Nobel küRSÜSÜ Selma Lagerlöf



Yüklə 255 Kb.
Pdf görüntüsü
səhifə4/7
tarix29.01.2018
ölçüsü255 Kb.
#22656
1   2   3   4   5   6   7

İbadət hələ bitməyib, 

- dedi - 

gəldim ki, səni də özümlə kilsəyə aparım.

 

Kralın bu sözündən Kraliçanın rəngi qaraldı, gözlərində qorxunc qığılcımlar oynadı. Starroda gözlərini yerə dikdi, 



süni 

nəvazişlə gülümsəyib məlahətli səslə:

 



Yaxşısı budur, gəmiyə qalx. Sənin üçün çoxlu hədiyyə gətirmişəm. 



dedi və qızıl dəstəkli qılıncı əlinə aldı. Sanki 

bununla Kralı aldadıb tələyə salmaq istəyirdi.

 

Xidmətçilər, içi zümrüd və mərcanla, kürklərlə dolu sandıqları sürüyüb gətirdilər. Lakin Kralın gözünə, Storrodanın 



yanında dayanmış ucuz, göy plaşlı başqa bir qadın görünürdü... Kraliça isə saysız

hesabsız var



-

dövlətinin parıltıları 

içində, qızıl dərili əjdahaya bənzəyirdi.

 

Kral təkidlə:



 

Əvvəl de görüm, mənimlə kilsəyə gedəcəksənmi? 



- dedi. 

Storrodanın üzündə istehza dolu təbəssüm oynadı:

 



Mənim sənin kilsəndə nə işim var? 



- dedi. 

Kralın qaşlarının düyünləndiyini görəndə isə anladı ki, o daha əvvəlki ovqatda deyil. Odu ki:

 



Əzizim Kral Olav, öz kilsəndə kefin istəyən qədər ibadət elə. 



deyib nəvaziş dolu oğrun baxışlarla Kralın gözlərinə 

zilləndi. 

Amma məndən, səninlə getməyi tələb eləmə. Bundan başqa bütün arzularını yerinə yetirməyə hazıram, 



mənim əziz nişanlım! 

dedi, özlüyündə isə:



 

"Onsuz da 

hər şey mənim istədiyim kimi olacaq! Kralı cadulu bitkilərlə tilsimləyəcəyəm, öpüşlərimlə ovsunlayacağam. 

O mənfur xristian kilsəsini də yerin dibinə çökdürüb, əvəzində daş məbədlər ucaldacağam, küpəgirən qarılar, divlər, 

alov gözlü qarğalar Norveçin dörd

 

bir yanından bura axışacaqlar.» 



deyə düşündü.

 

Kral Olava qalib nəzərlərlə baxan Storroda beləcə düşünərək, adaxlısının iradəsini sındırdığını, onu özünə tabe 



elədiyini zənn edirdi.

 

Arxadan həzin musiqi səsi gəldi...



 

Kral ətrafına boylandı... və yenə göy

 

plaşlı qadını gördü. O, kədərli və yorğun görünsə də, hələ də qızıl saçlı körpəsini 



qəribə bir nəvazişlə bağrına basmışdı.

 



Belə diqqətlə nəyə baxırsan? 

Kraliça Storroda soruşdu.



 

...Meydandan ötüb gedən qadın, körpəsinin ayaqlarını plaşının ətəyi ilə örtmüşdü. Axı baharda çay kənarında soyuq 

küləklər əsir. Qəfildən Kral, qadınla körpənin qəribə qızılı işıq seli ilə əhatələndiyini gördü və gözlərini qadından və 

qucağındakı körpəsindən ayıra bilmədi.

 

Qadın şəhərə tərəf dönüb dar bir küçədə gözdən itdi.



 

De görüm, nəyə belə diqqətlə baxırsan? 



Storroda ayağını yerə vurub soruşdu.

 

Kral Olav Starrodaya tərəf çevrildi və dünyanın bütün qüsur və günahlarının adaxlısında cəmləndiyini gördü.



 

Kraliçanın gözlərində Cəhənnəm alovu yanır, al qırmızı dodaqlarından zəhər axırdı...

 

"Şükür sənə, Ulu Tanrı! Gözlərimi açdın, məni İblisin toruna düşməyə qoymadın!" 



deyə Kral Olav düşündü və 

meydandan keçən zaman adaxlısının əlini sıxmaq üçün çıxardığı əlcəyini Kraliçanın üzünə çırpdı:

 



Lənətə gələsən, iyrənc ifritə! 

- de


yib qışqırdı.

 

Storroda vəhşi pişik kimi geri atılsa da, dərhal özünü ələ aldı:



 

Buna görə başınla cavab verməli olacaqsan Kral Olav! 



- dedi. 

Storrodanın üzü, Ölülər Səltənətinin bütpərəst ilahəsi Helin üzü kimi gömgöy oldu. O, daha heç bir söz demədi, 

üzü

nü çevirib, gəmisinə qayıtdı.



 

Həmin gecə kral Olav, gələcəkdən xəbər verən qəribə bir yuxu gördü. Yuxuda o, dənizin dibini gördü. Yem dalınca 

qaçan balıqların başı üstündən, qara buludlar kimi ötüb keçən gəmiləri gördü. Suyun altından Günəş də solğun və 

du

manlı görünür, daha çox gümüşü ayı xatırladırdı. Bu məqam qəfldən dənizin dibində, Kunqahelldə, köhnə kilsənin 



qarşısında gördüyü qadın peyda oldu. O yenə həmin nimdaş geyimdə idi, üzü hələ də məyus və kədərli idi... Qadın 

fikirli-


fikirli yeridikcə, dəniz suları aralanıb ona yol açırdı. Su şırnaqları sütunlarla bədirlənib büllur tağlar kimi ucalırdı. 

Sanki qadın, möhtəşəm bir məbədin qübbəsi altında addımlayırdı. O, yeridikcə, suyun rəngi dəyişir, sudan 

bədirlənmiş sütunlar açıq çəhrayı rəngə çalmağa başlayırdı. Bir qədərdən sonra dənizin suyu tamamilə al qırmızı 



rəngə boyandı. Sanki dənizin suyu qana çevrilmişdi.

 

Qadının keçib getdiyi yerlər 



dəniz qumunun üstü parça

-

parça olmuş qılınc, nizə, sınıq ox qalaqlarıyla dolu idi... O, 



qanlı sütunların və diş

-

diş



 

tağların arasıyla irəlilədikcə, sınıq

-

salxaq, lazımsız silahların sayı artırdı. Qadın, dəniz 



otlarının üstünə sərilmiş ölü döyüşçünü tapdalamamaq üçün ayaq saxlayanda Kral diksinib yuxudan ayıldı.

 

Döyüşçünün əlində, qınından sivrilmiş qılınc, başında dərin yara nəzərə çarpırdı. Dənizin dibi batmış gəmilərin 



qalıqları ilə dolu idi, ağır lövbərlər quma çbkmüşdü, yoğun kanatlar ilan kimi qıvrılmışdı. Yanaşı düzülmüş gəmilərin 

dor ağacları sınmış, kənarları əzilmişdi .

 

"Görəsən, bu boyda zəngin sərvəti amansız



 

zamana təhvil verən kimdi?" 

Kral fikirləşdi.



 

Həlak olmuş döyüşçülərin sayı

-

hesabı yox idi. Bəzilərinin cəsədi gəmilərin lövbərlərindən sallanır, bəzilərininki dəniz 



otlarının üstündə yatırdı. Lakin dərin yuxuya qərq olandan bəri göy plaşlı qadını izləyən Kralın onlara diqqət ayırmağa 

vaxtı yox idi.

 

Qadın həlak olmuş döyüşçülərdən birinin qarşısında dayandı. Döyüşçünün başında parıltılı dəbilqə var idi, bir qolunu 



qalxan örtürdü, o biri əli, hələ də qınından çıxmış qılıncı sıxırdı.

 

Qadın döyüşçüyə sarı əy



ilib: 

- Kral Olav, Kral Olav... - 

pıçıldadı, sanki onu oyatmaq istədi... və yalnız bu an Kral başa düşdü ki, dənizin dibində 

yatan özüdür. 

