MDB-yə daxil olan ölkələrdə sahəsi 1 km
2
-dən artıq olan 40 minə yaxın göl
vardır. Bu göllərdə yerləşən suyun həcmi 25 min km
3
-dən artıqdır.
Sular çox mühüm rekreasiya xidmətinə şərait yaradırlar. Xüsusilə göllər
rekreasiya, mikroiqlim yaratmaq və s. əlamətlərinə görə də böyük əhəmiyyət kəsb
edirlər. Ümumiyyətlə MDB ölkələri xeyli içməli su ehtiyatına malikdir. Dünyanın
ə
n böyük şirin sulu gölü olan Baykalda şirin su ehtiyatının çox hissəsi yerləşir.
Bu sudan səmərəli istifadə etmək və Baykalın ekologiyasını sabit saxlamaq
məqsədilə burada tənzimləmə işləri aparılır. Lakin yaxınlıqda tikilmiş sellüloz-
kağız fabriki hələ də gölün suyunu çirkləndirməkdədir.
MDB ölkələrində hidroresursların coğrafi yerləşməsindən asılı olaraq
onlardan səmərəli istifadə olunması böyük çətinliklərlə qarşılaşır. Məsələn, MDB
ölkələrinin içməli sularının təxminən 18%-i Baltik, Qara, Xəzər və Aral dənizləri
hövzələrinə axır. Bu ərazilərdə daha çox əhali yayılmış və sudan ən çox istifadə
olunur. Əksinə, Şimal Buzlu və Sakit okean hövzələrinə 82% içməli su axır.
Amma bu ərzilərdə əhalinin cəmi 1/5 hissəsi yaşayır. Ona görə də əhalinin sıx
yerləşdiyi və sənayenin yüksək inkişaf etdiyi ərazilərdə hidroresursların
keyfiyyətcə pisləşməsinin qarşısı alınmalıdır.
Sudan istifadənin vacib vəzifələri:
-
Torpaqların suvarılması və qurudulması;
-
Su axınlarının nizamlanması;
-
Suyun hövzələrarası paylanması;
-
Hidroresursların çirklənmə və tükənmədən mühafizəsi və s.-dir.
Aparılan hesablamalara görə Azərbaycan Respublikasının ərazisində 8350-ə
qədər çay vardır. Bu çayların 7860-a qədərinin uzunluğu 10 km-dən az oub,
ümumi çayların 94%-ni təşkil edir. Respublikada axan çaylardan cəmi 22-nin
uzunluğu 100 km-dən artıq olduğu üçün Azərbaycanı kiçik dağ çayları ölkəsi
adlandırırlar.
Ümumiyyətlə, Azərbaycanın bütün çayları Xəzər dənizi hövzəsinə aid
olmaqla üç qrupa bölünür:
1.
Kür hövzəsinə aid olan çaylar;
Behruz Melikov
Behruz Melikov
2.
Araz hövzəsinə aid olan çaylar;
3.
Bilavasitə Xəzər dənizinə tökülən çaylar.
Respublikanın ərazisindəki bütün çaylar axım xüsusiyyətinə görə üç qrupa böünür:
1.
Bütün il boyu axım müşahidə ediən çaylar;
2.
Axımı quruyan çaylar.
3.
Axımı müvəqqəti olan çaylar.
Bundan başqa yerli çaylar və tranzit çaylar var. Suya olan tələbat
respubikanın xalq təsərrüfatının intensiv inkişafı ilə əlaqədar olaraq ildən-ilə artır.
Azərbaycan başqa təbii sərvətlərlə zəngin olmasına baxmayaraq su
təchizatında problemlər yaranır. Məhz bu səbəbə görə də respublikamızın ərazisinə
quraqlıq ərazilər sırasında baxırlar.
Respublikamızın malik olduğu 30,6 km
3
suyun 40%-ni Gürcüstan və 28%-ni
Ermənistanın ərazilərindən axan çayarın suyu təşkil edir.
Respublika su təminatına görə Zaqafqaziyanın digər respublikalarından geridə
qalır. Onsuz da təbii su ehtiyatı zəngin olmayan respublikamızın ərazisində
buxarlanma və filtirasiya yolları ilə itirilən suyun ümumi həcmi 8,1 km
3
-ə
bərabərdir ki, bu da ümumi su ehtiyatının 26-27%-ni təşkil edir.
Ş
irin su ehtiyatlarından danışarkən, ərazimizdə olan göllər və bulaqlar da
nəzərdə tutulmalıdır.
Dünya okeanının bioloji ehtiyatlarından istifadə edilməsi, onların ekoloji
və ziyyə ti və mühafizə si
Hazırda biosferin kəskin çirklənməsi bütün dünya əhalisinin narahatlığına
səbəb olmuşdur. Elə buna görə də ətraf mühitin çirklənməsinə qarşışı mübarizə
aparmaq məqsədilə dövlətlər qarşılıqlıı müqavilələr bağlayır, bəşəriyyət mühitin
qorunmasına aclıq kimi müdhiş bir bəla ilə bir səviyyədə tutur, cəmiyyət bu tarixi
bəladan qurtarmaq üçün çıxış yollarıı axtarır. Su hövzələrinin sanitar-hidrobioloji
vəziyyəti nəzərdə tutulur. Bu məsələdə təbii tarazlığı pozan antropogen amillərin
(suların sənaye, mətbəx axarları, drenaj suları ilə çirkənməsi və hövzənin sabit
Behruz Melikov
Behruz Melikov
vəziyyətini pozan bütün səbəblər) təsiri, onların mənbəyi və başvermə səbəbləri
xüsusi rol oynayır. Beynəlxalq okeanologiya komissiyasının (BOK), bir qrup alimi
və YUNESKO- dəniz mühitinn çirkləndirilməsini, insanlar tərəfindən birbaşa və
ya dolayı yolla «dəniz sularına» daxil edilən maddələr təşkil etdiyini qeyd edirlər
ki, onlar da bioloji resurslara zərər verir, insanların sağlamlığını pozur və insanın
dənizlə əlaqədar olan fəaliyyətini estetik qavranmasını zəiflədir.
Tullantılar ən çox insanların yaşadıqları və işlədikləri yerlərdə müşahidə
edilir. Tullantıfların töküldüyü ərazilərdə çikrləndricilərin yüksək konsentrasiyası
müşahidə olunur, təkcə ona görə yox ki, onları dayaz yerlərə atırlar, həmdə ona
görə ki, okeanın özünün strukturu çirkləndiricilərin bütün okeana yayılmasına,
mane olur. Okean sularının qarışmasına səbəb olan hallardan biri də okeana
qismən şirin suyun tökülməsidir. Bundan əlavə günəş həmişə suyun üst qatını
qızdırır və ona görə də onun sıxlığa görə təbii strasifikasiyası qüvvətlənir. Başqa
sözlə desək, Okeanda suyun təbii olaraq ayrı-ayrı qatlara ayrılması mövcuddur ki,
bu da çirkləndiricilərin üst qatlardan aşağı qatlara enməsinə mane olur. Okeanın
üst qatlarında suyun şaquli yerdəyişməsi baş vermir, amma eyni zamanda orada su
üstü cərəyanların mürəkkəb sistemi mövcuddur. Onlar nisbətən kiçik ərazilərdə
yayılmaqla nisbətən fərqli sərhədlərə malikdirlər. Əgər hər hansı bir maddə üst
cərəyanlara düşürsə, onun bütün okean səthinə yayılma imkanları çox olur. Bundan
ə
lavə, gəmilərin tullantılarını da nəzərdən qaçırmaq olmaz, çünki bu hadisə əsasən
ş
elf zonasında (200 m-ə qədər dərinlikdə) baş verir. Məsələn, şimali Atlantika
sahillərində ən iri çirkləndiricilər, hər il kiçik buxtaya 9 mln. tona yaxın tullantı
tökülən Nyu-York şəhəridir.
Göstərilən misallardan aydın olur ki, okeanın çirklənməsinə insanın təsiri
böyükdür, lakin okeana müxtəlif yollarla atılan çirkləndiricilərin ümumi miqdarı
hələlik məlum deyil.
kinci dünya müharibəsindən sonra Aralıq dənizi sahillərində çox su işlədən
və suya çoxlu çirkab su tökən yeni sənaye şəhərləri yaradıldı. Tökülən çirkab
suların dənizdən Atlantik okeanına təbii sirkulyasiya vasitəsilə aparılan sudan çox
olması nəticəsində Aralıq dənizi çox çirkləndi. Hazırda Şimal və Baltik dənizləri
Behruz Melikov
Behruz Melikov
Dostları ilə paylaş: |