Nobel küRSÜSÜ Selma Lagerlöf



Yüklə 255 Kb.
Pdf görüntüsü
səhifə5/7
tarix29.01.2018
ölçüsü255 Kb.
#22656
1   2   3   4   5   6   7

yuxudan oyatdı...

 

Kral Olav yu



xudan oyananda, yanaqlarının göz yaşlarından islandığını, əllərinin, dua edirmiş kimi, sinəsinin 

qarşısında cütləşdiyini gördü.

 

  

Böyük və Kiçik Çerstin



 

Böyük və kiçik Çerstin artırmada dayanmışdılar. Küpəgirən qarı ayağını yaşıl cığırla sürüyə

-

sürəyə bacıların 



görüşünə gəlirdi.

 

Böyük və Kiçik Çerstin qarıya "ana" deyib, əlindən öpdülər.



 

Müdrik ana, sən hər şeyə qadirsən, atamızı yola gətir. İki gənc şahzadə bizimlə evlənmək istəsə də, qoca buna 



razılıq vermir. Qoy ağlını başına yığsın. Biz 

yoxsul kəndli qızları da qızıl boşqablarda xörək yemək, daş



-

qaşla 


bəzənmiş şahzadə əlləriylə oxşanmaq istəyirik.

 

Ocaq tüstüsündən qaralmış tək, çirkin, köhnə əski tək, qırışmış zalım, idbar qarı bacılara belə cavab verdi:



 

Hələ heç kəs mənə ana deməyib, heç kim mənim



 

kobud əllərimdən öpməyib. Sizə kömək edəcəyəm. Bircə söz 

verin ki, atanızın sözündən çıxmayacaqsınız.

 

Bacılar qarının bu sözündən ağlamağa başladılar:



 

Deməli, heç vaxt başımıza tac qoyulmayacaq. Xidmətçilər, sarayın ağ pilləkənləriylə sürünən donlarımızın ətəyini 



arxamızca daşımayacaq.

 

Müdrik cadugər isə yamyaşıl cığırla yola düzəlib bacılardan yavaş



-

yavaş uzaqlaşdı.

 

Yoxsul kəndli evə qayıdanda, qızları onu ehtiramla qarşıladılar. Çiynindəki odun şələsini endirdilər. Bir yandan, yerə 



saman döşəyib süfrə açdılar, bir yandan da dayanmadan, göz yaşı tökdülər.

 



Qızlarım, böyük və kiçik Çerstin, quru ardıc kolunda qızılı budaq bitmir, qırmızı tülkü balalarını ipək yastıqlarda 

yatırtmır. Siz, qızıl, zərxara geyinən kimi, mənim kətan çuxama güləcəksiniz. Özünüz

 

dəbdəbəli otaqlarda yaşaya



-

yaşaya, mənə it damını layiq görəcəksiz.

 

Bu sözlərdən sonra bacılar əvvəlkindən də möhkəm ağlamağa başladılar.



 

Kəndli yumruğunu stola vurdu.

 



Sizə elə ərlər tapacağam ki, mənim çuxama gülə bilməsinlər. Məni evlərinin yuxarı başında əyləşdirsinlər.



 

Kəndli, Böyük və Kiçik Çerstinlə birlikdə artırmaya çıxdı, Şərqə və Qərbə təzim etdi, şlyapasını qaldırıb Cənuba və 

Şimala sarı baxdı, sonra meşəyə tərəf çönüb:

 



Qızım Böyük Çerstinlə evlənmək istəyən varmı? 

deyə qışqırdı.



 

Meşədən cavab gəldi:

 



Onunla mən evlənmək istəyirəm!



 

Onda gəl, apar! 



deyə kəndli var qüvvəsi ilə qışqırdı.

 

Bu məqam meşədən, iri, buruq buynuzlu, dərisi yonca tarlası kimi qalın bir qoç yüyürüb gəldi. Kəndli Böyük Çerstini 



qaldırıb qoçun belinə şəllədi. Qoç qızı meşənin dərinliyinə 

- kol-


kosdan düzəldilmiş komaya apardı və böyük Çerstin 

uzun müddət orda yaşadı.

 

Səhəri gün kəndli kiçik qızıyla artırmaya çıxdı. Cənuba və Şimala təzim etdi, şlyapasını qaldırıb Qərbə və Şərqə sarı 



baxdı, sonra Böyük gölə tərəf çönü

b: 


Qızım Kiçik Çerstinlə evlənmək istəyən varmı? 

deyə qışqırdı.



 

Böyük göl tərəfdən cavab gəldi:

 



Onunla mən evlənmək istəyirəm!



 

Onda gəl, apar! 



deyə qoca var qüvvəsi ilə qışqırdı.

