Nobel küRSÜSÜ Selma Lagerlöf



Yüklə 255 Kb.
Pdf görüntüsü
səhifə3/7
tarix29.01.2018
ölçüsü255 Kb.
#22656
1   2   3   4   5   6   7

Bu nədi belə? 

Kraliça soruşdu 



Elə bil orda dəhşətli savaş gedir?

 

Gəmi Qull adasının yanından ötüb geniş körfəzə daxil olanda isə, Kraliça çayın sahilində yerləşən möhtəşəm 



Kunqahell şəhərini gördü.

 

Xüsusi məharətlə yonulmuş iri tirlərdən tikilmiş evlər möhkəm və davamlı görünürdülər. Əyri küçələr tərsanəyə qədər 



uzanırdı.

 

Təbəələrinə, avarları ehmalca və asta çəkməyi



 

əmr edən Kraliça, gurultu səslərinin hardan gəldiyini axır ki, başa 

düşdü. Dəmirçilər, əllərindəki ağır çəkicləri işlədə

-

işlədə var qüvvələri ilə dəmir döyəcləyirdilər. Xarratlar, ətrafa 



gurultu sala-

sala uzun taxta parçalarını bərəyə yükləyirdilər. Çörəkxanalarda oxlovlar şaqqıldayırdı. Gəmiqayıranlar, 

uzun mıxları qalın palıd lövhələrə mıxlayırdılar.

 

Təmir olunmuş gəmi və qayıqlar suda yırğalanırdı. Dənizçilər arvadları ilə tələsik vidalaşdılar.



 

Ağır gəmi sandıqları anbarlara yığıldı.

 

Kraliça, çay yuxarı



 

üzən gəmilərin, siyənək balığıyla dolu çəlləklərin və duz kisələrinin ağırlığından əyildiyini hiss etdi. 

Dəniz açıqlığında üzən gəmilər isə qiymətli palıd taxtalar, dəri və xəzlə yüklənmişdi

 

Tərsanənin bu qaynar işgüzarlıqla dolu mənzərəsini əmnun iəğəssümlə izləyən Kraliça Siqrid təbəssümünü gizlədə 



bilmədi.

 



Nə demək olar?... 

o özlüyündə fikirləşdi 



Kral Olavın arvadı olub belə bir şəhərə hökmranlıq eləməyin əleyhinə 

deyiləm.

 

Qırmızı yelkənli gəmi körpüyə yaxınlaşırdı. Gəminin yuxarı göyərtəsində dayanmış gümüşü libaslı Kraliça Siqrid 



Storroda sanki şəhərin üstüylə pərvaz edirdi.

 

O necə də gözəl idi!... Yanaqları, dağ zirvəsinin qarından bəyaz idi, qapqara, dalğalı saçları, daş



-

qaşla bəzədilmiş 

məxmər başmaqlarının üstünə düşür, oxa bənzər kirpikləri yanaqlarına mavi kölgə salırdı... gözləri, ulduzsuz gecələr 

qədər qara və nəhayətsiz idi...

 

Vassalları və döyüşçüləri ilə birgə körpüdə dayanmış Kral bu əsil



-

nəcabətli adaxlısına uzaqdan

-

uzağa heyranlıqla 



tamaşa edə

-

edə:



 

"Yer üzündə ondan gözəl qadın yoxdu

 

və heç vaxt da olmayıb..." 



deyə düşünürdü. "O, həqiqətən də, deyildiyi qədər 

gözəl imiş".

 

Storroda da, öz növbəsində, təkəbbürlə gülümsəyə



-

gülümsəyə gənc Kralı uzaqdan

-

uzağa süzə



-

süzə: «Onun qızılı, 

ipək saçları necə də gözəldi?!.. Ala gözləri isə polad

 

kimi sərtdi." 



deyə düşündü.

 

Siqrid Storroda gəmidən düşüb əlini Krala uzatdı.



 

Kralıçanın əli isti və zərif idi.

 

Kral Olav bu isti və nəvazişi əvvəl əlində, sonra qəlbində hiss etdi.



 

Kral və Kraliça enli mərmər pillələrlə saraya qalxdılar.

 

Kral, Storroda



nı dəbdəbəli süfrənin yuxarı başında əyləşdirib, ayaqlarının altına qiymətli hədiyyələr sərdirdi. Arfa və 

tütəklərlə Kraliçanın şərəfinə mahnılar səsləndi, müğənnilər oxuduğu nəğmələrlə onun gözəlliyini vəsf etdilər.

 

Sonda, hamı susandan sonra yepiskop ayağa qalxıb dua oxumağa başladı. Kraliça Storroda isə bu müqəddəs sözləri 



eşitmirmiş kimi gülməyə, zarafat eləməyə, Krala öz saysız

-

hesabsız sərvətlərindən danışmağa başladı. Kraliçaya sarı 



əyilib onun valehedici, şirin səsini dinləyən kral Olav da Yepiskopa

 

sarı baxmırdı.



 

Bu vaxt möminləri axşam ibadətinə səsləyən kilsə zənglərinin səsi eşidildi... və Kral Olav, cadugər ovsunundan yaxa 

qurtarmaq istəyən tək, yerindən sıçrayıb əlini alnına apardı. Kraliça nəvaziş və qətiyyətlə Kralın əlindən tutub, onu 

yenə öz yanında əyləşdirdi, məşhur bir müğənnini yanına çağırtdırıb, qədim qəhrəmanların şücaətini və qüdrətini, 

məğlublara qarşı amansızlığını vəsf edən mahnılarla Kral Olavı əyləndirməyi əmr etdi və Kral Olav kilsəyə getmək 

əvəzinə, adaxlısının yanında qalıb, onun alov saçan dodaqlarına, qara və nəhayətsiz gözlərinə tamaşa elədi.

 

...O gecə Geta



-

Elf çayının bərəçisinin işi həmişəkindən çox oldu. Onu o sahildən bu sahilə səsləyənlərin sayı 

artmışdı. Bələdçi hər dəfə səs gələn tərəfə üzsə də, sahildə heç kimi tapa

 

bilmirdi. Beləcə, o, bütün gecə .sahilə yan 



aldı. Nəhayət, səhərə yaxın qumluqda çoxlu xırda ayaq izləri və xalis qızıl qırıntılarını görən bərəçi başa düşdü ki, 

onu, xaçpərəstliyinə görə Norveçi tərk edən, indi isə geri qayıdan cinlər və cırtdanlar səsləyirmişlər.

 



Kral Olav hər gün Məryəm ana kilsəsinə günorta ibadətinə getməyə vərdiş etsə də, o səhər yuxudan oyanananda 

fikirləşdi ki, bir gün kilsəyə getməsə, günah sayılmaz.

 

O, Kraliça Storrodanı görməyə, həmin axşam toy etmək üçün adaxlısından icazə almağa tələsirdi. Kral saraya, 



müşayiətsiz 

təmtəkcə daxil olub mərmər pillələrlə tələsik qalxmağa başladı. Yox, daha o, bircə dəqiqə belə gözləyə 



bilməzdi!

 

"Onun qara saçlarına mirvaridən tac qoyacağam!" 



Kral Olav düşünürdü 

"Mənim Siqridim o qədər gözəl 



olacaq ki, 

ən paxıl insanlar belə, onun gözəlliyi qarşısında baş əyəcəklər".

 

Uzaqdan kilsə zənglərinin səsi eşidilsə də, Kral addımlarını yavaşıtmaq fikrinə düşmədi. Lakin o, kilsənin yanından 



ötəndə, gözlənilmədən çox qəribə və izaholunmaz bir hadisə baş verdi. Zəng səsləri qəfildən kəsildi, kilsə xoru 

susdu, məbəddə yanan şamlar söndü.

 

Kral ayaq saxlayıb heyrət içində kilsəyə sarı boylandı. Kilsə necə də çirkin və miskin görünürdü?!... Bəs niyə əvvəllər 



bunu hiss eləmirdi? Ağır torflu dam örtüyü sanki kilsəni başından aşağı basırdı. Şam ağacının qabıqlarından 

hazırlanmış ensiz çardağın qapısı isə qaramtıl və alçaq idi.

 

Kral yoluna davam eləmək istəyirdi ki, kilsənin qarşısında cavan bir qadın peyda oldu. Onun əynində, sadə parçadan 



tikilmiş qırmızı yubka və göy rəngli, ucuz plaş vardı. Qucağındakı südəmər körpənin açıq rəngli qıvırcıq saçları 

çiyninə tökülmüşdü.

 

Kral Olav göy plaşlı qadına baxır, gözlərini ondan ayıra bilmir, "Onun necə gözəl üzü var... 



deyə düşünürdü. 

- Heç 

vaxt belə füsunkar gözəllik görməmişəm!"



 

Qadın uşağı sinəsinə elə möhkəm sıxmışdı, elə bil Yer üzündə bu körpəsindən qiymətli heç nə yox idi.

 

Qadın geriyə boylandı, içiboş, qaranlıq kilsəyə baxdı və açıq mavi gözləri yaşla doldu. O, taqəti tükənmiş kimi, çiynini 



qapıya söykəyib kədərlə

 

uşağına baxdı, gözləriylə sanki: "Yer üzündə isti bir ocaq, sığınacaq tapa biləcəyikmi?" 



dedi. 


"Görən bu qadın kimdi?..» 

- Kral özü-

özlüyündə düşündü. 

«Elə bil, onu hardasa görmüşəm. Şübhəsiz, əsil



-

nəcabətlidi. Görünür, bu müsibətə taleyin hökmü ilə d

üçar olub." 

Kral, hər şeyi unudub, insanı ovsuna salan bu simanı, bu mavi, məsum gözləri harda gördüyünü xatırlamağa çalışdı. 

Sonra özünü saxlaya bilməyib qadına yaxınlaşdı:

 



Niyə belə qəmlisən? 

deyə ondan soruşdu.



 

Qadın:


 

Məni evimdən qovublar. 



- dedi 

və çevrilib qaranlıq kilsəni göstərdi.

 

Kral, onun nə demək istədiyini başa düşmədi. Bəlkə getməyə başqa yeri olmadığı üçün kilsədə sığınacaq axtarır?



 

Səni kim qovub axı? 



deyə soruşdu.

 

Qadının kədər dolu baxışları Kralın ürəyini parçaladı:



 

Məgər bilmirsən? 



o, astadan dilləndi.

 

Kral üzünü çevirib yola düzəldi. Onun burda dayanıb tapmaca tapmağa vaxtı yox idi. Axı bu qadın nə demək 



istəyirdi?.. Özünü elə aparır, elə bil onun qovulmasının günahı Kraldadı?!..

 

O, adaxlısının, qırmızı yelkənli gəmisinin lövbər saldığı körpüyə tələssə də, Kraliça Storrodanı görən kimi ayaq 



saxladı... Sanki hansısa gözəgörünməz qüvvə onun yolunu kəsdi.

 

...Bu, kilsənin qapısı ağzında gördüyü tənha və qəmgin qadının üzü idi...



 

"Bu nə deməkdi? 

Kral fikirləşdi. 



Niyə mənə elə

 

gəlir ki, o hətta Kraliça Storrodadan da gözəldi?.. Bu nə axmaq 



fikirdi ağlıma gəldi?.. Axı, bu mümkün deyil?!"

 

Kraliça onu məğrur təbəssümlə qarşılayarkın, Kral, gözlərində yaş damlaları parlayan başqa bir qadın barədə 



düşünürdü...

 

Kraliça Storroda həmişəki kimi, vüqarlı və gözəl olsa da, Kral ona qarşı anlaşılmaz ikrah duymağa başlamışdı.



 

Səni belə tez gözləmirdim. 



- Kraliça Storroda yüngül istehzayla dedi - 

Elə bilirdim, öz kilsəndə diz çöküb dua 

eləməklə məşğulsan.

 

Qəfildən, bu təkəbbürlü Kraliçanı ələ salmaq, onun istəklərinin əleyhinə getmək həvəsinə düşən Kral:



 


Yüklə 255 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə