texnologiya bütün sənaye və kənd təsərrüfatı istehsalının ekoloji strategiyası hesab
olunur.
Müasir sənayedə tullantılar o qədər çoxdur ki, çoxlu sayda təmizləyici
qurğuların inşasına böyük ehtiyac var. Lakin nəzərə almaq lazımdır ki, təmizləyici
qurğuların inşası çox vəsait tələb edir, hətta istehsalın dəyərini üstələyir. Ona görə
də tullantıları parçalamaq yox, onlardan müxtəlif məqsədlər üçün istifadə etmək
nəzərdə tutulur.
Tullantılardan tam istifadə edilməsi qapalı texnoloji proseslər yaratmağı
tələb edir. Yəni bir tullantı başqa istehsal üçün xammal olur, xırda müəssisələr iri
istehsal komplekslərində birləşir. Belə hallarda ətraf mühitin çikrləndirilməsi
azalır, təbii sərvətlərdən istifadənin də səmərəsi yüksəlir.
Tullantısız texnologiyanın inkişafının əsas istiqamətləri aşağıdakılardır:
tullantıların utilləşdirilməsi, xammal və minerallardan kompleks istifadə edilməsi,
qapalı siklli istehsalın təşkil edilməsi, çirkab suların atılması, zərərli maddələrin
atmosferə buraxılması və s. Hazırkı dövrdə ekoloji istehsalın əsas vəzifələri
gücləndirilərək insan fəaliyyətinin zərərli nəticələrini neytrallaşdırmalı, sağlamlıq
zonaları
və
ekoloji
təmiz
olan
süni
ekosistemlər
yaratmağa
istiqamətləndirilməlidir.
Atmosferin mühafizəsi
Daim hərəkətdə olan hava yerdən qalxan qaz, tüstü, toz halındakı tulantıların
yüngül hissəsini uzun müddət özündə saxlayıb onları dünyanın müxtəlif
rayonlarında tədricən çökdürür. nsanların sağlamlığına, torpağa, su mənbələrinə,
heyvanat aləminə, bitki örtüyünə mənfi təsir edir. Belə proses kənd təsərrüfatı
bitkilərinin
məhsuldarlığını
azaldır,
metal
quraşdırıcılarda
korroziyanı
ş
iddətləndirməklə, maşınların, avadanlıqların, elektrik ötürücü dirəklərin ömrünü
xeyli qısaldır.
Havaya qalxan tullantıarın miqdarını azaltmaq və onların tərkibini
zərərsizəşdirmək əsasən iki yolla həyata keçirilə bilər:
Behruz Melikov
Behruz Melikov
1.
Tükənməyən enerji sərvətlərinin – külək, günəş, yeraltı istiliyin, su
enerjisinin geniş istifadəsi, onsuz da məhdudlaşmaqda olan üzvi yanacağın (neft,
qaz, daş kömür, torf, yanar şist, antrasit və s.) enerji balansında xeyi azaldılması.
2.
Daxili mühərriklərdə, elektrik stansiyalarında və bütün sənaye
müəssisələrində, məişətdə istifadə edilən yanacağın tərkibindəki zəhərli
maddələrin çıxarılması və xeyi azadılması.
Son zamanlar hava mühitini təmizləmək və ona nəzarət etmək üçün müasir
elektron sistemlərindən, havanı asılı vəziyyətdə olan (toz) hissəciklərdən
təmizləmək üçün, elektrofiltrlərdən istifadə edilir. Toz hissəciklərini udma
qabiliyyətlərinə görə toz tutan qurğular tozçökdürən kameralara, inersiyalı
tozayıranlara, yağlı və çoxqatlı filtrlərə, elektrofiltrlərə ayrılırlar.
Elektrofiltrlər havada toz qarışıqlarının təmizlənməsində ən səmərəli
qurğular olmaqla, tüstülü qazlarda sıxlığı çox olan yüksək toz və kül qatışıqlarının
təmizlənməsində geniş istifadə edilir. Onların təmizləmə dərəcəsi 90-95% olmaqla,
başqa növ toztutan qurğulardan çox üstündürlər. Ətraf hava mühitinin tərkibinə
nəzarət sistemində ən mühüm yerli-hava hövzəsində qazların toplanması və
azalmasını xəbər verən qaz indikatorları və müasir elektron qaz-analizatorları
istilik kimyəvi və fotokalorimetrik üsulla işləyən və hava mühitində müxtəlif
qazların miqdarını təyin edən cihazlardır. Beləliklə, istilik kimyəvi analizatorlar
katalizatorun köməyi ilə havanın oksigenində təyin olunan komponentdə kimyəvi
reaksiyasının istilik effektini qiymətləndirir. Günəş şüaları yer səthinn heç
yerlərində şaquli düşmədiyi üçün vahid sahəyə düşən radiasiyanın miqdarı coğrafi
enlikdən asılıdır (məsələn, qütblərdə ekvatora nisbətən soyuq olar). Nəticəsi də
qütblərdə və ekvatorda havanın xüsusiyyətləri fərqlidir. Lakin Yer səthindən
temperaturun üfüqi paylanmasının enlikdən asılı olması tam vacib deyil, çünki
hava kütləsi daim hərəkətdə olur və onun soyuq kütləsi cənuba, isti hissəsi isə
ş
imala hərəkət edir. Beləliklə, atmosferdə temperaturun üfüqi məsafəsi, şaquli
məsafədən çoxdur, onda şaquli qradyent də adətən üfüqi qradiyentdən artıqdır. Bu
halda ki, şaquli qradiyent daha çoxdur və nisbətən sabitdir və şaquli istiqamətdə
hava mübadiləsi demək olar ki, nisbətən zəifdir.
Behruz Melikov
Behruz Melikov
Mühazirə 8
Litosferin ekoloji xüsusiyyə tlə ri və mühafizə si
Yer kürəsinin və onu təşkil edən qitələrin, dənizlərin, heyvanat və bitkilərin
inkişaf tarixi mürəkkəb ekosistemlərdən ibarət olub, müəyyən mərhələləri
keçmişdir.
Yer kürəsinin hər hansı bir sahəsinin məruz qaldığı dəyişikliklər və onun
inkişafı burada baş verən geoloji proseslərlə sıx əlaqədardır. Odur ki, Yer kürəsinin
ə
razisinin geoloji inkişaf tarixini şərh etmək üçün Yer qabığının ayrı-ayrı
hissələrində baş vermiş geoloji prosesləri aydınlaşdırmaq lazım gəlir. Tarixi
geologiyaya dair tədqiqatlar Yerin və eləcə də litosferin genetik inkişafına dair
qiymətli məlumatlar verir. Həmin sənədlər keçmiş geoloji dövrlərdə əmələ gəlmiş
suxurlar, minerallar, heyvan və bitki qalıqlarından və s. ibarətdir. Bu sənədləri
«oxumaq» və onların əsasında tarixi ardıcıllıq yaratmaq üçün geoloqlar aktualizm
deyilən metoddan istifadə edirlər. Bu proses yer üzərində hazırda baş verən
proseslərin və onların nəticəsində əmələ gələn məhsulların öyrənilməsinə əsasən
müqayisəli mülahizələr yürütmək metodudur. Məs. müasir dənizlərdə, göllərdə
arası kəsilmədən müxtəlif çöküntülər-lillər, qumlar və s. toplanırsa, deməli biz
hazırda bu çöküntülər əmələ gəlmiş süxurları tapdığımız yerlərdə vaxtilə dəniz,göl
və ya başqa su hövzəsi olduğunu söyləyə bilərik. Ümumi tarix yaratmaq üçün isə
ə
vvəlcə həmin sahələrin müəyyən inkişaf mərhələsində necə olduqlarını bilmək və
onları tutuşdurmaqla ümumi fiziki-coğrafi şəraiti bərpa etmək lazımdır. ndi yer
qabığını təşkil edən süxurların daha doğrusu, onların əmələ gəldikləri təbəqələrin
yaşı müəyyən edilmiş və ümumdünya geoloji yaş (geoxronoloji) cədvəli
düzəldilmişdir. Lakin bu cədvəl mütləq yaş cədvəli yox, nisbi yaş cədvəlidir, yəni
burada qatların, lay və təbəqələrin yaşları, biri-digərinə nisbətən, yəni nisbi olaraq
müəyyən edilir. Dördüncü dövr yer tarixinin son dövrüdür. O, təqribən 1,8 milyon
il bundan qabaq başlayıb, müasir geoloji əsri də əhatə edir. Kür-Araz ovalığında
dördüncü dövr dəniz çöküntüləri ovaligin şərq hissəsində geniş yayılmışdır.
Behruz Melikov
Behruz Melikov
Dostları ilə paylaş: |