doldurulur), onu tərkibində xlor olmayan maddələrlə əvəz etmək razılaşdırılmışdır.
Nəzəriyyələrdən birinə əsasən, karbonun artdığı sürətlənən fotosintez
prosesində bitkilər və planktonlar tərəfindən mənimsənilir ki, bunun nəticəsində
xeyli CO
2
toplanmasına səbəb olur. Əgər bu belədirsə, onda meşələrin karbon
qazının qarşısının alınmasındakı rolu aydın olar və meşə qırılması, məhv edilməsi
çox böyük təhlükə kəsb edir. Q.Merlandın hesablanmasına əsasən, hər il qazıntı
yanacaqlarının yandırılması nəticəsində atmosferə atılan 5 milyard ton CO
2
-nin
udulması üçün Avstraliyanın ərazisinə bərabər sahədə meşələrin salınmasını tələb
edir.
Ozonun ölçülmə
si. Ozon qatının miqdarını Dobson vahidi ilə ölçürlər.
Oturacağının sahəsi 1sm
2
olan vertikal sutunda normal təzyiq və temperaturda olan
ozonun miqdarı 300 Dobson vahidinə bərabərdir. Yer kürəsində ozonun orta
miqdarı təxminən 300 Dobson vahididir. Müxtəlif coğrafi sahələrdə onun qiyməti
230-500 arasında dəyişir.
Ozon qatının müşahidəsi ilə müntəzəm olaraq NASA, WHO, Kanada,
Böyük Britaniya, Yeni Zellandiyanın və s. çoxsaylı təşkilatları məşğul olurlar.
Antarktida üzərində 1979-cu ildən 2000-ci ilə qədər yaranmış “dəliyin” sahəsinin
dəyişməsi qrafiki Yeni Zellandiyanın Milli Su və Atmosferin Tədqiqi nstitutunun
nəticələri əsasında verilmişdir. Şimal yarımkürəsi üzərində də ozon qatının
müşahidə edilən nazilməsi bəzi meteoroloji amillər sayəsində geniş “deşiklərin”
olmasına baxmayaraq, Antarktida bölgəsindən az narahatlıq doğurmur. Avropanın
bir neçə şimal ölkələri, Rusiyanın şimal bölgələri artıq ozonun az olduğu sahələrə
aiddir. Bunu ABŞ-ın Florida Universitetinin araşdırmaları daha aydın göstərir.
Ozon qatının azalması respublikamızda normaya uyğundur. Antarktida,
Arktika, ekvatorla Qrinviç xəttinin kəsişməsində 1-18 sentyabr 2000-ci il
müddətində ozonun miqdarının dəyişməsi ABŞ-ın Milli Aeronavtika və Kosmos
Akademiyasının (NASA) aldığı nəticələrdə əyani görünür.
Behruz Melikov
Behruz Melikov
Mühazirə
7
Atmosferi süni çirkləndirən sənaye sahələri
qtisadiyyatın inkişafı güclü sənaye obyektlərinin və komplekslərinin
tikilməsi zərurətini yaradır. Əmək ehtiyatlarının təminatı ilə əlaqədar olaraq belə
obyektlər əsasən yaşayış məntəqələri yaxınlığında salınır. Atmosferə aerozollar
atan, əhali sağlamlığı üçün təhlükəli olan, ekoloji sistemi pozan obyektlərin
optimal yerləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Çünki atmosferi süni
çirkləndirən əsas mənbələrdən biri sənaye sahələridir.
Qara metallurgiya – çuğun əridilməsi, ondan polad istehsalı zamanı
atmosferə müxtəlif qazlar atılır. V.Şaprinskiyə görə 1 milyon ton polad istehsalı
zamanı atmosferə 75 min ton CO
2
ixrac edilir.
Domna qazlarından başqa atmosferə həm də az miqdarda arsen, fosfor,
qurğuşun, civə və nadir metalların buxarları, antimon (sürmə) və qətranlı maddələr
atılır. Marten və poladəridənlərdən sexlərin tullantıları da atmosferi xeyli
çikrləndirir. Polad əriyən zaman həm də metalın buxarı, şlak, metal oksidləri və
qazları ayrılır. Marten peçlərinin tozunun əsas hissəsi dəmir – 3 oksid (6,7 %)-dən
ibarət olur. 1 ton marten poladının oksigensiz əridilmə prosesində 3000-4000 m
3
qaz ayrılır, onların tərkibində tozun qatılığı orta hesabla 0,5 qm
3
təşkil edir.
