Nobel küRSÜSÜ Selma Lagerlöf



Yüklə 255 Kb.
Pdf görüntüsü
səhifə6/7
tarix29.01.2018
ölçüsü255 Kb.
#22656
1   2   3   4   5   6   7

 

2013-


cü ilin Nobel mükafatı laureatı Elis Manro (1931) ilk kitabını ("Şən kölgələrin rəqsi", 1968) 37 yaşında çap 

etdirib. Elə ilk kitabıyla uğur qazanan yazıçı Kanadanın ən yüksək ədəbi mükafatını 

- "General-qubernator 

mükafatı"nı qazanıb. Yaradıcılığında

 

əsasən hekayə janrına üstünlük verən, "Kanadanın Çexovu" adlandırılan Manro 



"Qızların və qadınların həyatı" (1971), "Sizə demək istədiyim bir şey vardır" (1974), "Sən özünü axı nə hesab 

edirsən?" (1978), "Yupiterin peykləri" (1982), "Gənclik dostum" (1990), "Yaxşı qadının sevgisi" (1998), "Qaçaq" 

(2004), "Əziz həyat" (2012) və bir çox başqa hekayə toplusunun müəllifidir.

 

 



Elis Manro 2009-

cu ildə Beynəlxalq "Buker" mükafatna, 2013

-

cü ildə isə "Çağdaç hekayə janrındakı uğurlarına görə" 



Nobel mükafatına layiq

 

görülmüşdür.



 

 

Müsahibə və hekayə



 

"Xəzər" dünya ədəbiyyatı dərgisinin 1/2014 nömrəsində çap olunub

 

 

 

QIZIL DÖVRÜN ŞAİRLƏRİ



  

Dərsliklərdə olmayan Puşkin

 

21 Noyabr 2014 



 

 

(Ön 



söz yerinə)

 

Oxuyacağınız bu şeirlər böyük rus şairi Aleksandr Sergeyeviç Puşkinin bizə uşaqlıqdan məlum olan məşhur 



şeirlərindən xeyli fərqlənir. Əslində, onu bu şeirlərin tamhüquqlu müəllifi saymaq da bir az çətindir. "Qurana nəzirə" 

silsiləsindən olan şeirlər, adından da göründüyü kimi, bu müqəddəs kitabın motivləri əsasında yazılıb. Və bu şeirlərin 

yazılmasına, yəqin ki, şairin damarlarından axan ərəb qanının da təsiri olub.

  

"Qərbi slavyanların nəğmələri"ni isə Puşkin o nəğmələri toplayan məşhur fransız



 

yazıçısı Prosper Merimenin Parisdə 

çap etdirdiyi kitabdan, yəni fransızcadan rus dilinə çevirib. Təbii ki, Puşkinin bu tərcümələri həddən artıq sərbəst, 

yaradıcı tərcümələrdir və onun cildlərində orijinal şeirləri kimi çap olunmağa haqq qazanıblar. Bu nəğmələrin bizim 

üçün bir maraqlı cəhəti də bu qərbi slavyan nəğmələrində şərq, daha doğrusu, türk motivinin olmasıdır. "At" şeirindəki 



"uzaqdan eşidilən nal səsləri və ox vıyıltıları" kimlərin hücumundan xəbər verir? Təbii ki, türklərin.

 

"Bir ac quzğun o birinə deyirdi" şeirində isə Qafqaz folklorunun ruhu açıq



-

aşkar duyulur.

 

"Gözəl qız, gördünmü mənim atımı?" misrasıyla başlayan balaca şeir isə Puşkinin yarıciddi, yarızarafat, yumor və 



ironiyayla dolu saysız

-

hesabsız poetik miniatürlərindən biridir.



 

Ümumiyyətlə, maraqsız dərsliklərin, məktəblərdə zorla əzbərlətdirilən şeirlərin get

-

gedə oxucudan uzaqlaşdırdığı, 



canlı insandan daha çox heykələ çevirdiyi Puşkin kimi böyük şairləri bütün ciddi və qeyri

-

ciddi tərəfləriylə, bütün 



rəngarəngliyilə bugünkü Azərbaycan

 

oxucusuna tanıtmağın və sevdirməyin vaxtı çoxdan çatıb. Bəlkə də, ötüb. 



Amma mən bu şeirləri tərcümə eləmişəmsə, deməli, hələ ümidsiz deyiləm.

