 



 

Keyfiyyətin idarə olunmasına əhəmiyyət vermək 



 

Elastik və uyğun təşkilati struktur 



 

Yüksək səviyyəli əməkdaşlıqlar, qrup çalışması və güvən  



 

İşçilərin  idarəetmədə  iştirakını  təmin  edən  idarəetmə  tərzi  və  əmək 



qüvvəsinə səlahiyyətin verilməsi 

 



İnsan resurslarına əhəmiyyət vermək  

 



Davamlı öyrənmə, dəyişmə və irəliləmə 

 



Effektiv məlumat, rabitə və qəraralma sistemləri 

 



Prosesin idarəolunmasına əhəmiyyət vermək 

 



Məhsul, proses və bazar inkişaf etdirməyə əhəmiyyət vermək 

İnnovasiya  onu  dəstəkləyən  bir  mədəniyyət  içərisində  daha  çox  davam  etdirilə 

bilər.  Bunun  üçün  isə  müəssisələrin  yuxarıda  sadalanan  xüsusiyyətlərə  sahib  olması 

qaçınılmazdır. (6)Xüsusilə işçiləri innovasiya mövzusunda cəsarətləndirən, dəstəkləyən 

və  yeni  fikir  və  informasiyaya  çatdıran  bir  mədəniyyətin  inşa  edilməsi,  onların  həm 

təşkilatın  daxilində  həm  də  xaricində  əlaqələrinin  inkişaf  etdirilməsinə  gətirib 

çıxaracaq.    Bu  şəkildə  təşkilatın  işçiləri  vasitəsi  ilə  həm  işçilərin  həm  də  təşkilatın 

xaricindəki  ortaqların,    müştərilərin,  vasitəçilərin  və  tədarükçülərin  yenilik  cəhdlərinə 

qatqısı təmin ediləcəkdir.(12.s 23) 

İnnovativ  təşkilat  mədəniyyətinə  sahib  olan  bir  şirkət  istər  struktur,  istər  liderlik 

xüsusiyyətləri, istərsə də işləyiş sisteminə görə malik olması lazım gələn xüsusiyyətləri 

aşağıdakı kimi sıralamaq mümkündür: 

1.

 

Liderlik,  yenilik  istəyi  və  vizyon:  yenilikçi  təşkilatların  innovasiya 



prosesiniuğurlu  bir  şəkildə  həyata  keçirmək  və  şirkət  içərisində  davamlı  bir 

şəkildə  qoruyub  saxlaya  bilmələri  üçün  bu  prosesi  dəstəkləyən  lider  kadrlara 

ehtiyac var. dolayısı ilə yenilik istəyinə sahib idarəçilik anlayışı və şirkət vizyonu 

yenilikçi təşkilatların ən önəmli xüsusiyyətlərindən biridir. 

2.

 

Müvafiq təşkilati struktur: yenilikçi təşkilatlarda innovativ mədəniyyətlə yanaşı 



şirkətin strukturunun da yeniliyə açıq olması lazımdır. Beləki şirkətin bölmələri 

arasında  uyğun  kordinasiya  və  rabitənin  yeniliklərə  cavab  verəcək  səviyyədə 




olması  lazımdır.eyni  zamanda  yeni  bir  fikrin  ortaya  çıxarılması,  müzakirə 

olunması üçün elastik struktura ehtiyac duyulur.  

3.

 

Yenilikci  fərdlər:  yeniliklərin  artaya  çıxmasında  və  ya  yeni  bir  fikrin  meydana 



çıxmasında sözsüz ki insan resursuna ehtiyac var. Yenilikci fərdlərin bacarıq və 

qabiliyyətlərini  innovasiya  yönünə  çəkmək  və  bu  vasitə  ilə  də  digər  işçiləri 

motivasiya etmək şirkətin qarşısında duran vacib məsələlərdən biridir. 

4.

 



Təhsil  və  inkişaf:təhsil  və  inkişafın  davamlılığı  və  istiqrarı  günümüzdəki 

təşkilatlar  üçün  mükəmməl  performansın  açarıdır.  Çünki  təşkilatın  yeni  bir 

texnologiyanı, alət və vasitələri istifadə edə bilməsi üçün davamlı təhsilə ehtiyacı 

vardır.  Eyni  zamanda  inkişaf  edə  bilməsi  üçün  yeni  mal  və  xidmətləri  təchiz 

etməyi  bacarmalıdır.  Və  bu  təchizat  ancaq  məlumatın  və  bacarıqların  yeniliyə 

yönləndirilməsi ilə mümkündür. 

5.

 

Yüksək səviyyədə iştirak: Yenilik adətən sadəcə tədqiqat və inkişaf, marketinq və 



istehsal  departamentlərinin    işi  kimi  başa  düşülür.  Halbuki  yenilik  prosesində 

müvəffəqiyyətə  təşkilatın  bütün  departamentlərinin  və  bütün  çalışanlarının 

ortaq səyi nəticəsində nail olunur. 

6.

 



Effektiv  komanda  çalışması:  yenilikçi  təşkilatların  ən  önəmli  ünsürlərindən  biri 

də  yenilik  fəaliyyətlərindən  məsul  qrupların  effektiv  bir  şəkildə  çalışmalarıdır. 

Bu  məsuliyyəti  üzərinə  götürmüş  qrupların  problemləri  müəyyən  etmə  və  həll 

yollarını  tapmaq,  yenilikçi  fikirləri  istehsal  etmə  və  bunları  əmtəə,  xidmət  və 

prosesə  çevirməkdəki  səmərəli  çalışmaları  həm  komandanın  performansını 

yüksəldir həm də yenilik prossesinin müvəvvəqiyyətini artırır. 

7.

 

Yaradıcı iqlim: yeniliklə bağlı hər hansı bir fikir meydana çıxdığı zaman bunun 



prossesə  çevrilə  bilməsi  üçün  bu  yeniliyi  dəstəkləyən  və  istehsal  olunmasına 

imkan  təşkil  edən  bir  mühitin  olması  lazımdır.  Sözügedən  mühitə  yenilik 

mədəniyyəti, texnologiya və dövlətin iqtisadi və siyasi dəstəyini aid etmək olar. 

Əgər yeniliyi dəstəkləyən bir mühit olmasa yenilik sadəcə fikir olaraq qalacaq. 

8.

 

Xaricə  fokuslaşmaq:  günümüzdəki  yenilik  sistemlərinin  artıq  daxilə  qapalı 



olmayıb  xaricə  açıq  olduğu  bir  reallıqdır.  Yenilikci  firmlar  da  lahiyələrini 

reallaşdırmaq  üçün  əm  daxildəki  ünsürlərə  yer  ayıracaq,  həm  də  xaricdə 

yeniliklə bağlı ünsürlərə fokuslaşacaq. 

 

Yeniliyin  yaradılması  prosesi  daima  bərpa  olunandır  və  qeyri-sabit  xüsusiyyətlərə 



malik  bazara  istiqamətlənir.  Bu  birincisi,  yeni  elmi  ideyaların  və  perespektivli 

məhsulların  işlənib  hazırlanması  axtarışının  daima  dəstəklənməsini,  və  ikincisi  isə 

inteqrasiya  əlaqələrini  saxlamaqla  idarəetmə  səlahiyyətlərinin  maksimum  qeyri-mər-

kəzləşdirilməsinin  səmərəli  və  çevik  şəkildə  idarə  edilməsini  özündə  ifadə  edir.(9) 

Firmanın  təşkilatı  strukturunun  layihələşdirilməsi  zamanı  mueyyənedici  rol  qeyri-

mərkəzləşdirməyə  məxsus  olmalıdır.  (11)Konkret  yeniliyin  yaradılması  prosesinin 

rəhbəri  lazimi  səlahiyyətlər  və  uyğun  məsuliyyətlə  təmin  olunur.  Uzun  illər  ərzində 



belə  hesab  edilib  ki,  elmin  və  texnikanın  inkişafının  dəqiq  planlaşdırılması  proqnoz-

laşdırılan  nəticələrin  alınması  ehtimalını  əhəmiyyətli  dərəcədə  artırır.  Buna  əsaslanan 

mütəxəssislər  innovasiya  proseslərinin  idarə  edilməsinin  təşkilati  sistemini 

formalaşdırmışlar. Bu gün menecmentin nəzəriyyəçiləri və praktikləri belə qənaətə gə-

lirlər ki, bazarda yeni  məhsulların  çeşidinin  və sayının  çoxaldılması, həmçinin onların 

artırılması  üçün  onların  həyat  tsiklini  ixtisarı  ilə  əlaqədar  olaraq  firmada  novator 

ideyaların  yüksək  sıxlığı  vacibdir.(5)  İdarəetmənin  innovasiya  üslubunun  tərəfdarları 

hesab edirlər ki, yaxşı yenilikçilik mühitinin yaradılması üçün həll edici rola firmaların 

müxtəlif  bölmələrində  qabaqcıl  təcrübənin  həvəsləndirilməsi,  entuziastlara  onların 

ideyalarının  reallaşdırılması  imkanlarının  yaradılması  zəruridir.  Bununla  yanaşı  qeyd 

etmək lazımdır ki, innovasiyaların yayılması elə bir prosesdir ki onun forması və surəti 

komunikasiya  kanallarının  güclü  olmasından,  informasiyanın  təsərrüfat  subyektləri 

tərəfindən  qavranılması  xüsusiyyətlərindən  və  s-dən  asılıdır.  İnnovasiyanın  nüfuz 

etməsi  isə  yeniliyin  kommunikasiya  kanalları  ilə  müəyyən  zaman  çərçivəsində  sosial 

sistemin  üzvləri  arasında  ötürülməsi  prosesidir.  Ötürülmənin  və  diffuziyanın 

(nüfuzetmənin)  vəzifəsi  isə  informasiya  menecmenti  kimi  hər  hansı  bir  elm  sahəsi 

hüdudlarından nəzərdən keçirilə bilər. 

NƏTICƏ 

   Azərbaycan  Respublikasının  müstəqillik  əldə  etməsindən  sonra  öz  iqtisadiyyatını 

bazar  iqtisadiyyatının  tələbləri  doğrultusunda  yenidən  formalaşdırmağa  başladı. 

Müstəqil  iqtisadi  sistemin  yaradılması  əsas  vəzifələrdən  biri  oldu.  Iqtisadi 

təhlükəsizliyin  təmin  edilməsi  üçün  ölkə  iqtisadiyyatının  innovasiya  addımlarından 

istifadə  edilərək  inkişaf  etdirilməsinin  böyük  əhəmiyyəti  vardır.  Ümum  daxili 

məhsulun fərd başına düşən həcminə görə ilk sıralarda olan   ABŞ, Almaniya, Yaponiya 

kimi bir çox inkişaf etmiş ölkə yüksək iqtisadi göstəricilərə sattıqları xammal hesabına 

deyil,  məhz  innovasiya  yönümlü  yolla    gedərək,  elmi-  texniki  imkanlardan  geniş 

istifadə  edilməsi  nəticəsində  nail  olmuşdur.    Innovasiya  fəaliyyətinin  kifayət  qədər 

geniş  miqyasda  təşkil  edilməsi  üçün  elmi-  texniki  tərəqqini  ehtiva  edən  istehsal 

sahələrinin  əsaslı  transformasiyası  ilə  bağlı  problemlərin  həlli  vacibdir.  Bu  problemlər 

təkcə  iqtisadiyyat  elminə  aid  deyil,  həmçinin  bazar  münasibətlərinin  tələbləri 

nəticəsində meydana gəlmiş menecment , marketinq və digər elmi sahələrin də tədqiqat 

obyektidir.  Yeni  problemlər  elmi-  texniki  və  innovasiya  fəaliyyətinə  yeni  prizmadan 

baxmaqla,  elmi-  texniki  əmtəəyə  yeni  yanaşmaların  və  onların  düzgün  idarə 

edilməsinin  də  formalaşmasını  şərtləndirir.  Beləliklə,  qarşıda  duran  məsələ  ölkənin 

innovasiya  sisteminin  düzgün  formalaşmasından  və  düzgün  idarə  edilməsindən 

ibarətdir. Ölkənin innovasiya sisteminin formalaşdırılması sisteminin formalaşdırılması 

bir neçə konkret məsələni ortaya çıxarır ki, bunların da ən vacibi elmi- texniki məhsula 

və  ümumiyyətlə,  intellektual  məhsula  münasibətin  dəyişdirilməsi,  elmi-  texniki 



məhsulun  əmtəə-  pul  münasibətlərində  digər  məhsullarla  eyni  dərəcədə  iştirakının 

təmin edilməsidir. Innovasiya potensialından fərqli olaraq innovasiya sistemində təkcə 

yeni texnologiyaların istehsalı və istifadəsi ilə məşğul olan subyektlərin məcmusu deyil, 

həmçinin  bu  proses  zamnı  onların  arasında  baş  verən  münasibətlərin  də  məcmusu 

aiddir. Ona görə də ölkənin  innovasiya sistemi vahid və tam bir struktur təşkil etməli 

və  mütləq  dövlətin  himayəsində  olmalıdır.  Bu  əsasən  onunla  şərtlənir  ki,  innovasiya 

fəaliyyəti  bir  qayda  olaraq,  həmişə  innovasiya  prosesinin  bütün  mərhələlərində  risklə 

bağlı  olur.  Ona  görə  də  bu  prosesin  gedişi,  düzgün  idarə  edilməsi  və  yeni  məhsulun 

realizə  olunmasının  təminatı  əvvəlcədən  həyata  keçirilməlidir.  Bunun  üçün  müvafiq 

qanunvericilik  aktları  paketinin  işlənib  hazırlanması  və  təsdiq  edilməsi  vacibdir. 

Beləliklə, ölkənin iqtisadiyyatının innovasiya yolu ilə qurulması məhz milli innovasiya 

sisteminin  yaradılması  və  fəaliyyətinin  təmin  edilməsindən  asılıdır.  Yuxarıdakı 

araşdırmaları  ümumiləşdirərək,  milli  innovasiya  sistemi  ölkənin  daxilində, 

ümumiyyətlə,  yeni  bilik  və  texnologiyaların  istehsalı  və  yayılması,  idarə  edilməsi 

prosesinin  bütün  iştirakçılarının  və  onların  arasında  bu  proses  zamanı  təzahür  edən 

münasibətlərin məcmusudur. Burada innovasiya sisteminin ” milliliyi” anlayışı dövlət 

himayəsinin  olmasını  bildirir.Azərbaycan  Respublikasında  bazar  münasibətlərinə 

uyğun milli innovasiya sisteminin yaranması və uğurlu fəaliyyəti aşağıdakı amillərdən 

əsaslı surətdə asılıdır: 

1.

 



yeni texnologiyaların, texnikanın, ideya və biliklərin istehsaları olan müəssisələr 

şəbəkəsinin mövcudluğu 

2.

 

yeni məhsul istehsal edə bilən istehsalat müəssisələri şəbəkəsinin mövcudluğu 



3.

 

qeyd  edilən    istehsal  prosesləri  iştirakçılarının    maliyyələşdirilməsi  sisteminin 



mövcudluğu 

4.

 



bütün tərəflər arasında münasibətlərin tənzimləmə mexanizminin olması 

və s. 


   Milli  innovasiya  sisteminin  yaranması  və  formalaşmasına  mane  olan  bir  sıra  amillər 

də vardır ki, onları da aradan qaldırmadan  bu sistemin yaranması mümkün deyil. Bu 

amillərdən  biri  innovasiya  fəaliyyətinə  dövlət  dəstəyinin  son  dərəcə  zəifliyidir.  İkinci 

amil  kimi  respublikanın  intellektual  mülkiyyət  obyektlərinin  uçotunun  olmamasını 

göstərmək  olar.  İntellektual  mülkiyyət  dedikdə,  əsasən  elm,  texnika,  ədəbiyyat, 

incəsənət  və  digər  yaradıcılıq  sahəsindəki  intellektual  fəaliyyətinin  nəticəsində  olan 

hüquq başa düşülür. İnnovasiya prosesinin mərkəzi fiqurunu ixtiraçı təşkil edir.    Onun 

beynində yeni ideyalar yaranır, sonradan isə bəzən bütöv bir kollektiv tərəfindən həmin 

ideyaların reallaşdırılması mexanizmi  işlənib hazırlanır. Bu baxımdan yeni  innovasiya 

sısteminin qurulması əsas rol oynayır. 




Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə