Nnovasiya menecmenti V


İNNOVASIYA VƏ VƏ ONUN CƏMİYYƏT ÜÇÜN  ƏHƏMİYYƏTİ



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə4/9
tarix20.04.2022
ölçüsü0,73 Mb.
#85724
1   2   3   4   5   6   7   8   9
CopyofNNOVASIYA

1.İNNOVASIYA VƏ VƏ ONUN CƏMİYYƏT ÜÇÜN  ƏHƏMİYYƏTİ   

Innovasiya- elmi- texniki şərtlərini təmin etmək, keyfiyyəti artırmaq və digər keyfiyyət 

artırıcı və təkmilləşdirici  fəaliyyət mənasını ifadə edir. 



burada 2 cəhəti qeyd edə bilirik –ilki yeni ideya , təhsil xidmətidir; ikincisi isə istehsala 

yeniliyin tətbiq edilməsidir ki, nəticədə istehsal sisteminin özü dəyişir, isthsalat prosesi 

keyfiyyətli  vəziyyətə  keçir.  (13.

  səh.2-17)

  Innovasiya  prosesi  müxtəlif  yollarla  həyata 

keçirilə bilər. Konkret halda ən səmərəli yolun seçilməsi texnologiyanın xarakterindən, 

son  məhsul  bazarından,  firmanın  potensialından,  iqtisadi  mühitdən,  rəhbərin 

səriştəliliyindən  və  s.  asılıdır.      Innovasiya  prosesinin  məqsədini  aşağıdakılarla  izah 

etmək olar: 

-

 



məsələnin yeni texniki həllini tapmaq- 

-

 



elmi- tədqiqat və təcrübə işlərinin aparılması 

-

 



satışın hazırlanması və təşkili 

-

 



yeni brendlərin bazarda yer tutması 

Innovasiyanın  milli  və  regional  iqtisadiyyatların  təməl  inkişafında  əvəzsiz  rola 

malik  olduğunu  nəzərə  alaraq  onun  iqtisadiyyat,  cəmiyyət  və  müəssisələr  üçün 

əhəmiyyətini üç başlıq altında cəmləşdirmək mümkündür(8).  

1.

Milli və regional iqtisadiyyat üçün davamlı iqtisadi böyümənin stimullaşdırılması 



2.Cəmiyyət üçün sosial inkişaf və refah səviyyəsinin yüksəldirilməsi  

3.Həm müəssisələr həm də milli iqtisadiyyat üçün rəqabət gücünün təməl dinamikasına 

çevrilməsi. 

Yuxarıda qeyd olunan innovasiyanın  cəmiyyət, müəssisələr və  ölkə iqtisadiyyatı üçün 

meydana  gətirəcəyi  müsbət  nəticələri  daha  da  detallı  bir  şəkildə  aşağıdakı  kimi 

sıralamaq mümkündür(5).  

Müəssisələrə yönəlik nəticələr: 

 



Rəqabət üstünlüyünü təmin etməsi 

 



Maliyyətləri azaltması 

 



Səmərəliliyin artımı 

 



Bazar payının artması 

 



Mənfəətin artması 

 



Xammalın effektiv istifadə olunması 

 



Keyfiyyətin artması 

 



İnformasiyanın iqtisadi dəyərə çevrilməsi 

 



Yeni bazarların meydana gətirilməsi 

 



Məhsul xəttinin və kompleksinin genişləndirilməsi 

 



Müştəri məmnuniyyətinin maksimuma çatdırılması 

 



Yeni bazarlara girişin asanlaşdırılması 

 



İstesalda, tədarükdə və marketinqdə elastiliyin təmin olunması 


 

Əmtəə  və  xidmətlərin  istehsal  müddətlərinin  qısaldılması  və  tullantıların 



minimum çatdırılması 

 



Əmək şəraitinin yaxşılaşdırılması 

 



Müştəri,  tədarükçü  və  vasitəçilərlə  ünsiyyətin  inkişaf  etdirilərək  informasiya 

paylaşımının təmin olunması 

Cəmiyyət və iqtisadiyyata yönəlik nəticələr: 

 



İctimai rifahın artışı 

 



Həyat standartının yüksəldilməsi 

 



Davamlı iqtisadi böyümənin təmin olunması 

 



Məşğulluğun artması 

 



 Resursların effektiv və səmərəli istifadə olunması 

 



Yeni xammal resurslarının ortaya çıxarılması 

 



Ixracat artımının təmin edilməsi 

 



Patent saylarında artım 

 



Regional inkişafa qatqı təmin etmək 

 



Enerji resurslarının effektiv istifadə olunması 

 



Sahibkarlığın artması 

 



Xaricdən asılılığın azalması 

  Innovasiyanın  ister  müəssisəyə,  istərsə  də  cəmiyyət  və  iqtisadiyyata  yönəlik  bu 

müsbət  təsirlərindən  yararlanmaq  üçün  ilk  növbədə  fərd,  cəmiyyət  və  qurumlar 

müəyyən  bir  fərqindəliyə  sahib  olmalıdırlar  və  innovasiyanın  əhəmiyyətliliyini  d

ə

rk 


etməlidirlər(9).  Məsələnin  vacibliyinin  fərqində  olduqdan  sonra  lazımi  bütün 

mexanizmlər  qurulmalıdır  və  bu  mexanizmlər  arasında  ünsiyyət  və  təsirlənmə  təmin 

edilməlidir.  Bunun  üçün  isə  bir  çox  ölkə  yeni  bir  yenilik  sistemi  quraraq  bu  sistemin 

qlobal  sistemlərlə  inteqrasiyasını  təmin  etməyə  çalışırlar.  Təbii  olaraq  bu  yenilik 

sisteminin  nə  dərəcədə  effektiv  işləyəcəyi  dövlətin  bu  işə  hansı  səviyyədə  dəstək 

verəcəyinə  və  milli  innovasiya  strategiyasına  bağlıdır(10.s132).  Sistematik  və  öyrənən 

şəbəkə  modelinə  dayalı  milli  innovasiya  sisteminin  effektivliyinə  dövlət  dəstəyinin, 

qurumların və ictimaiyyətin təsirini aşağıdakı kimi sıralamaq olar: 

 

Dövlətin bu sistem içərisindəki rolu və dəstəyi 



 

Dövlət, ictimaiyyət və müəssisələrin bu prosesdə aktiv iştirakı 



 

Universitet və sənaye əməkdaşlığı 



 

Çevrə dəyişikliklərinin və onların təsirinin analiz edilməsi 



 

İnformasiyanın əldə edilməsi və paylanması 



 

Bu  məsələdə  sadəcə  dövlətin  təsir  dairəsini  ələ  alsaq  dövlətin  innovasiya  proseslərinə 

qatılımının zərurilik səbəblərini maddələr şəklində aşağıdakı kimi sıralaya bilərik: 



 

İnnovasiyanını  əsasından  ibarət  məlumatın  dövlət  əhəmiyyətli  xüsusiyyətə 



malik olması 

 



İnnovasiya  prosesində  müəssisələrin  öhdəsindən  gələ  bilməyəcəyi  bəzi  qeyri-

müəyyənliklərin ortaya çıxması 

 

Texnologiyanın 



yayılması 

və 


tədbiqi 

üçün 


lazımi 

infrastrukturun 

formalaşdırılması 

 



Bəzi tamamlayıcı qayda qanunların qoyulması 

 



İnnovasiya ilə bağlı bəzi iqtisadi və siyasi qərarların alınması 

 


Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə