xeyli çikrlənib. çməli suyun mənbələri olan – Temza, Sena, Selda, Reyn, Elba,
Oder, Visla kimi çaylar öz gözəlliklərini çoxdan itirmişlər. Onların sahillərində
Avropada ən iri kimya sənayesi zavodları fəaliyyət göstərir. Bu çaylara hər il 100
min tonlarla fosforit, 1,5 mln.ton təhlükəli azot birləşmələri atılır. Son vaxtlar
çaylarla Şimal dənizinə 11 min ton qurğuşun, 28 min ton sink, 950 min ton mişyak,
335 ton kadmiy və 75 ton civə axıdılmışdır. Ağır metallar qrunt faunasını
(balıqqulağı, xərçəng, dəniz ulduzu) məhv edir, balıq və suitilərdə təhlükəli şişlər
ə
mələ gətirir.
Dünya su ehtiyatının beşdə biri, keçmiş ttifaqın şirin su ehtiyatının isə 70
%-ni təşkil edən, dünyada ən dərin tektonik göl Baykala ən dəhşətli təhlükə
törədən, orada tikilmiş sellüloz-kağız kombinatıdır. Kombinatın fəaliyyəti
nəticəsində ekoloji itgi hər gün milyon manatlarla hesablanır. Baykaldan həyəcanlı
xəbərlər verilir;balıqların qırılması, Selenqa çayında ikibaşlı balıqların və üzgəcsiz
balıqların əmələ gəlməsi, dayazlaşma, Baykal xərçənginin (suyu özündən
buraxaraq gölü şəffaf və təmiz edən) sayının xeyli azalması və s.
Dəniz mühitində aşağıdakı çirkləndiricilərə rast gəlmək olar:
-
Xəstəlik törədən mikroorqanizmlər - (bakteriyalar, birhüceyrəlilər, viruslar və
göbələklər). Onlardan ən çoxu çirkab sularla yayılır;
-
bərk tullantılar-tullantıların emalı zamanı qalıq, həmçinin, işlədilməyən və ya
müddəti keçmiş sənaye məhsullarıdır. ABŞ alimlərinin məlumatına görə hər il
dünya okeanına 6,6 mln. tona qədər müxtəlif zibil atılır ki, onların da, əsas
kütləsini plastmas əşyalar təşkil edir;
-
istilik tullantıları – dəniz mühiti ilə əlavə istiliyin kontaktından onun səciyyəsi
dəyişir və bu canlı orqanizmlər üçün zərərli ola bilər:
-
şirin su və duzlar-şirin suyun çox olması ciddi problem yaratmır, lakin əgər
saflaşdırmaya meyilli olan zonaya düşərsə problem yarada bilər;
-
zəhərlər-qeyri-üzvi zəhərlər adətən sənayedə xəstəlik törədən orqanizmləri və ya
yosunları məhv etmək üçün istifadə olunur. Üzvi zəhərlər isə dənizə qəsdən və
təsadüfən atılmış müasir kimyəvi maddələrdən ən təhlükəlisidir (biosid-
Behruz Melikov
Behruz Melikov
fungusidlər, herbesidlər, insektisidlər, podensidlər, həmçinin, karbohidrojenlər,
neft məhsulları və sənaye kimya məhsulları);
-
neft-təbii maneyə malik, üzvi zəhərlərə aid və uzun müddət ərzində bioloji yolla
parçalanan maddələrdir;
-
gübrələr-ən çox yayılanı azot və fosfor birləşmələridir. Onlar ətraf mühitdə həmişə
mövcud olmuşdur və onların bəziləri çürüyən orqanizmdən ayrılaraq təbii yolla
mühitə qayıdır;
-
radioaktivlik-radioaktiv maddələr dəniz mühitinə nəinki uran istifadə olunan atom
stansiyalarının işləməsi şəraitində və başqa növ fəaliyyətlə, həm də, kömürün
yandırılması kimi adi şəraitdə də düşürlər;
-
turşular və qələvilər – turşu və qələvilərin dənizə atılması ekoloji sistemin
balansına zərərli təsir edir. Dəniz suyunun normal turşuluğu təqribən 8,0% olur,
yəni dəniz suyu zəif qələviləşmiş olur.
-
estetik baxımdan – xoşa gəlməyən görüntülü və iyli tullantılar cəlbedici deyillər;
-
nəqliyyat gəmiçiliyi-mütəxəssislər qeyd edirlər ki, Okeana düşən neft
məhsullarının əksəriyyətini motorlu qayıqların mühərriklərində daxili yanma
şə
raitində işlənmiş yağlar təşkil edir. Neftin tankerlərdən qəza nəticəsində
dağılması və daşması prosesi də baş verir. ri tankerlər yüklərini boşaltdıqda
gəminin dinamik xüsusiyyəti xeyli dəyişir. Belə ki, onun çəkisi azalır və onun
idarə olunma xüsusiyyəti tam yüklə dolu olmasını tələb edir. Ona görə əksəriyyət
tankerlərə ballast su vurulur. Tanker neft götürməyə hazırlaşanda ballast su dənizə
buraxılır və o sularla dənizə xeyli miqdar neft tullantıları atılır;
-
sənayedə suların çirklənməsi;
-
çirkab suların təmizlənməsi sistemi;
-
kənd təsərrüfat mənbələri (süni gübrələr, heyvanların çirkabı, pestisidlər,
herbesidlər və asılı hissəciklər);
-
istirahət zonalarındakı çirkləndiricilər;
-
tikinti və s. zamanı yaranan çirkləndiricilər.
Bir çox tədqiqatçılar hesab edirlər ki, tullantıların basdırıldığı yerlər
gələcəkdə insanların təkrar istifadə edə bilməsi üçün əlçatan yerdə olsun.
Behruz Melikov
Behruz Melikov
Yaponiyada tullantıları pasportlaşdıraraq, ciddi nömrələnmiş konteynerlərə yığıb
bir-birinə yaxın adaların arasında suyun dibinə üst-üstə endirilməsi və səthə bir
neçə metr qalmış üstünün gətirilmə torpaqla doldurulması sınaqdan keçirilir.
Bunun nəticəsində həm adalar birləşdirilir, yeni torpaq sahəsi əldə edilir, həm də
ə
n vaciblisi, gələcək nəsillər üçün hazırda istehsalı mümkün olmayan təkrar
istehsal xammal bazası yaradılmış olur. Bəzən hesab edirlər ki, radioaktiv
tullantıların basdırıldığı ərazilər yaşayış yerlərindən çox uzaqda olmalıdır. Görünür
ikuinci üsul daha təhlükəsizdir.
Hazırda cəmiyyətin ictimai fəaliyyəti və canlıların həyatı üçün vacib olan
içməli su problemi ən vacib məsələlərdən biridir.
Son vaxtlar sənaye və mətbəx axarlarının çirkablarının 90%-dən çoxu
bilavasitə su hövzələrinə axıdılır. Aparılan tədqiqatlar nəticəsində açıq sularda iki
minə yaxın zərərli maddələr olduğu aşkar edilmişdir. Torpaq və havada olan zərərli
maddələrin əksəriyyəti qar və yağış suları vasitəsilə açıq su hövzələrinə qaytarılır.
ri sənaye müəssisələrində, xüsusilə, böyük sənaye şəhərlərində (Tokio, London,
Paris, Nyu-York) yağış sularında müşahidə edilən civə, mərgümüş və qurğuşunun
miqdarı qonşu ərazilərdən 100-1000 dəfə artıqdır.
Hazırda açıq sularda DDT-in miqdarı 500 000 tondan artıqdır. Göründüyü
kimi, suların çirklənməsi təhlükəsi artır. Azərbaycanın su hövzələrinin mikrobiooji
cəhətdən öyrənilməsinə 1958-ci ildən başlanmışdır. Respublikamızın əsas su
arteriyası olan Kür çayı öz axımı boyu üç hissəyə: yuxarı, orta və aşağı hissələrə
bölünür. Orta və aşağı Kür uzun illərdən bəri dəfələrlə tədqiq edilmiş, yuxarı
Kürün tədqiqinə isə ilk dəfə 1965-ci ildə başlanmış, həmin işlər 1974-76-cı illərdə,
1984-86-cı illərdə təkrar edilmişdir.
Gürcüstanın ən iri sənaye mərkəzlərindən olan Tbilisi və Rustavi şəhərlərinin
çirkabları Kür çayına axıdılır. Son vaxtlar ES-lərin işləyən aqreqatlarının
soyudulması nəticəsində qızdırılmış sular da çirkab sular sırasında su hövzələrinə
daxil edilir.
Respublikamızın ərazisinə qədər Araza sol sahil boyu Ermənistanın çayları
qarışır. Arazın əsl mənada bəlası da buradan başlayır. Yerevan şəhərindən keçən
Behruz Melikov
Behruz Melikov
Dostları ilə paylaş: |