Məgər, məni xatırlamırsan? 



qadın qəribə bir qüssəylə pıçıldadı. 

Mən Kunqahelldəki kilsənin qarşısında gördüyün 



həmin qadınam.

 

Ölmüş döyüşçü qımıldanmırdı. Qadın Kralın qarşısında diz çöküb bir daha pıçıldadı:



 

-

Storroda bütün gəmilərini göndərib səndən amansızcasına qisas aldı. Buna peşmansanmı, Kral Olav?..



 

Döyüşçü hələ də hərəkətsiz yatırdı.

 

Qadın yenə soruşdu:



 

Storrodanı yox, məni seçdiyin üçün həyatınla cavab verdin. Buna peşmansanmı, kral Olav?



 

Bu zaman həlak olmuş döyüşçü gözlərini açdı. Qadın ona, ayağa qalxmağa kömək elədi. Kralı qadının çiyninə 

söykəndi və onlar yavaş

-

yavaş dənizin dibi ilə addımlamağa başladılar.



 

Onlar addımladıqca, sular geriyə çəkildi, köpüklər onların ayaqları altında əriyib yoxa çıxdı... və onlar dənizin dibindən 

yuxarı qalxıb sahilə çıxdılar.

 

Kral Olav, çox sevdiyi Norveçə baxdı, vətənini bir başından o biri başınacan seyr etdi, sıldırım qayalı körfəzlərə, 



böyük Kunqahell şəhərinə nəzər saldı. Cənub tərəfdə İsveç dağları uzanırdı. Ayağı yalın çoban tütək çalır, yaşıl 

çəmənlikdə qoyun sürüsü otlayırdı...

 

Kral Olav böyük şəhərləri də, kiçik kəndləri də, hətta payızda yetişən quşarmudu kollarını da görürdü... Külək əsdikcə



kolların qırmızı salxımları evlərin alçaq pəncərələrinin şüşələrini döyəcləyirdi. Günəş dağların arxasına çəkilirdi, ayın 

gümüşü işığı aləmi boyayırdı və yenidən günəş doğurdu.

 

Kral vətəninə baxdıqca, hər yerdə hündür qübbəli kilsələri görür, zəng səslərini eşidirdi. Yaxınlıqdakı kilsələrin 



zəngləri təntənə və əzəmətlə çalırdı. Uzaq İsveçrə kilsələrinin səsi külək əsintisi qədər zəif olsa da, Kral Olav onları 

da eşidirdi. Sonra hər tərəf qarla örtüldü, körfəzlər sırsıra bağladı, kilsələrin pəncərələrində şam işıqları yandı və Kral 

başa düşdü ki, Milad bayramı yetişib.

 



Şükür sənə, İlahi. Bütün bunları görməyi mənə qismət elədin! 

deyə o pıçıldadı.



 

Sonra Yer üzünü qar kimi ağappaq buludlar bürüdü. Kral yenə öz yol yoldaşının çiyninə söykənib pilləkənlə qalxırmış 

kimi, buludların üzəriylə yeriməyə başladı. Onlar bulud pillələrlə yavaş

-

yavaş yuxarı qalxıb, mirvariyə bənzər şeh 



örtüyü altında bərq vuran şəffaf gül

-

çiçək dolu gözəl bir çəmənliyə çatdılar.



 

Cənnət bağına daxil olan kimi, qadının qəddi düzəldi, yerişi yüngülləşdi, sayrışan mavi ulduzlardan toxunmuş plaşı 

işıq şaçmağa başladı. Başının haləsində peyda olan parlaq şəfəqli çələngi qənirsiz çöhrəsini nura boyadı.

 



Sən kimsən? 

gözləri qadının səmavi gözəlliyindən tutulmuş Kral pıçıldadı.



 

Məgər bilmirsən? 



qadın dedi. Onun təbəssümü əbədi sakitlik və işıqla dolu idi.

 

Göylər İlahəsinə pərəstişi seçdiyi üçün Kralın ürəyi sevinclə doldu. Bu sevinc o qədər böyük, o qədər pak idi ki, Kralı 




Yüklə 255 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə