zəlzələlər dağıdıcı sunami yaradırlar. Nə üçün başqa yüksək maqnitudalı və
ocaqları xassələrə malik zəlzələlər belə nəhəng dalğaların yaranmasına səbəb
olmur?
Məlumdur ki, qüvvətli sunamilərlə müşahidə olunan daha çox dağıdıcı
zəlzələlər o ərazilərdə baş verir ki, orada bir litosfer tavası, o biri litosfer tavasının
altına girir. Qüvvətli zəlzələ nəticəsində yaranan sunamilər 8 və daha çox
maqnitudalı (Rixter şkalası ilə) zəlzələ nəticəsində baş verir. Bu halda dəniz
dibindəki çatın geometriyası, şaquli yerini dəyişən sahələrin böyüklüyü xeyli təsirli
olur.
Tədqiqatçılar Nankay çökəkliyini öyrənərkən dəqiq aydınlaşdırmışlar ki,
1944-cü ilin dağıdıcı zəlzələsi sunami dalğalarının yaranmasının səbəb olmasıdır.
Həmin prosesin inkişaf tarixi izlənilmişdir.
Yuxarıda göstərildiyi kimi, dağıdıcı sunamilərin yaranmasının əsas
şə
rtlərindən biri dərin çatın olmasıdır, onun davamı boyunca zəlzələ ocaqları
yaranır. Həmin ərazilər seysmik zona hesab olunur. Alimlər okeanın səthindən 10
km-ə qədər aşağı enəndə aktivliyi ilə fərqlənən dərin çatın olmasını
aydınlaşdırmışlar. Nəhəng qruntun yuxarı atılması burada yer qabığının iki
müxtəlif blokunu bir-birindən ayırır.
2002-ci ildə Yaponiya dəniz və texnologiya mərkəzində Çin O Pakın
rəhbərlik etdiyi qrup bu yuxarı atılma ərazisini çox dəqiq olmayan geofiziki
tədqiqatlarla xəritələşdirmişlər və çatın yerləşdiyi əraziyə əsaslanaraq onun 1944-
cü il zəlzələsi ilə əlaqəsi olmasını bir daha güman etmişlər. Lakin onda
tədqiqatçılara dərinlik çatının müasir aktivliyini sübut edən amilləri əldə etmək
mümkün olmamışdır.
Nankay çökəkliyində baş verən qüvəvtli sunamilərin yaranmasının ikinci
səbəbi kimi Yapon adalarının cənub-qərbindəki həmin ərazinin qeyri-adi struktura
malik olmasıdır. Adətən bir litosfer tavasının, başqa bir litosfer tavasının altına
keçməsi nəticəsində, birincinin üzərindən çöküntü qatının qoparılması ilə baş verir.
Bu siyrılmış çöküntülər üst-üstə yığılaraq bir-biri ilə toqquşan tektonik təbəqəni
örtür. Okinava adasından Tokioya qədər 1500 km məsafədə uzanmış Simanto
Behruz Melikov
Behruz Melikov
zonası yuxarıda göstərdiyimiz misala klassik nümunə olar, ona görə ki, bu zona
Filippin litosfer plitəsinin Avrasiya plitəsi altına keçməsi nəticəsində
formalaşmışdır.
Adətən litosfer tavaları yaxınlaşdığı zaman siyrılmış süxurların atılması
qalınlaşır, aktivləşir və sonrakı tektonik partlayışlar əsas partlayış zonasından (əsas
çatdan) kənarda formalaşırlar. Lakin dəqiq tədqiqatlar göstərmişdir ki, bu
vəziyyətdə daha sonrakı parçalanmalar əks istiqamətə-quruya doğru yerini
dəyişirlər.
Ə
sas məqsəd müxtəlif litosfer tavalarının toqquşma xəttinin kənarlarında
nələrin baş verməsini öyrənməkdir. Nankay çökəkliyində sunamilərin yaranmasına
səbəb olan prosesləri öyrənməkdə, yer qabığının hansı hissələrində potensial
təhlükəli sahələri təyin etmək olar və bununla da bəşəriyyətin 2004-cü il
ndoneziyadakı «sürprizlərdən» qorumaq olar. Çünki 2004-cü il ndoneziyada
Sumatra adası yaxınlığındakı zəlzələ və yaranmış sunaminin təkrarlanması
ehtimalı qalmaqdadır.
Sunamilərin yaranmasının əlamətlərini müəyyən etmək mühüm əhəmiyyət
kəsb edir. Yuxarıda qeyd etdiyimiz kimi adətən dalğanın gəlməsindən bir az əvvəl-
gözlənilmədən dənizin sürətli çəkilməsi başlanır. Su sahildən min metrlərlə dənizin
dərinliyinə doğru çəkilir və yaxud da suyun sürətlə sahildən uzaqlaşması və dibin
quruması (çatlaması) baş verir, bu halda dalğanın səsi kəsilir. Bu bədbəxtliyin ən
doğru və dəqiq əlamətidir: bir neçə dəqiqə sonra sahil zonasındakı şəhərlərə və
balıqçı qəsəbələrinə divar kimi su dalğası gəlir ki, bu dalğa da öz yolunda hər şeyi
yuyub aparır. Dəniz geriyə çox çəkildikcə, sunami dalğaları da yüksək olur. Bu
dalğaların dağıdıcı qüvvəyə malik olmasını misal təsdiq edir. Təxminən 100 il
bundan əvvəl Amerikanın Sakit okean sahillərində sunami böyük gəmini qaldırıb,
onu Port şəhərindən keçirərək, xeyli aralıda-quruda yerə endirmişdir.
Sahilə yaxınlaşdıqda dənizin dibinin ləngiməsi üçün dalğanın uzunluğu
azalır, yüksəkliyi isə təbii ki, artaraq, 30 metrə çatır (görənlərin söylədiyinə görə).
800 km-saat sürətə çatan qüvvətli dalğa qəfildən sahil ərazilərinə çırpılır və böyük
dağıntılar törədir, əksərən də çoxsaylı insan tələfatı və maddi itgilərlə nəticələnir.
Behruz Melikov
Behruz Melikov
Dünyanın müxtəlif geoloji institutlarında 27 dekabr 2004-cü ildə Cənub-
Şə
rqi Asiyada baş vermiş dəhşətli zəlzələnin səbəbləri və nəticələri barədə onu
müşahidə edənlər öz fikirlərini bildiriblər. «Belə qüvvətli sunami hətta Yer
kürəsinin ətrafında fırlandığı oxa da təsir etdiyini göstərmişlər».
Bizim planetin ölçülərini və kütləsini nəzərə alsaq bunun mümkünsüzlüyünü
taliyanın Vulkanologiya və Geofizika Milli nstitutunun direktoru Entso Boş
söyləyir. Onun sözlərinə görə, fəlakətli hadisənin əsasında, dərinlikdə kütlənin
xeyli yerdəyişməsi durur ki, bu da Yerin səthində dəyişikliyə və Yer oxunun az hiss
olunan dəyişməsinə gətirib çıxarır.
Bundan başqa, bizim planetin oxu son 26 min ildə konusvari hərəkət edərək
yerini dalğavari dəyişir, ona görə də zəlzələ nəticəsində baş vermiş yerdəyişmənin
ölçülməsi daha da çətinləşir.
Son yüzilliklərdə belə hallar 11 dəfə müşahidə olunub. Lakin, bu halda
bütün göy cisimlərinin Günəş, Ay və s. təsirini düzgün hesablamaq lazımdır.
Sunamilərin ani dağıdıcı nəticəsini hiss etməmək mümkün deyil. Sahilə çataraq
dalğa sözsüz ki, sahildə yaşayan dəniz quşlarının yuvalarını belə yuyur.
Belə hallarda bitki örtüyü daha çox təsirə məruz qalır. Mərcan rifləri daha
çox dağılır. Kakos palması isə xeyli dözümlü olur. Çünki kakos qozu hətta
okeanda üzə–üzə bitir.
Sunamilər haqqında təsəvvür yaratmaq üçün üzərində «Raketa» tipli katerlər
üzən su anbarlarında bunu müqayisə etsək görərik ki, sahilə yaxınlaşarkən sahil
nisbətən dayaz olduğu üçün sualtı pərlər (mühərriklər) səthdən dibə qədər bütün
başqa gəmilərin əmələ gətirdiyi dalğadan güclü olduğu üçün sahilə birinci çatır. Bu
dalğa çox hündür olmasa da çox uzundur. Belə çıxır ki, həmin o ilk dalğalar su
anbarından aşaraq 2-3 m sahilə tökülür, sonra geri çəkilir. Ondan sonra isə adi
dəniz dalğaları gəlir.
Təbiətdə sunami dalğalarının vurduğu zərərlər iqtisadi, ekoloji, mənəvi
mahiyyət kəsb edir.
Sunamilər əsasən dənizin titrəyişi və vulkan fəaliyyətindən törənən, saatda 600-
700 km sürətlə hərəkət edən, hündürlüyü 30-40 m, bəzən daha hündür olan uzun
Behruz Melikov
Behruz Melikov
Dostları ilə paylaş: |