 

 



Ramiz Rövşən

 

 



A.S.PUŞKİN

 

Orijinaldan tərcümə edən: Ramiz Rövşən

 

Şeirlər "Xəzər" dünya ədəbiyyatı dərgisinin 1/2014 nömrəsində çap olunub

 

 



 

XİLAS YOLUNUN YOLÇULARI

  

Hüseyn ibn Mənsur Həllac 



Doğuluşdan sufiliyə qədər uzanan əfsanəvi həyat yolu

 

21 Noyabr 2014 



 

 

Həllacın həyat yolu

 

 

S



ufi tarixinin ən parlaq və barışmaz simalarından olan, sufi

-

şair Hüseyn ibn Mənsur əl Həllac 244/858



-59 -

cu illərdə, 

İranın Beyz şəhərində anadan olub.

 

Hüseynin babası 



qədim İranda geniş vüsət almış Zərdüştlük təliminin davamçılarından olub. 

    

Atası Mənsur 



-  

Allahın, Məhəmməd peyğəmbər vasitəsi ilə insanlığa bəxş etdyi yeni, azad və saf dini 

İslamı qəbul 



edib. 

Həllacın tədqiqatçıları, onun atasının yun və pambıq əyirəni (xovlayıcısı) olduğunu, bu işlə Bağdad, Bəsrə, Kufə kimi, 

toxuculuq mərkəzlərində işlədiyini bildirirlər.

 

Həllac, hələ erkən yaşlarından ərəb qrammatikasına və ilahiyyatçılıq elminə yiyələnir. Quranı və ona dair şərhləri 



əzbər bilir. Təhsilini başa vurduqda (16 yaşını haqlayanda ) o, biliklərinin kifayət dərəcədə olmadığını, daha əsaslı və 


dərin bilik əldə eləməyə ehtiyacı olduğunu anlayır. Həmin dövrlər, Həllacın əmisi, gənc ilahiyyatçıya, azad fikirli, 

qorxmaz sufi - 

Səhl Tustari barədə danışır.

 

Səhl bin Abdullah ət



-

Tustari, dövrünün ən yüksək, sufi

imam dərəcəsinə çatmış şeyxlərdən idi. Əmisinin dediyinə 



görə, Səhl 

"İslamın Həqiqi Ruhunun şərhçisi idi". Deyilənə görə o, ömrünü, qəbul olunmuş vaxtı və qaydaları



 

aşan 


orucda keçirir, hər gün dörd yüz rükət namaz qılırdı.

 

Əmisinin bu hekayətlərindən ilhamlanan gənc Həllac, Tustara üz tutur. Orada məşhur sufi, Səhl bin Abdulla ət 



Tustarinin xidmətinə qəbul edilir.

  

Tustar şəhərində keçən iki il ərzində Həllac, dini təcrübə ilə məşğul olaraq, Haqqa (Həqiqətə) aparan yolu ruhi 



kamilləşmə mərhələləri üzrə keçir. İki ilin tamamında isə, müəllimini tərk edərək, Bəsrəyə köçür və orada, o dövrün 

məşhur din xadimi Əmrə ibn Osman əl Məkki ilə tanış olur.

 

Bəsrədə


 

yaşadığı dövrlər Həllac, dini təcrübənin son mərhələlərini keçir və Əmrə, Həllaca, cod kətandan tikilən dərviş 

libası geyindirib, onu sufiliyə qəbul edir.

 

Həmin andan Həllac, Kamillik Zirvəsi mərhələsinə çatmış nəhəng sufilər cərgəsinə daxil olur.



 

M

ətn "Xəzər" dünya ədəbiyyatı dərgisinin 1/2014 nömrəsində çap olunub

 

 

 

SERVANTES MÜKAFATI LAUREATLARI  



Ernesto Sabato 

21 Noyabr 2014 

 

 

Tərcümə edən: Saday Budaqlı



 

Tanınmış Argentina yazıçısı Ernesto Sabatonun (1911

-

2011) ilk kitabı esselər məcmuəsindən ibarət olsa da, 1948



-ci 

ildə işıq üzü görən «Tunel» romanı artıq onu bir yazıçı kimi tanıtdırıb. Alber Kamyunun əsər haqqında dediyi xoş 

sözlərdən sonra roman dərhal onlarla dilə tərcümə olunub. 1961

-

ci ildə çap olunan «Qəhrəmanlar və məzarlar» 



roman

ı isə XX əsrin ən yaxşı romanlarından sayılır.

 

Sabato XX əsrin nəhəng yazıçılarından olan Kortasar, Borxes, Qabriel Qarsia Markes və Jorji Amadu ilə birlikdə 



"magik realizm"in əsasını qoyanlardan hesab olunur.

 



Yüklə 255 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə