hissəsi udulur. Atmosferin bəzi tərkib hissələri, məsələn, buludlar günəş enerjisini
başqalarından çox udur. Belə ki, onlar günəş şüalandırmasının spektrini tamamilə
buraxmır və yaxud spektri az buraxır və infraqırmızı şüalar isə keçə bilmir. Elə
buna görə də özündən günəş enerjisini buraxarkən atmosfer qızır. Bu enerji
okeanın səthinə çatdıqda qismən udulur və suyun üst qatını qızdırır. stiliyin bir
qismi istilik ötürmək hesabına atmosferə qayıdır və onun isinməsinə təsir edir. Bu
hadisələrin və onun həm də əks olunma və səpələnmə proseslərinin nəticəsində
atmosferdə temperatur şaquli surətdə dəyişir.
Yer səthinə gələn günəş radiasiyasının əsas hissəsi okean və yerin üst səthini
qızdırır ki, oradan da öz növbəsində Yerə yaxın hava təbəqəsi qızaraq şaquli
qradiyenti təmin edir. Havanın stabilliyi və davamlılığı uzun müddət pozulmuşsa,
onda atmosferin çirklənməsi üçün əlverişli şərait yaranır. Məsələn, havası uzun
müddət sabit qalan Los-Anjeles rayonunda havaya atılan hər hansı çirkləndirici
(məsələn, qazlar) ətrafa yayıla bilmir və tez-tez smoq müşahidə olunur.
Ozon qatının əhəmiyyəti
Yer üzərində həyat, min illərlə atmosferdəki mühafizə qatı sayəsində
qorunur. Ozondan ibarət olan bu qat Yeri Günəşin zərərli ultrabənövşəyi
ş
üalarından mühafizə edir. Bu planetimizin nadir xüsusiyyətidir. Bu mühafizə
qatının dağıldığı hallarda Günəşin ultrabənövşəyi şüalanması Yerin səthindəki
həyatın pisləşməsinə səbəb olur.
qlimin keçmişdə dəyişkənlikləri yaxın onilliklərdə və əsr üçün riyazi model
hazırlayarkən nəzərə alınır. Amma real şəraitlə müqaysədə ryazi modellər
lazımınca dəqiq olmurlar, çünki bütün amilləri nəzərə almaq çətindir. Belə ki,
alimlər tərəfindən Antarktidanın üzərində, stratosferin üst hissəsində günəşin
ultrabənövşəyi şüalarının filtrdən keçirən ozon qatında «dəlik» aşkar edilmişlər,
baxmayaraq ki, freonların ozon qatının tükənməsinə təsir modellərinin elektron
hesablama
maşınları
tərəfindən
yoxlanılması
belə
«dəliyin»
olmasını
proqnozlaşdırmamışdır. Məlum olmuşdur ki, modellərdə atmosferin yuxarı
Behruz Melikov
Behruz Melikov
qatlarında üzən və ozon parçalanmasına şərait yaradan çox xırda buz kristalları
nəzərə alınmamışdır. Riyazi modelə bu yeni fiziki amil daxil edildikdən sonra
Antakrtida üzərində ozon «dəlik» müşahidə edilməmişdir.
Milli Aeronavtika Xidməti Agentlyinn (MAXA) 1998-c ilin yazında
apardıqları tədqiqatlara əsasən, şimal yarımkürəsində 1969-cu ildən 1986-cı ilə
kimi ozonun miqdarı 3% azalmışdır. Tibbi məlumatlara əsasən isə ozonun 1%
azalması hər il 6% insanın dərisinin xərçəng xəstəliyinə tutulmasına səbəb ola
bilər. Freonun bir molekulu on minlərlə ozon molekulunu parçalaya bilər. Deməli,
modellərin mükəmməlləşməsi yalnız daha geniş məlumatlara əsaslanmalıdır.
Ozon nədir? Ozon tərkibində 3 ədəd oksigen atomu olan qazdır. Günəşin
ultrabənövşəyi şüaları oksigen molekullarını atomlara parçalayır ki, bunlar da
sonradan digər oksigen molekulları ilə birləşərək, ozon əmələ gətirirlər. Ozon ilk
dəfə 1839-cu ildə K.F.Şonbeyn tərəfindən elektrik boşalmalarının müşahidəsi
zamanı kəşf edimişdir. Yalnız 1950-ci ildən sonra ozonun atmosferin bir hissəsi
oduğu aşkar olunmuşdur. Onun adı yunan dilindən alınmışdır və “kəskin iy”
deməkdir.
Ozon qatı nədir? Ozon əsasən atmosferin troposfer və strotosfer qatlarında
yerləşir. Ozon stabil qaz deyil və xüsusiə hidrogen, azot və xlora malik olmaqla
təbii komponentlərə qarşı həssasdır ki, bunlar da onun dağılmasına gətirib çıxarır.
Strotosferdə ozon ən çox 19-25 km yüksəklikdə yerləşir. Yerin səthi yaxınlığında
(troposferdə) ozon özündə fotokimyəvi his və qələvi yağışlar toplayan, getdikcə
problemlər yaradan çirkləndirici maddələr kimi təzahür edir. Lakin 11 km-dən 48
km-ə qədər Yer səthindən hündürlükdə olan təhlükəsiz strotosferdə, aşındırıcı iyi
olan maye qaz, oksigenin özü qədər həyat üçün gərəklidir. Ozon mühafizə qatı
ə
mələ gətirir ki, bu da həddindən çox kövrək olmaqla bərabər, heyrətedici dərəcədə
səmərəlidir.
Ozonun atmosferdə miqdarı azdır. Belə ki, hər 10 milyon molekula 2 milyon
normal oksigen və 3 ozon molekulu düşür. Atmosferdə olan ozonu Yer səthinə
sərmək mümkün olsa idi, onda qalınlığı 3 mm olan nazik qat alınardı.
Behruz Melikov
Behruz Melikov
Xlorftorkarbohidrogenlər (XFK) ozon qatının yeyilməsinin ciddi səbəbi kimi
göstərilir. Yuxarıda qeyd olunduğu kimi, hər yaz fəsli planetin cənub
yarımkürəsində Antarktida üzərində ozon qatında “dəlik” əmələ gəlir ki, bunun da
ölçüləri Afrika qitəsinin sahəsinə müvafiq gəlir. “Dəlik” adi məlum dəliklər deyil,
ozon qatının çox aşağı konsentrasiyası olan zonadır. Antarktida üzərindəki
atmosfer qışda yerdə qalan aləmdən, qütb burulğanı adlanan küləyin təbii dövranı
ilə təcrid ounur. Qış vaxtı, soyuq və qaranlıq olduqda atmosferdə qütb stratosfer
dumanları əmələ gəlir. Təsirsiz xlor, bu buludların səthində, gün işığının təsiri
altında ozonla kimyəvi reaksiyaya girməklə ozon qatını yeyən formaya çevrilir.
Bunun nəticəsində hər payız, günəş cənuba doğru, yəni Antarktidaya doğru
qayıdarkən ozonun tez dağılması baş verir. Antarktida strotosferinin kifayət qədər
qızdığı və beləliklə də onu qalan dünyadan təcrid edən qütb strotosfer buludlarını
dağıtdığı və küləkləri yardığı vaxt “dəlik” yenidən yox olur. Ozonla zəngin olan
hava Antarktida üzərindəki deşiyi və ya dəliyi dartışdırır. Küləyin dövranı, aşağı
konsentrasiyalı ozon olan havanın şimala doğru yerdəyişməsinə səbəb olaraq,
başqa bölgələrdəki ozon konsentrasiyasını onunla qarışma sayəsində azaldır.
Beləliklə, problem cənub yarımkürəsinin məntəqələrinə yayıla bilər. Ən geniş
“dəliklər” son ilər müşahidə edilir. Nazilmə, xüsusilə, 15 km-dən 30 km-ə qədərki
hündürlükdə baş vermişdir ki, burada adətən ozonun konsentrasiyası ən yüksəkdir.
Qeyd etmək lazımdır ki, XFK-nın ozon qatına təsiri, cənub qütbü ətrafında, çox
soyuq təcrid olunmuş hava kütləsinin yaratdığı nadir meteoroloji şəraitin yarandığı
bölgədə güclənir.
Antarktida üzərində ozon qatının ən çox tükənməsi sentyabr-oktyabr
aylarında olur, noyabr ayından sonra isə ozon qatının qalınlığı mütəmadi artır.
Antarktida üzərində maksmum ozon 1985-ci ildə qeydə alınıb. O vaxtdan onun
miqdarı az artmışdır.
Ş
imali Avropada ozon «dəliyi» cənub zonasına nisbətən kiçikdir, tam aydın
hiss olunmur və ozon qarışığının azalması xeyli zəif gedir. 1987-ci ildə BMT-nin
üzvi olan- 23 sənaye ölkəsi, o cümlədən keçmiş SSR freon istehsalını azaltmaq
(feronlarla refrijiratorlar, kondisionerlər, soyuducular və aerozol balonları
Behruz Melikov
Behruz Melikov
Dostları ilə paylaş: |