Kontinental çöküntülər üzərində quruda yaşamış müxtəlif heyvanların
skiletlərinə rast gəlinir. Bu cəhətdən Bakının Binəqədi kəndi yaxınlığında yerləşən
göldə müxtəlif heyvan, quş sümükləri və bitki qalıqları ilə zəngin olan «Binəqədi
qəbristanlığı» çox maraqlıdır. Burada aslan, qurd, kaftar, ayı, çaqqal, tülkü və bir
çox kiçik yırtıcıların, at, donuz, ceyran, kirpi, siçan, dovşan, quşlardan – qırğı,
qaranquş, ördək və s. müxtəlif böcəklərin qalıqları tapılmışdır.
Yer qabığı əsasən üç süxur layından – çökmə süxur, qranit və bazaltdan
ibarətdir. Yer qabığının daxili quruluşundakı fərqləri nəzərə alaraq onun tərkibində
materik və okean tipli yer qabıqlar ayrılır.
Materik tipli yer qabığı yalnız materiklər və bir sıra böyük adalar
(Qrenlandiya, Madaqaskar və s.) üçün səciyyəvidir. Materik yer qabığı üç qatdan
(mərtəbədən) ibarətdir. Üst qat çökmə süxurları əhatə edir. Bundan aşağıda qranit,
onun altında isə bazalt qatı yerləşir. Platformada çökmə süxur qatının qalınlığı çox
dəyişkəndir.
Materik tipli yer qabığının ümumi qalınlığı platforma düzənliklərində 30-35
km, yüksək dağlıq qurşaqlarında 60-90 km-ə çatır.
Yerin geoloji inkişaf mərhələlərində litosfer tavalarının üfüqi yerdəyişmələrini
tədqiq edən alimlər müəyyən etmişlər ki, Yer qabığı materik və okean tipli yer
qabığına bölünür. XX əsrin əvvəllərində alman alimi A.Vaqnerin işləyib
hazırladığı «materiklərin dreyfi» nəzəriyyəsi diqqəti daha çox cəlb edir. XX əsrin
60-cı illərində Dünya okeanında aparılan geniş miqyaslı tədqiqatlar nəticəsində
Vaqnerin fərziyyəsinin ideya davamı olan yeni «Litosfer tavaları» nəzəriyyəsi irəli
sürüldü. Bu fərziyyəyə əsasən Yer qabığı ilə üst mantiyadan ibarət olan, qalınlığı
90 km ilə 250 km arasında dəyişən litosfer bütöv olmayıb dərinlik çatları vasitəsilə
materik və okean litosfer tavalarına bölünmüşdür. Fərz olunur ki, nisbətən bərk
olan litosfer tavaları ərimiş mantiya maddələri (astenosfera) üzərində yatırlar.
Mantiyada və nüvədə ərimiş maddələrin yer səthinə və yerin mərkəzinə doğru şauqli
yerdəyişməsi baş verir. Səthə doğru qalxan ərimiş maddələr böyük təzyiq altında
aşağıdan litosferə təsir göstərir. Belə təzyiq nəticəsində litosferin ən nazik
hissələrində uzunluqları 100 km-lə ölçülən dərinlik çatları əmələ gəlir. Litosfer
Behruz Melikov
Behruz Melikov
tavalarının sərhəddi okeanlarda orta okean dağ silsilələri boyu, quruda isə sıra
dağlar boyu keçir. Yer kürəsindəki vulkan püskürmələri və zəlzələlər də əksər
halda bu zonalarda baş verir.
Vulkanların püskürməsi və zəlzələlər yer kürəsində ən böyük ekoloji
böhranlar yaradan təbii hadisələrdir. Yer kürəsində litosfer tavalarının toqquşma və
ayrılma zonalarında baş verən bu təbii hadisələr Avstraliya qitəsindən başqa bütün
qitələri əhatə edir. Bu hadisələr təbii proseslər olsalar da, 10 minlərlə, milyonlarla
insanı yurd-yuvasından edir, məhv edir, əraziləri lava, toz basır, zəhərli maddələrlə
çirklənmə baş verir, evlər, binalar uçur, bir sözlə insanlara milyonlarla,
milyardlarla manat maddi ziyan dəyir. Ətraf mühit korlanır. Bir sözlə litosferin
üstündə ekoloji tarazlıq pozulur.
Behruz Melikov
Behruz Melikov
Mühazirə
9-10
HIDROSFERIN VƏ DÜNYA OKEANININ EKOLOGIYASI VƏ
MÜHAFIZƏ
SI
Tə
biə
tdə
, insanın hə
yat və
fə
aliyyə
tində
suyun rolu
Su Yer kürəsində ən geniş yayılmış qeyri-üzvi birləşmə olmaqla mühüm
mineraldır. Su bütün həyat prosesinin əsası olub planetin hərəkətverici amili olan
fotosintez prosesinin oksigen mənbəyidir. Planetimizin su ehtiyatları 1386 mln.
km
3
-dir. Onun yalnız 2,5%-i, yəni 35 min km
3
-ni içməli sular təşki edir. Bu Yer
üzərindəki hər bir adama 8 mln. m
3
su deməkdir. Bu böyük rəqəm olsa da, bu
suyun 70%-dən çoxu buzlaqlarda toplanmış və onları istifadə etmək hələlik olmur.
Planetimizdə yayılmış canlı aləmin hər birinin – bitkilərdə 90, heyvanarda isə
75%-ni su təşkil edir. Canlı orqanizmlər 10-20% su itirərsə məhv olar. nsan susuz
8 sutkadan artıq yaşaya bilmir. Orqanizmlər daxilində gedən mürəkkəb reaksiyalar
ə
sasən suyun təsirilə baş verir. Su məhlulları əksər kimyəvi elementlərin
miqrasiyası üçün şərait yaradır. Suyun iştirakı ilə orqanizm daxilində mürəkkəb
reaksiyalar gedir.
Təbii sular canlı orqanizmlərlə, litosfer və atmosferlə mürəkkəb qarşılıqlı
ə
laqədə olurlar. Su – ən «nəcib» iqliməmələgətirici amildir və bu atmosferin su
buxarlarında özünü daha fəal göstərir. Su – Yer kürəsinin relyefinin
formalaşmasında ən vacib əhəmiyyətə malikdir. Və nəhayət Su – insanların
təsərrüfat fəaliyyətinin bütün sahələri üçün zəruridir – sənayeni, kənd təsərrüfatını,
nəqliyyatı susuz təsəvvür etmək mümkün deyildir.
Demək lazımdır ki, bütün coğrafi kəşflərin əksəriyyəti dənizçilər, dəniz
səyyahları tərəfindən olmuşdur, kontinentlərin istifadəsi və əhali ilə məskunlaşması
ə
sasən su yolları və ona yaxın yerlərdə yaradılırdı. ri çayların vadiləri ilk insan
nəslinin məskənləri olmuşlar.
Behruz Melikov
Behruz Melikov