Metan ərimə zonasına oksigen verildikdə isə toz əmələgəlmə dəfələrlə
çoxalaraq 15-52 qm
3
-a çatır. Kokskimyəvi istehsalı atmosfer havasını tozla və
uçucu birləşmələrin qarışığı ilə çikrləndirir. ş rejimi pozulduqda isə atmosferə
külli miqdarda təmizlənmiş koks qazı atılır.
Ə
lvan metallurgiya – gil – torpaq – alüminium-oksidi, alüminium, mis,
qurğuşun, qalay, sink, nikel və digər metalların peçdə istehsalı zamanı zərərli
maddələr əmələ gəlir. Əlvan metallurgiya atmosfer havasını əsasən kükürd
anhidridi (75%), karbon qazı (10,5%) və tozla çirkləndirir.
Kimya və
neft-kimya sə
nayesi – turşuların (sulfat turşusu, xorid turşusu,
fosforit turşusu, nitrat turşusu və s.) istehsalı və s. zamanı atmosferə tullantılar
Behruz Melikov
Behruz Melikov
atılır. Çirkləndiricilərin tərkibində karbon qazı
(28%), kükürd anhidridi (16,3%),
azot oksidi (6,8%) olur. Neftayırma sənaye müəssisələri atmosferi karbohidrogen
(23%), kükürd qazı (16,6%), karbon qazı (7,3%), azot oksidi (2%) birləşmələrilə
çirkləndirir. Respubikamızda kimya və neft-kimya müəssisələrinin çoxu Bakı və
Sumqayıt şəhərərində cəmləşmişdir. Mövcud müəssisələrin texniki təchizatı,
təmizləyici qurğularının çoxunun yararsız vəziyyətdə olması, qaz-toz tutucu
avadanlıqlarının sıradan çıxması ətraf mühitə normadan artıq tullantıların
atılmasna səbəb olur.
Tikinti materialları sənayesi – sement və digər bərkidici materiallar,
azbest, tikinti keramika və saxsı materialları, istilik və səs izoləedici materiallar
istehsalında atmosferə toz və asılı maddələr atılır.
Bundan başqa tullantılarda hidrogen-sulfid (0,03 %), formaldehid (0,02%),
toluol (0,02%), benzol (0,01%), vanadium 5-oksid (0,01%) də olur. Sement, azbest
və digər tikinti materialları istehsal edən zavodların ətrafında havada benzopirin,
toz və digər zərərli maddələrin yüksək tərkibi müşahidə olunur.
Sement sənayesində xamaal kimi mercel qarışıqlı və gil şistəlri qarışığı olan
ə
həng daşlarından istifadə edilir. Həmin texnologiya çoxlu toz hissəciklərinin
ayrılması ilə səciyyələnir ki, bu da sement tozu ilə atmosfer havasını daha çox
çikrləndirir.
Təxmini hesablamalara görə yer atmosferinə ildə 100 min tonlarla zəhərli
qazlar və tozlar atılır. Bu çirkləndiricilər sənaye rayonlarında külək vasitəsilə başqa
yerlərə aparılmasına və çökdürülməsinə baxmayaraq, bir çox hallarda sənaye
şə
hərləri ətrafında yüksək çirklənmə kəsafətliyi (konsentrasiya) yaradır.
Ağ
ac emalı və
sellüloz-kağ
ız sə
nayesi – ətrafa xeyli çirkləndirici maddələr
yayır.
Ağac emalı və sellüloz-kağız sənayesi müəssisələri tərəfindən atmosferə
buraxılan xarakterik çrkləndirici maddələr bunlardır: bərk (sülb) maddələr
(29,8%), karbon qazı (28,2%), kükürd anhidridi (26,7%), azot oksdləri (7,9%),
toluol (1%), hidrogen sulfid (0,9%), aseton (0,5%), ksilol (0,45%), butil asetat
(0,4%), etil-asetat (0,4%), formaldehid (0,1%), metilmerkaptan (0,2%).
Behruz Melikov
Behruz Melikov