 

Bu məqam göl tərəfdən, qanadları qapı iriliyində, gözləri, dəmir közərtisiylə alışıb



-

yanan, nəhəng bir qarabatdaq uçub 

gəldi.

 

Kəndli kiçik Çerstini quşun caynaqlarına atdı. Qarabatdaq qızı götürüb havaya qalxdı və onu gölün yanındakı daş 



mağarasına apardı. Kiçik Çerstin də uzun müddət orda yaşadı.

 



Günlərin bir günü qoç Böyük Çerstinin yanına qaçıb:

 



Bu gün atan bizə qonaq gələcək. Onun yanında məni ər, ağa çağır, dadlı xörək hazırla. 

- dedi. 


Böyürtkən və qaragilə hazırlamaq asan işdi. Amma atam üçün su qaynatmaq olmaz.

 

Bunu eşidən qoç başını ağacın gövdəsinə çırpıb alnının damarlarını partlatdı, qan su yerinə axmağa başladı. Böyük 



Çerstin qanlı qoğal bişirib atasını gülər üzlə və mehribanlıqla qarşıladı.

 

Böyük Çerstingildə qonaq olduqdan sonra evinə qayıdan qoca arvadına dedi:



 

-

Daha qızına görə dərd çəkmə. O məni yuxarı başda əyləşdirdi, dadlı xörəyə qonaq elədi. Kürəkənimdən, evə yemək 



gətirməyin yolunu da öyrəndim. Onun əri bax belə edir.

 

Kəndli bunu deyib başını üç dəfə daş divara çırpdı. Alnının damarları partlamasa da, ağlı çaşdı. Heç kimdən yan 



keçməyən ölüm ona bir

 

az da yaxınlaşdı.



 

-

Bu saat ağılsızlığının ucbatından öləcəksən. Qızlarını şüursuz məxluqlara ərə verdiyin üçün sənə hələ bu da azdı. 



arvadı dedi.

 

Kəndli kiçik qızı, Kiçik Çerstinə baş çəkməyə getdi. O da atasını gülər üzlə, mehribanlıqla qarşıladı, yastı daşları üst



-

üstə yığıb, üstünə yumşaq qamış döşəyib, atası üçün yer hazırladı. Bu vaxt qanadları qapı iriliyində qarabatdaq uçub 

gəldi. O, kəndlinin gözləri qarşısında gölə baş vurub sudan çoxlu qızıl balıq çıxartdı və kiçik Çerstin atasına dadlı 

nahar h


azırladı.

 

Kiçik Çerstingildə qonaq olduqdan sonra evinə qayıdan kəndli arvadına dedi:



 

Bu qızına görə də daha nigaran qalma. O məni yuxarı başda əyləşdirib dadlı xörəklərə qonaq elədi. Kürəkənimdən, 



evə yemək gətirməyin yolunu da öyrəndim.

 

Qoca sahilə gedib körpüyə çıxdı, qollarını geniş açıb havaya sıçradı.



 

Arvad, evə qayıdanda, sənə çoxlu qızıl balıq gətirəcəyəm. 



deyib dərin burulğana yuvarlandı. O, balıq tuta bilməsə 

də, doyunca çimdikdən sonra suda boğulub gölün dibinə çökdü.

 

Bunu eşidən qoç və qarabatdaq arvadları Böyük və Kiçik Çerstinə dedilər:



 

Atanız ölüb. İndi evinizə qayıdıb, padşah övladlarının daş



-

qaşlı əlləri ilə sizi oxşayacağı günü gözləyə bilərsiz.

 

Böyük və Kiçik Çerstin ərlərinə belə cavab verdilər:



 

Nəyə görə biz atamızın seçdiyi ərlərdən narazı olmalıyıq?



 

Bu məqam Böyük Çerstinin başının üstündəki daxma uçdu. Kiçik Çerstinin başının üstündəki daş mağara parça

-

parça oldu... və bacılar özlərini ağ saray pillələrinin qarşısında tapdılar...



 

...Xidmətçilər onların ətəklərindən yapışmışdılar... Onları saray darvazalara ağzında qarşılayan gənc şahzadələr:

 



Xoş gəlmisiz! Cadugər bizi lal



-

dinməz məxluqlara çevirmişdi, indi isə yenidən şahzadəyə çevrildik. 

dedilər.


 

Böyük və Kiçik Çerstin bir

-

birlərinə baxıb gülümsədilər.



 

Deməli, küpəgirən



 

onları bizi xilas etmək üçün tilsimləyibmiş. 

- Böyük Çerstin dedi. 

O bizi beləcə sınamaq istəyibmiş. 



- Kiçik Çerstin cavab verdi. 

 

 



NOBEL KÜRSÜSÜ  

Elis Manro 

21 Noyabr 2014 

 



Yüklə 255 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə