Açıq okeanda sunami dalğaları
H
g ⋅
sürəti ilə yayılır ki, burada g – sərbəst
düşmənin sürətlənməsi, H-isə Okeanın dərinliyidir (Dalğanın uzunluğu onun
dərinliyindən xeyli uzun olduqda, az su sahilə yaxınlaşır). Okeanın orta dərinliyi
4000 m olarsa, dalğaların yayılma sürəti 200 m/san və ya 720 km/saat olar. Açıq
dənizdə dalğaların hündürlüyü əksər hallarda metrdən artıq olmur, dalğanın
uzunluğu isə (dalğalar arasındakı məsafə) 500-1000 km-ə çatır və ona görə də
gəmiçilik üçün təhlükəli deyil.
Dalğalar dayaz, sahillərə yaxınlaşdıqda, sahil xəttinə yaxın, onların sürəti
azalır, yüksəkliyi isə artır. Sahilə çatdıqda sunamilərin hündürlüyü bir neçə on
metrlərə çata bilər. Daha hündür dalğalar, yəni 30-40 m hündürlükdə sərt
sahillərdə, buxtalarda və fokusirovka yaranması mümkün olan hər yerdə yaranır.
Sahil rayonlarında qapalı buxtalar az təhlükəli yerlər sayılır.
Sualtı zəlzələlər. Bütün sunamilərin 85%-i su altında zəlzələ nəticəsində,
okean dibinin şaquli hərəkəti ilə baş verir. Dibin bir hissəsi aşağı düşür, bir hissəsi
isə yuxarı qalxır. Suyun səthi şaquli istiqamətdə hərəkətə gəlir və ilkin səviyyəyə
qayıtmağa çalışır, dənizin orta səviyyəsinə doğru bir neçə dalğa əmələ gətirir. Heç
də bütün sualtı zəlzələlər sunamilərlə müşayət oulnmur. Sunami yaradan dalğalar
adətən zəlzələ ocağının çox dərində olmadığını bildirir.
Təsəvvür edək ki, zəlzələ nəticəsində, sualtı vulkanın püskürməsi və ya
dənizin dibinin müəyyən hissələri üçqun nəticəsində sürətlə yerini dəyişir. Məs.
Yuxarıya doğru suyun heç vaxt sıxılmadığını nəzərə alsaq, onda həmin anda su
yuxarıya qalxır və dəniz səthinin müvafiq sahəsi – su səthində çox da hündür
olmayan tənə əmələ gətirir. Həmin bu dalğa sunami ocağı hesab olunur; ondan
suya atılmış daş kimi hər tərəfə dalğalar yayılır.
Titrəmə dənizin dibindən səthə doğru baş verir; bilavasitə beləliklə sunami
dalğaları yaranır. Ancaq titrəmənin belə ötürülməsi açıq dənizdə qüvvətli dalğa
ə
mələ gətirmir. Dənizin ortalarında belə dalğalar zərərsizdir; onun kəskin təzahürü
yalnız onda hiss olunur ki, dalğalar sahilə gəlib çatmış olsun.
Dalğalar dayaz sahilə çatdıqda, sahil xəttinə yaxın onların sürəti azalır,
hündürlüyü isə artır.
Behruz Melikov
Behruz Melikov
Sunami dalğalarının davamiyyəti ardıcıl dörd mərhələyə bölünə bilər.
Birinci mərhələ dalğanın yaranması, ikinci mərhələ dalğaların okean səthində
hərəkəti, üçüncü mərhələ dalğalarla sahil zonasının qarşılıqlı əlaqəsi, dördüncü
mərhələ - dalğanın zirvəsinin sahil zonasına çırpılması, su kütləsinin quru üzərinə
hərəkəti.
1-ci şəkildə sxematik surətdə sunaminin iki halda yaranması göstərilir:
a) dəniz dibinin sahəsi yuxarıya qalxır;
b) dəniz dibi aşağı enir.
Birinci halda sunami gətirmə dalğası ilə yayılır, ikinci halda isə çəkilmə
dalğası ilə irəli gedir.
kinci halda dənizin qısa müddətli sahildən geri çəkilməsi prosesi sunami
dalğalarının zirvəsinin yaxınlaşması ərəfəsində müşahidə olunur.
Sunami dalğalarının hündürlüyü və uzunluğu (deməli onun enerjisi) yeraltı
təkanların gücündən asılıdır. Zəlzələnin episentrinin səthə nə qədər yaxın olması
rayonda dənizin dərinliyindən asılıdır. Görünür, sunami dalğaları o vaxt daha
qüvvətli olur ki, yerdəyişmənin miqyası iri olsun. Bir halda ki, okeanın müxtəlif
yerlərində dərinlik müxtəlifdir, ona görə də müvafiq olaraq sunamilərin sürəti də
müxtəlif olacaqdır.
Okean dibinin relyefini və sunamilərin əmələ gəlmə yerini bildikdə,
hesablamaq olar ki, neçə vaxtdan sonra dalğa bu və ya digər sahilə çatacaq (şəkil
2.)
Kosmosda uçan aparatlar Sakit okean üzərindən uçarkən (sutkada 8-10 dəfə)
onların göyərtəsində olan cizahlar okeanda hərəkət edən sunami dalğalarının
yerini, sürətini və s. parametrləri çəkərək Sakit okeanın hər iki tərəfindəki yerüstü
obyektələrə verirlər. Həmin obyektlərdə onlar hesablanaraq operativ tədbirlər üçün
yararlı olur.
Sunami sahilə yaxınlaşdığı zaman üçüncü mərhələsi - sürəti və uzunluğu xeyli
azalır, hündürlüyü artır.
Sunami dalğaları sahilə hücum edərkən onun axırıncı (dördüncü) mərhələsi
başlayır.
Behruz Melikov
Behruz Melikov
Adətən öldürücü dalğaların gəlməsinə az qalmış gözlənilməz çəkilmə baş verir, su
sahildən minlərlə metr dənizə doğru çəkilir. Bu fəlakətin ilk əlamətidir: bir neçə
dəqiqədən sonra sahildəki şəhərlərə və balıqçı qəsəbələrinə hündür divar kimi
dalğalar hücum edir və öz yolunda hər şeyi dağıdır və yuyub aparır.
Bu dalğaların fantastik qüvvəyə malik olmasını təxminən yüz il bundan
ə
vvəl Amerikanın Sakit okean sahillərində də baş vermiş hadisə ilə təsəvvür etmək
olar. O vaxt sunami dalğaları limanda lövbər salmış böyük gəmini göyə qaldıraraq
onu liman şəhərindən keçirərək, xeyli uzaq ərazidə rahat quru ərazidə yerə
buraxmışdır. Məlumat verilir ki, gəminin heyəti dünyanın başqa bir küncündə
yaşayan gəminin sahibinin hansı qərar qəbul edəcəyini gözləyərək, gəmini tərk
etməmiş, hətta gəmi ətrafında tərəvəz yetişdirməyə başlamışlar.
Ə
fsus ki, belə qəribə hadisələr çox təsadüfi halda olur. Sunamilərlə çox
maraqlı fiziki və mexaniki hadisələr əlaqədardır. Bu hadisələr uzun müddət sirr
olaraq qalırdı. Sunamilər üzərindəki müşahidələri analiz edərək, hiss etmək olar ki,
sahillərdə (sahilə çıxışı eyni olan şəraitdə) dalğanın hündürlüyü zəlzələnin
episentrindən uzaqlaşdıqca həmişə monoton azalmasına səbəb olar. Ekvator
rayonunda belə zəlzələ baş vermiş və böyük dalğa yaratmışdır. Episentrdən 200-
300 km aralı bu dalğanın dağıdıcı təsiri olmur. Bu dalğalar Kamçatkaya çatdıqda,
(məsafə bir neçə min km) dalğa böyük dağıdıcı qüvvəyə malik olur.
Bu paradoks uzun müddət izah olunmamış qalmışdır. XX əsrin sonlarına
yaxın keçmiş SSR -EA-nın Sibir bölməsinin hidrodinamika nstitutunun əməkdaşı
R.M. Qaripov bu hadisə ilə əlaqədar geniş izahat vermişdir. Məsələ ondan ibarətdir
ki, bu şəraitdə dalğa çox yüksəkliyə malik olub və öz əmələ gəldiyi yerdən xeyli
uzaqda yaranır.
Həmin proses belə izah olunur ki, az suyun xətti səviyyəsi çərçivəsində
dalğaların yayılması akustik bərabərliklə təsvir olunur. Hansı ki, dərinlik az
olduqda dalğanın sürəti az olmalı, dərin olduqda isə böyük olmalıdır. Bir halda ki,
okeanın dibi nahamardır, onda sualtı qalxmaların sürəti dərin sahələrə nisbətən az
olur.
Bu dalğanın deformasiyasına səbəb olur ki, bu da hövzənin dayaz
Behruz Melikov
Behruz Melikov
Dostları ilə paylaş: |