sahələrində enerjinin toplanması ilə müşayət olunur. Dalğaların əsas baş hissəsi
sualtı dağın üstündə onun kənarlarına nisbətən yavaş hərəkət edir, o hissə elə bilki,
geri qalır. Əgər belə dalğa cəbhəsinə yüksəkdən baxsaq, onda görə bilərik ki,
həmin dalğa zirvəsi üzərində əyilmiş kimi olur. Ona görə də, Kamçatkanın
episentrdən çox uzaq olmasına baxmayaraq sunami dalğaları burada iri həcmli və
güclüdür, nəinki episentrə yaxın yerdəkindən. Bu dalğaların sualtı dağların üstündə
toplanmasının nəticəsidir.
Sunami dalğalarını qüvvətli külək dalğaları ilə müqayisə etmək olar. Onlar
yayılma sürətlərinə görə bir-birindən fərqlənirlər. Fırtınalı dalğanın təyin olunmuş
sürəti 0,8 küləyin sürətinə bərabərdir. Qüvvətli küləyin sürəti (8-10 bal) 20-30
m/saniyəyə bərabərdir. Deməli, fırtınalı dalğaların sürəti 60-90 km/saat
qiymətləndirilə bilər. Bu böyük sürətdir. Lakin, Sunamilərin sürəti bundan xeyli
çoxdur
(700-1000
km/s).
Fırtınalı
dalğanın
sürəti
100-150
m-i keçmir, sunamilərin sürəti isə 100-1000 dəfə bundan çoxdur. Eyni vaxtda
fırtınalı dalğaların hündürlüyü açıq okeanda 10-20 m-ə çatır, amma sunamilərin
hündürlüyü 1-3 metrdən hündür olmur. Deməli, fırtınalı dalğaların meylliyi min və
on minlərlə dəfə sunami dalğalarının hündürlüyündən çoxdur. ABŞ-ın və Alyaska
ş
tatının cənub-şərqində Lutuyya körfəzində qeyri-adi qüvvətli fəlakət baş
vermişdir. Sahilə təqribən 11 km -dən çox soxulmuş bu körfəzdə geoloq D.Müller
dağın döşündəki ağacların müxtəlif yaş fərqlərini görmüşdür. Ağacların
kötüklərindəki dairələrlə o hesablamışdır ki, son 100 ildə bu körfəzdə ən azı
dalğaların yüksəkliyi 100 metrdən çox olan 4 dəfə sunamilər baş vermişdir. D.Mül-
lerin nəticələrinə az inanılsa da, 1958-ci il iyulun 9-da bu körfəzdə baş vermiş
dəhşətli sunami dalğaları bu şübhələri dağıtdı. Hadisənin şahidlərinin
söylədiklərinə görə bu vaxt Körfəzdə lövbər salmış gəmilərdəki insanlar dəhşətli
təkandan yatacaqlarından yerə atılmışlar. Çölə çıxdıqda isə dəhşətli bir mənzərə
görmüşlər: dənizin suyu qalxmış, Lituyya buzlağındakı buzlar 900 m-ə qədər
yüksəklikdən buz və torpaq (süxur) kütləsi ilə sürüşərək körfəzin daxili hissəsində
suya düşmüşdür. Fəlakətin gəmilərin lövbər saldığı yerdən 10 km-lə aralı olmasına
baxmayaraq əks tərəfdəki sahildə insanların gözü önündə 500 m-ə qədər
Behruz Melikov
Behruz Melikov
hündürlükdə yaranmış iri dalğalar şimal tərəfdəki dağın yamaclarını altına almış,
sonra dalğa körfəzdə dövr edərək yamaclarda ağacları kökündən qoparmış,
dalğalar Kenotafiya adasının 50 m olan ən hündür nöqtəsindən aşmışdır. Bütün bu
qarışıq kütlə dar körfəzə soxularaq nəhəng (17-35 m hündürlükdə) dalğa əmələ
gətirərək, körfəz boyu yayılmış, şimal sahil dağlarının yamaclarını əhatə etmişdir
ki, nəticədə 600 m-ə qədər hündürlükdə qayalar bitkisiz çılpaq qalmışdır.
Təhlükə dərəcəsinə görə birinci sunami dalğaları fərqlənir. Sahil zolağında
fırtınalı dalğalar daha az dağıdıcı qüvvəyə malikdir. Sunami dalğalarının
hündürlüyü sahilə çatdıqda 40-50 m-ə çatır, fırtınalı dalğaların hündürlüyü sahil
zonasında 20-30 m-i ötür. Sunami dalğaları 10 m-ə çatdıqda daha çox təhlükəlidir,
nəinki, 20 m yüksəkliyə malik olan fırtınalı dalğa. Məsələ burasındadır ki,
fırtınalar sunamilərlə müqayisədə xeyli az uzunluğa və sürətə malikdir, bundan
ə
lavə onlar sahilə dağınıq zərbələr vurur ki, onların da hər biri sahil zonasının xırda
sahələrini əhatə edir. Sunami dalğaları çox böyük sürətlə vahid su axını (su divarı)
valı sahilə on kilomertlərlə və daha çox enində yaxınlaşır və bunun nəticəsində
sahilə bir anda nəhəng su kütləsi çırpılır.
Sahil sunami dalğalarının monolit kütləsi onun yüksəkliyi ilə, çox uzunluğu
ilə uyğunlaşan, həmçinin, böyük sürətli hərəkəti onun zərbəsini sahil zonalarındakı
tikililəri, reyddə durmuş gəmiləri basmasına imkan verirdi. Aydındır ki, insanlar
üçün dalğarın sahilə çatdığı ərazilərdə belə fəlakət törədən hadisələr baş verir.
Sürüşmələr. Bu tip sunamilər tez-tez baş verir. (bütün sunamilərin 7%-ə
qədəri). Belə sunamilərin baş verməsini aşağıdakı hadisə ilə izah etmək olar.
Belə hadisələr az hallarda baş verir və ona görə də buna etalon kimi
baxılmır. Lakin çay deltalarında belə sürüşmələr nisbətən tez-tez baş verir ki, onlar
da xeyli təhlükəlidir.
Vulkan püskürmələri ilə bağlı sunamilər 5%-ə qədərdir. Nəhəng sualtı
püskürmələr çox vaxt zəlzələ effekti yaradırlar. Qüvvətli vulkan püskürmələri
zamanı püskürülən material suda yayılır, eyni zamanda güclü dalğa yaranır.
Belə sunamilərə klassik nümunə kimi 1883-cü ildə Krakatau vulkanının
püskürməsi nəticəsində yaranmış sunami dalğalarını aid etmək olar. Krakatau
Behruz Melikov
Behruz Melikov
vulkanın püskürməsindən əmələ gəlmiş sunami bütün Hind okeanı sahillərində
müşahidə olunmuş, ümumilikdə 5000 gəmi məhv olmuş, 36 min insan ölmüşdür.
nsan fə aliyyə ti. Hazırda atom əsrində insanın əlində elə bir vasitə
yaranmışdır ki, o, öz istəyi ilə dəhsətli titrəyişlər yaradır. 1946-cı ildə ABŞ-da
dəniz laqunasında 60 m dərinlikdə sualtı atom partlayışı keçirmişdir. Onun gücü 20
min ton trotil ekvivalentinə bərabərdir. Bu partlayış nəticəsində yaranmış dalğa,
partlayış yerindən 300 m-lik məsafədə 28,6 m yüksəkliyə qalxmış, episentrdən 6,5
km məsafədə isə dalğanın hündürlüyü 1,8 m-ə çatmışdır.
Meteoritin və astoreoidin düş mə si nəhəng sunami əmələ gətirə bilə. Onlar
böyük düşmə sürətinə malik olduğu üçün, çox böyük genetik enerjiyə malik olur,
həmin enerji suya ötürülür ki, bu da sunami dalğası yaradır.
Külək böyük dalğa əmələ gətirə bilər (təqribən 20 m-ə qədər), amma belə
dalğalar sunami deyillər. Onlar qısamüddətli olur və sahildə su basması yarada
bilməz. Amma meteosunaminin yaranması, təzyiqin kəskin dəyişilməsi şəraitində
ola bilər. Belə hallar Boliar adalarında müşahidə olunur və buna oxşar hadisələr az-
az hallarda Xəzər dənizində baş verir.
Alimlər Yaponiya sahillərinə hücum edən dağıdıcı sunamilərin yaranma
səbəbini tapmağa çalışmışlar. Sakit okeanın qərbində Nankay çökəkliyinin altında
indiyə qədər aktiv olan nəhəng çat mövcuddur. Bu çat yer qabığına sərt bucaqla
daxil olaraq, daim onun ətrafına doğru yerdəyişərək, böyük su kütləsinin
uçulmasına səbəb olur. Bir qrup amerikan və yapon tədqiqatçıları Yaponiyanın
Cənub –Qərb sahillərində dərin sualtı çökəklikdə dənizin dibini tədqiq edərək,
zəlzələ zamanı əmələ gələn sunamilərin yaranmasına daha yeni izahatlar tapmışlar.
Sakit okeanın bu ərazisi özünün dağıdıcı sunamiləri ilə məşhurdur.1994-cü ildə
Tonankay rayonunda 8,1 ballıq amplituda ilə yaranmış bu sunami 1200 nəfər
insanın ölümünə səbəb olmuşdur.
Texas Ştatındakı Ostin Universitetinin bir qrup geoloq-alimi və onların dəniz
elmləri və texnologiya mərkəzindən yapon həmkarları dərinlikdə yerləşən Nankay
çökəkliyində üç təkrarlı tədqiqatlar aparmışlar. Alınmış məlumatlar ekspertlərə
belə bir suala cavab verməyə imkan verirdi ki, nə üçün okeanın altında olan bəzi
Behruz Melikov
Behruz Melikov
Dostları ilə paylaş: |