aşağıdakılardan ibarətdir: birincisi, cəmiyyətin təbiətdən ayrılmazlığının dərk
olunması ilə yanaşı, cəmiyyətin bir çox cəhətləri ilə təbiətə qarşı qoyulmasıdır;
ikincisi, təbiətin və cəmiyyətin qanunlarının ayrılıqda, eyni zamanda təbiətin-
cəmiyyətin birgələşmiş qanunlarının öyrənilməsi səviyyəsinin həyatı tələblərdən
geri qalmasıdır.
Ə
lbəttə, ətraf mühitdə, bir qədər dəqiqliklə ifadə etsək materiyada
(biosferdə, litosferdə, hidrosferdə, atmosferdə və s.) gedən proseslərin fiziki,
kimyəvi, bioloji, geoloji və s. qanunları, qanunauyğunluqları barədə bir çox kəşflər
məlumdur. Ancaq həmin proseslərin planetar mahiyyəti ilə sosial nəticələri
arasındakı əlaqələrin tədqiqi olduqca aşağı səviyyədədir.
Predmetin nisbətən cavan, əhatə dairəsinin mürəkkəb və çoxsahəli olması
ə
traf
mühit
və
təbiətdən
səmərəli
istifadə
edilməsi
məsələlərinin
təkmilləşdirilməsini tələb edir. Hər iki anlayış bir çox halda «ekoloji mühitdən
istifadə», «ekoloji gərginlik yaradan sahə» kimi də qiymətləndirilir. Daha doğrusu
bəzi hallarda təbiəti mühafizə və ondan istifadə edilməsi kimi formaca başqa
görünən ifadələri təhlil edərkən ekoloji mənbələrə və axtarışlara müraciət edilir.
Behruz Melikov
Behruz Melikov
Mühazirə
6
Atmosferin ekoloji xüsusiyyətləri və mühafizəsi
Atmosferin və
iqlimin ekoloji xüsusiyyə
tlə
ri
Planetimizi əhatə edən vahid hava okeanı yer üzərində həyata təminat
yaradır və mühafizə edir. Dünya dövlətləri səmanı öz sərhədləri daxilində bölüşə
bilər, lakin daim hərəkətdə olan atmosfer bəşəriyyətin ümumi sərvətidir, bölünməz
təbii şəraitdir. Təbii mühitin bir komponenti kimi atmosfer Kosmos, Dünya Okeanı
ilə, qurunun suları və təbii ekosistemlərlə qarşılıqlı əlaqədədir.
qlim təbiətin əsas amillərindən biridir. Xalq təsərrüfatının müxtəlif
sahələrinin, xüsusilə kənd təsərrüfatının iqlim məlumatlarına böyük ehtiyacı vardır.
Buna görə də ayrı-ayrı rayonlar üzrə iqlim və hava şəraitinin öyrənilməsinə
ölkəmizdə böyük diqqət verilir.
qlimin ayrı-ayrı ünsürlərinin təsviri çoxillik meteoroloji müşahidə
materiallarının işlənilməsi nəticəsində əldə edimiş orta rəqəmlərin əsasında verilir.
Bununla bərabər, ayrı-ayrı illərdə havanın çoxillik dövrdəkinə nisbətən
dəyişilmisinə - isti və soyuq, quraq, yaxud yağıntılı keçən illərə də xüsusi diqqət
verilir.
nsanın həyatında havanın rolu olduqca böyükdür. Kənd təsərrüfatı
bitkilərinin məhsuldarlığı, hər cür nəqliyyat vasitələrinin hərəkəti, açıq havada
görülən bütün tikinti, təsərrüfat, mədəni və məişət işləri az və ya çox dərəcədə
havanın vəziyyəti ilə əlaqədardır. Elm və texnikanın hazırki vəziyyətində insan
hələlik havanın dəyişkənliklərinin qarşısını ala bilmir. Buna görə o atmosferin
“şıltaqlıqları” ilə hesablaşmalı olur. Lakin havanın zərərli təsirini və ya onun
nəticəsini tamamiə aradan qaldırmaq mümkündür. Buna görə də radio, televiziya
və qəzetərdə hər gün gözləniləcək hava haqqında məlumat – havanın proqnozu
verilir. Ayrı-ayrı təşkilatlar və insanlar isə öz işlərini həmin proqnoza əsasən təşkil
edirlər. Əgər güclü külək əsəcəksə, gəmilər yaxın limanlara çəkilir, şiddətli yağış
gözlənilirsə qurumaq üçün yerə sərilən ot və ya pambıq tez daldaya yığılır, uzun
Behruz Melikov
Behruz Melikov
müddətli qalın qar yağacaqsa, qış otlaqlarında saxanılan mal-qaranın xilas edilməsi
üçün nəzarət artırılır. Beləliklə, təsərrüfata ziyan vura bilən bir atmosfer
hadisəsinin gözlənildiyi haqqında qabaqcadan verilən xəbər, bəzən milyon
manatarla itkinin qarşısını almağa imkan verir.
qlim şəraiti haqqında dəqiq və hərtərəfli məlumatların təsərrüfat əhəmiyyəti
çox böyükdür.
Panetimizi əhatə edən vahid “hava okean”-ı Yer üzərində həyatı qoruyur və
saxlayır. Müasir dövrdə atmosferin çirklənməsi bəşəriyyətin, cəmiyyətin
“bəlasına”, “xəstəliyinə” çevrimişdir. Bu “bəla” əsasən insanın sənaye
fəaliyyətinin aktivləşməsi nəticəsində baş verir və insanın özünə, bütün canlılara,
bitkilərə və bütövlükdə Biosferə mənfi təsir göstərir. Atmosferin çirklənməsi ən
çox sənayenin inkişafı ilə əlaqədar olub fabrik, zavod, nəqliyyat vasitələri, məişət
müəssisələri cəmləşən, həyat tərzi yüksək səviyyəyə çatan, yüksək milli gəlirə
malik olan, enerjidən yüksək dərəcədə istifadə edən ölkələrdə baş verir. Bu
ökələrdə havaya çoxlu miqdarda karbon qazı, müxtəlif sənaye qazları və tozları
atılır.
Atmosfer çirklənməsi həmçinin qlobal problem olub təbii və dövət
sərhədlərini tanımır, onlarla məhdudaşmır və hava intensiv çirklənmiş sıx yerləşən
yaşayış məntəqələrindən və sənaye cəhətdən inkişaf etmiş rayonlardan daha
uzaqlara - əhalisi az, havası təmiz olan yaşayış məntəqələrinə yaylır.
Ə
traf mühitin mühafizəsi üçün yaradılmış kompleks proqramda aparıcı
yerlərdən birini atmosfer havasının mühafizəsi təşkil edr. Elmi-texniki inqilab
dövründə nəhəng sənaye kompleksləri yaradılmış, on milyonlarla nəqliyyat
vasitələri planetin yer və dəniz hissələri üzərində dolaşaraq, atmosferin
çirklənməsinə səbəb olmuşdur.
Yerin hava hövzəsnin öyrənilməsi və tədqiqi sənayenin, nəqliyyatın və kənd
təsərrüfatının intensiv inkişafı ilə əlaqədar olaraq böyük əhəmiyyət kəsb edir.
Hazırda atmosferin çirklənməsi ilə mübarizə vacib dövlət əhəmiyyətli problemə
çevrilmişdir.
Günəşin şüalandırdığı enerji atmsoferdən keçir və bu zaman onun müəyyən
Behruz Melikov
Behruz Melikov