Müasir ekoloji böhranı ancaq insanın təbiəti idarə edə bilməməsi, onun
ixtiyarından kənar proses kimi qələmə vermək düzgün deyildir. Bütün canlıların
ekoloji mühitinin əsasını təbiətdə, daha doğrusu biosferdə gedən proseslər təşkil
edir. Biosferin formalaşması və varlığı isə bütün kosmik aləmin, kainatın hərəkəti
və dinamikliyi ilə əlaqədardır. Təbiətlə cəmiyyətin qarşılıqlı əlaqəsinin inkişafında
təbii şəraitlə yanaşı antropogen, yəni insanın fəaliyyəti ilə yaranmış sosial mühit də
xüsusi əhəmiyyət kəsb edilir. Hər iki proses həyatın ekoloji şəraitini formalaşdırır.
Təbii şərait əsasən tədriclə, sosial mühit isə sürətlə dəyişərək təbii prosesləri
qabaqlayır, bəzən də ona qarşı durur. Sosial mühit bir çox halda sıçrayışla hərəkət
edir, bununla da bəzi yerlərdə təbiətin rejimi pozulur və gərginlik yaranır. Təbiətin
qanunları ilə hər zaman uzlaşdırılmayan insan fəaliyyəti təbiətə qarşı çevrilir.
Qədim dünyanın ən qədim şəhərlərinin maddi mədəniyyət abidələrinin yerində
səhralıqlar yaranması deyilənlərə əyani sübutdur. Təbiətin qanunlarını dərk etmək
təbiətdə baş verə biləcək bir çox dəyişiklikləri qabaqcadan müəyyənləşdirmək
üçün kompleks tədbirlər hazırlamağa imkan verir. Bəşəriyyət tarixində bir çox
hallarda ekoloji böhranlar ayrı-ayrı dövrlərdə də yaranmış və müxtəlif regionlarda
təbii tarazlığı pozmuşdur.
nsan cəmiyyətləri bütün tarixi dövrlərdə istehsal alətləri və vasitələrini,
istehsal münasibətlərini təkmilləşdirməklə özlərindən sonra qalan meşələri
qırılmış, dağıdılmış sahələr, eroziyaya uğramış torpaqlar, ehtiyatları çıxarılmış
ş
axtalar qoyulmuşlar. Müasir dövrdə ictimai quruluşundan asılı olmayaraq, bütün
ölkələr yerli və qlobal ekoloji böhranlara məruz qalmışlar. Təbii səhralaşma
prosesi bütün ölkələrdə olduğu kimi bizim əraziləri də əhatə etmişdir. Antropogen
təsir nəticəsində bu proses sürətlənməkdədir. Bütün təbii zonalardakı torpaqların
təbii məhsuldarlığı aşağı enməyə başlamışdır. Rusiyanın Mərkəzi qaratorpaq
rayonunda torpaqların sıradan çıxması hamıya məlumdur.
Cənubi Ural, xüsusilə Çelyabinsk vilayətinin ətraf mühiti dünyanın ən
gərgin ekoloji rayonlarından biri sayılır. Azov, Aral, Xəzər problemlərinin yaxın
zamanlarda həll edilə biləcəyinə güman yoxdur.
Behruz Melikov
Behruz Melikov
Azərbaycanda ətraf mühitə göstərilən antropogen təsir nəticəsində
respublikaya hər il 4 milyard manatdan çox ziyan dəyir. Əlavə ölüm zonaları son
50-60 ildə yaranmışdır. Həmin əraziləri yaxın vaxtlarda sağlamlaşdırmaq çətin
olacaq.
Behruz Melikov
Behruz Melikov
Mühazirə 4
Tə biə t və cə miyyə tin qarş ılıqlı ə laqə lə rinin ekocoğ rafi nə ticə lə ri
Təbiətlə-cəmiyyətin qarşılıqlı fəaliyyəti mürəkkəb və əks mənalı xarakter
daşıyır. Bu qarşılıqlı fəaliyyət insanın yarandığı ilk gündən yaranmış və hazırda
özünün ən yüksək pilləsindədir. Elmi-texniki inqilab cəmiyyətin təbiətə təsirini
gücləndirmişdir ki, bu da təbii geosistemlərin bir çox sahələrinin dəyişməsi və
onların antropogen modifikasiyası əsasında yaranması ilə müşahidə olunur. Bu
halda əks təsirin mənası artır, yəni təbiətdəki dəyişmələr və yeniliklər nə qədər
dərin olsa və onlar təbii proses və hadisələri daha geniş dairədə əhatə etsə , bu
dəyişmələr insana bir o qədər geniş təsir edər. Təbii şəraitin antropogen təsirlə
dəyişdirilməsi insan cəmiyyətinin ekoloji və iqtisadi cəhətdən təbiətdən asılılığını
daha da sürətləndirir.
