Zəngi (Razdan) çayı əhalisi milyon nəfərdən artıq olan, sənaye və inkişaf etmiş
şə
hərin çirkab axınını Araza gətirir və nəticədə onu fəlakət mənbəyinə çevirir.
Çirkab axnla yanaşı Razdan çayı vasitəsilə Araza Yerevan atom stansiyasından
(Mutsomor) isti sular axıdılır ki, bu da canlılara öldürücü təsir göstərir. Bundan
ə
lavə bu isti sularla həm də radionukleidlər Araza tökülür. Bu azmış kimi, Qafan-
Qacaran mis yataqlarının istismarı prosesində bütün zəhərli maddələr Oxçuçay
vasitəsilə Araza atılır və bütün hallarda Araza tökülən çaylardan Ermənistan
demək olar ki, istifadə etmir.
Respublikamızda kənd təsərrüfatının intensiv inkişafı nəticəsində ərazinin su
hövzəsi yararsız vəziyyətə gətirilmiş və müvafiq olaraq içməli su ehtiyatı kəskin
azalmışdır.
Su təbiətin ən lazımlı və nəcib hissəsidir. Susuz həyat yoxdur, buna görə də su
insanın həyatının varlığını təmin edən vasitə kimi əvəzedilməzdir.
Sunamilərin törətdikləri fəlakətlər və onlardan qorunmaq tədbirləri
2004-cü il dekabrın 26-da Asiyanın cənub-şərqində, Sumatra adası
yaxınlığında Andaman dənizində baş vermiş sualtı zəlzələ nəticəsində yaranmış
sunami dalğalarının hərəkətini göstərən, müxtəlif telekanalların fantastik və
dəhşətli kadrlarını yaddan çıxarmaq mümkün deyil: «Sahilə doğru 18-20 metr
hündürlükdə sürətlə nəhəng sunami dalğası yaxınlaşır. Bu vaxt sahildə Cənub-
Şə
rqi Asiyanın gözəl, mənzərəli sahilindəki çimərlikdə müxtəlif yaşlarda olan,
minlərlə istirahət edən insanlar görünür. Qəfildən yaxınlaşmaqda olan nəhəng
sunami dalğasını görən insanlar çaşaraq, hər şeyi unudaraq tam fəlakətin qanun-
larına tabe olurlar. Çaşğınlıqdan və özünü itirmiş minlərlə insan olduqları
vəziyyətdə, kim necə bacarsa dalğanın caynağından canlarını qurtarmaq üçün,
uzağa qaçmağa çalışırlar. Bir anda ən dəhşətli hadisə baş verir, insanlar arxaya
baxmayaraq, bir-birinə kömək etmədən qaçırlar. Bir an telekadrlarda nəsə çox
dəhşətli bir hadisə-mənzərə baş verir: ən cavan və qüvvətli insanlar geriyə
baxmadan lap qabaqda qaçırdılar, onların arxasınca nisbətən az sağlamlığa malik
insanlar həyatlarını xilas etmək arzusu ilə qaçırdılar. Onların ardınca qocalar,
Behruz Melikov
Behruz Melikov
xəstələr, əlillər və ata-anaları özlərini itirib qabaqda qaçanların körpə uşaqları var
qüvvələrilə sahildən uzaqlaşmağa çalışırdılar. Ana uşaqsız, ər-arvadsız, sağlam
insanlar isə qocalara, xəstələrə, əlillərə, hətta uşaqlara məhəl qoymadan qaçırdılar.
Onların ardınca sürətilə nəhəng sunami dalğaları yaxınlaşırdı. Ən dəşhətlisi isə bu
idi ki, arxadan yaxınlaşan nəhəng dalğalar əjdaha kimi ağzını nəhəng açaraq qaçan
insanların hamısını udurdu…
Son nəticədə hamını ağuşuna alan dalğaları təsvir edən bu dəhşətli, təsadüfi
və tarixi kadrlar dünyanın müxtəlif ölkələrinin müxtəlif letekanallarında cəmisi
bircə dəfə göründü, çünki çox dəhşətli və ürəkağrıdıcı idi. Sunamilərin dəhşətli
nəticəsi belədir. Bu əsil təbii fəlakətdır. Onun təsir dairəsi çox böyük əraziləri
ə
hatə edir. Vurduğu maddi, mənəvi, ekoloji ziyanları aradan qaldırmaq çox böyük
vəsait və vaxt tələb edir.
Yer kürəsində biosferanın tarixinin öyrənilməsi göstərmişdir ki, Yer
planetinin bioloji həyatında dəfələrlə qlobal hadisələr baş vermiş, qısa tarixi
müddət ərzində bir qrup canlılar məhv olmuş, ümumiyyətlə, az bir fasilədən sonra
tamamilə yeni, keçmişdəkinə tamam oxşamayan həyat şəraiti əmələ gəlmişdir. Yer
kürəsinin bütün tarixi boyu vulkan püskürmələri, zəlzələlər, sunamilər insan və
heyvanlar arasında böyük tələfatlara səbəb olmuşlar. Amma sivilizasiya tarixində
elə fəlakətlər də baş vermişdir ki, bütün planetin tarazlığı pozmuşdur.
Son 200 ildə planetimizdə qlobal dəyişikliklər yaratmış iki təbii fəlakəti
misal göstərmək olar. Onlardan biri XIX əsrin sonlarında ndoneziyada Krakatau
vulkanının püskürməsi və qüvvətli zəlzələlərin baş verməsi, ikincisi isə
ndoneziyada 26 dekabr 2004-cü ildə baş vermiş 11 ballıq zəlzələ və bunun
nəticəsində nəhəng sunami dalğalarının əmələ gəlməsi olmuşdur. Hər iki fəlakət
nəticəsində 400 minə yaxın insan tələf olmuşdur.
Qeyd etmək lazımdır ki, ndoneziyada zəlzələnin qlobal nəticələri dərhal
dünya alimlərinin və ictimaiyyətinin diqqətini cəlb etmişdir. Birincisi, NASA –
ABŞ-ın Milli Aerokosmik Agentliyinin məlumatlarına əsasən bu Yer planetinin
formalaşmasının sürətinin dəyişilməsinə və sutkanın uzunluğunun 2,68
mikrosekund çoxalmasına səbəb olmuşdur. Yerin coğrafi oxu 2,5-dən 6 sm-ə qədər
Behruz Melikov
Behruz Melikov
öz yerini dəyişmişdir. Alimlər hesab edirlər ki, bu yerdəyişmə bir neçə metr
olmuşdur. Nəhəng litosfer tavasının mantiyanın altına sürətlə keçməsi Yerin
deformasiyasına və onun Orta Radiusunun dəyişilməsinə səbəb olmuşdur.
Yuxarıda göstərilənlərdən aydın olur ki, bu proseslər qısa vaxt ərzində
nəinki dünya okeanın sularında böyük dəyişikliklər əmələ gətirə bilər,eyni
zamanda Yer kürəsində qlobal iqlim dəyişikliyinə və atmosferin tərkibini ciddi
dəyişə bilər.
Bundan əlavə hazırda Günəş sunamilərinin də baş verməsi artıq hamıya
bəllidir. Günəşin üzərində ləkələr Günəşdə gedən fiziki proseslər nəticəsində
yaranır, yanacaq yanarkən termo üzrə prosesləri zəifləyir. Ləkə-Günəş ətrafında
daima yaranan günəşətrafı «qara» dəlikdir. Bu qara dəliklərin (deşiklərin) Yer
səthinə istiqamətlənməsi Yerdə çoxsaylı katoklizmlərin: tayfunların, tornadonun,
sunamilərin, siklon və antisiklonların yaranmasına şərait yaradır.
Yuxarıda qeyd etdiyimiz belə qlobal hadisələr, onların yaranma səbəbləri,
Yer kürəsinə etdiyi təsirlər, törətdikləri fəlakətlər, insan tələfatı, dəyən maddi
ziyanlar, sosioloji sarsıntılar göstərilməklə, onların tarixi ardıcıllığı gözlənilmişdir.
Fikrimizcə
belə
təbii
katoklizmlərin
geniş
izahı,
araşdırılması
və
proqnozlaşdırılması günün ən aktual vəzifələrindəndir. ndi hamıya məlumdur ki,
hansı ölkələrdə ki, vulkanlar, zəlzələlər, sunamilər, fırtına və tornado haqqında
geniş məlumtalar var (Yaponiya, ABŞ və s.) və onlar xalqa təbliğ olunursa, orada
bu fəlakətlərə qarşı xeyli hazırlıq olur və nəticədə həmin ölkələrdə maddi və
mənəvi itgilər xeyli az olur.
nsanlar öz həyatlarında çoxsaylı təbii katoklizmlərlə üzləşmişlər. Onlardan
biri - ən təhlükəlisi, geniş yayılmışı, çoxlu bəlalar gətirən, çoxsaylı insan tələfatı ilə
nəticələnən sunami dalğalarıdır.
Sunami (yunan sözüdür, «iri dalğa» deməkdir) - bu okean və başqa su
hövzələrində suyun təlatümə gəlməsi nəticəsində yaranan uzun dalğalardır. Əksər
sunamilərin yaranmasına səbəb qüvvətli sualtı zəlzələlər hesab olunur. Zəlzələ
nəticəsində bir neçə dalğa yayılır ki, onlardan birincisi həmişə ən güclü olmur.
Sunamilərin 80%-dən çoxu Sakit okeanın hər iki sahillərində baş verir.
Behruz Melikov
Behruz Melikov
Dostları ilə paylaş: |