Son onilliklərdə təbii ehtiyatların elə növünün mühafizə olunması zəruri olub
ki, yaxın vaxtlara kimi onların ehtiyatı tükənməz və dəyişməz hesab olunurdu.
Atmosfer havasının keyfiyyətinə antropogen təsirin sürətlənməsi nəinki
ekoloji, həm də təsərrüfatlar vasitəsilə izlər qoya bilər. Son zamanlara qədər
atmosfer havasının keyfiyyəti ilə əlaqədar problemə qarşı yalnız ayrı-ayrı sənaye
mərkəzlərində və şəhərlərdə müəyyən ekoloji tədbirlər görülürdü. Hazırda yüzlərlə
şə
hərlərdə və sənaye mərkəzlərində texnoloji proseslər yenidən qurulur və çox
qiymətli
təmizləyici
qurğular
sistemi
yaradılır.
Texnoloji
proseslərin
mürəkkəbləşməsi və nəqliyyatın texniki göstəriciləri, sənaye və kənd təsərrüfatı
istehsalın təbii ehtiyatlarla qarşılıqlı əlaqələrinin mürəkkəbləşməsi nəticəsində
coğrafi mühitin keyfiyyətcə vəziyyətinə istehsal tələbləri artır. Belə ki, bəzi az rast
gəlinən mineralların, elektron və optik aparatların, antibiotiklərin və bəzi kimyəvi
maddələrin istehsalı yüksək təmizliyə malik hava və su olan şəraitdə mümkündür.
Hava və suyun azacıq çirkli olması və çirklənməsi, ciddi texnoloji çətinliklər
yarada bilər.
Biosferin çirklənməsinin sürətlənməsi yerli, regional (məhəlli) və geniş
Behruz Melikov
Behruz Melikov
miqyaslı ekoloji şəraitin pisləşməsi ilə keçir və insan həyatı üçün əlverişli mühitin
parametrlərini qorumaq və bərpa etmək üçün xüsusi tədbirlər görməyi zəruri edir.
nsanların fəaliyyəti əvvəllər təbiətdə baş verməyən və məlum olmayan bəzi
mənfi proses və hadisələrin yaranmasına şərait yaratmışdır. ndi daha tez-tez bu
mənfi proses və hadisələrin qarşısını almaq və ya yumşaltmaq üçün və ona
uyğunlaşmaq üçün xüsusi tədbirlər tətbiq edirlər. Beləliklə elmi-texniki inqilab
insanın təbiətdən asılılığının bir formasını azaldır və ya yox edir. Lakin onun
ə
vəzinə yeni, adətən daha kəskin və mürəkkəb formalar irəli sürür.
Təbiətlə insanın əlaqəsi qədim və sonsuzdur. nsan cəmiyyətinin tarixi təbiətin
inkişaf tarixinin davamıdır. nsan ümumi ekoloji dövrana daxil edilmiş biosferin
ayrılmaz hissəsi olaraq qalır. nsanın mövcudluğunun atmosferdə oksigenin
miqdarının kifayət qədər olmasından, günəş işığından, sudan asılılığı onun təbiətin
qanunlarından nə qədər asılı olduğunu göstərir.
nsanın yarandığı ilk gündən onun başlanğıc bioloji mahiyyəti və həyat
fəaliyyətinin sosial amilləri əsasında olan qarşılıqlı münasibətləri dəyişib.
Sonuncular insan ehtiyaclarını (sosial uyğunlaşmanın artırılması) ödəmək üçün
təbii mühitin daha dərindən şəklini dəyişməsinin zəruriliyini sürətləndiriblər. Bu
proseslər müasir dövrdə onunla xarakterizə olunur ki, təbiət qanunauyğunluqlarını
nəzərə almadan ona total müdaxilə biologiya, psixologiya və insanın özünün
irsiyyətinə mənfi təsir göstərən proseslər yaradıb. nsanı əhatə edən və ona təsir
edən mühit (biotik, abiotik və sosial amillərin məcmusu) getdikcə onun adaptasiya
imkanları çərçivəsindən çıxan xüsusiyyətləri daha çox əhatə edir. Bu imkanlar
kifayət qədər məhduddur. Çünki insan ən yüksək ixtisaslaşmış bioloji növdür.
Onun yaratdığı süni yaşayış mühiti müəyyən zamana qədər ekoloji baxımdan
gərginləşmiş təbiətin birbaşa təsir amillərini nisbətən ört-basdır edir. Bu təsirlərin
artması nəticəsində əhalinin ümumi xəstələnmə dərəcəsinin yüksəlməsini biruzə
verməyə başlayır. nsanla təbiət arasında mövcud qarşılıqlı əlaqə bir çox
minilliklər boyu davam edir. Təbii mühit dəyişkənliyinin hər bir mərhələsinə
bəşəriyyətin maddi-mədəni inkişafının müəyyən bir tarixi pilləsi uyğun gəlib.
Behruz Melikov
Behruz Melikov
Dostları ilə paylaş: |