Nsan özü üçün nə varsa hava, su, maddi nemətlər, sənaye üçün xammal və



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə12/21
tarix08.04.2018
ölçüsü0,55 Mb.
#36768
1   ...   8   9   10   11   12   13   14   15   ...   21

Kontinental  çöküntülər  üzərində  quruda  yaşamış  müxtəlif  heyvanların 

skiletlərinə rast gəlinir. Bu cəhətdən Bakının Binəqədi kəndi yaxınlığında yerləşən 

göldə müxtəlif heyvan, quş sümükləri və bitki qalıqları ilə zəngin olan «Binəqədi 

qəbristanlığı» çox maraqlıdır. Burada aslan, qurd, kaftar, ayı, çaqqal, tülkü və bir 

çox  kiçik  yırtıcıların,  at,  donuz,  ceyran,  kirpi,  siçan,  dovşan,  quşlardan  –  qırğı, 

qaranquş, ördək və s. müxtəlif böcəklərin qalıqları tapılmışdır.  

Yer  qabığı  əsasən  üç  süxur  layından  –  çökmə  süxur,  qranit  və  bazaltdan 

ibarətdir. Yer qabığının daxili quruluşundakı fərqləri nəzərə alaraq onun tərkibində 

materik və okean tipli yer qabıqlar ayrılır. 

Materik  tipli  yer  qabığı  yalnız  materiklər  və  bir  sıra  böyük  adalar 

(Qrenlandiya, Madaqaskar və s.) üçün səciyyəvidir. Materik yer qabığı üç qatdan 

(mərtəbədən) ibarətdir. Üst qat çökmə süxurları əhatə edir. Bundan aşağıda qranit, 

onun altında isə bazalt qatı yerləşir. Platformada çökmə süxur qatının qalınlığı çox 

dəyişkəndir. 

Materik  tipli  yer  qabığının  ümumi  qalınlığı  platforma  düzənliklərində  30-35 

km, yüksək dağlıq qurşaqlarında 60-90 km-ə çatır. 

Yerin geoloji inkişaf mərhələlərində litosfer tavalarının üfüqi yerdəyişmələrini 

tədqiq  edən  alimlər  müəyyən  etmişlər  ki,  Yer  qabığı  materik  və  okean  tipli  yer 

qabığına  bölünür.  XX  əsrin  əvvəllərində  alman  alimi  A.Vaqnerin  işləyib 

hazırladığı «materiklərin dreyfi» nəzəriyyəsi diqqəti daha çox cəlb edir. XX əsrin 

60-cı  illərində  Dünya  okeanında  aparılan  geniş  miqyaslı  tədqiqatlar  nəticəsində 

Vaqnerin fərziyyəsinin ideya davamı olan yeni «Litosfer tavaları» nəzəriyyəsi irəli 

sürüldü. Bu fərziyyəyə əsasən Yer qabığı ilə üst mantiyadan ibarət olan, qalınlığı 

90 km ilə 250 km arasında dəyişən litosfer bütöv olmayıb dərinlik çatları vasitəsilə 

materik  və  okean  litosfer  tavalarına  bölünmüşdür.  Fərz  olunur  ki,  nisbətən  bərk 

olan  litosfer  tavaları  ərimiş  mantiya  maddələri  (astenosfera)  üzərində  yatırlar. 

Mantiyada və nüvədə ərimiş maddələrin yer səthinə və yerin mərkəzinə doğru şauqli 

yerdəyişməsi  baş  verir.  Səthə doğru qalxan  ərimiş  maddələr böyük təzyiq altında 

aşağıdan  litosferə  təsir  göstərir.  Belə  təzyiq  nəticəsində  litosferin  ən  nazik 

hissələrində  uzunluqları  100  km-lə  ölçülən  dərinlik  çatları  əmələ  gəlir.  Litosfer 

Behruz Melikov

Behruz Melikov




tavalarının  sərhəddi  okeanlarda  orta  okean  dağ  silsilələri  boyu,  quruda  isə  sıra 

dağlar  boyu  keçir.  Yer  kürəsindəki  vulkan  püskürmələri  və  zəlzələlər  də  əksər 

halda bu zonalarda baş verir.  

Vulkanların  püskürməsi  və  zəlzələlər  yer  kürəsində  ən  böyük  ekoloji 

böhranlar yaradan təbii hadisələrdir. Yer kürəsində litosfer tavalarının toqquşma və 

ayrılma zonalarında baş verən bu təbii hadisələr Avstraliya qitəsindən başqa bütün 

qitələri əhatə edir. Bu hadisələr təbii proseslər olsalar da, 10 minlərlə, milyonlarla 

insanı yurd-yuvasından edir, məhv edir, əraziləri lava, toz basır, zəhərli maddələrlə 

çirklənmə  baş  verir,  evlər,  binalar  uçur,  bir  sözlə  insanlara  milyonlarla, 

milyardlarla  manat  maddi  ziyan  dəyir.  Ətraf  mühit  korlanır.  Bir  sözlə  litosferin 

üstündə ekoloji tarazlıq pozulur. 

 

Behruz Melikov



Behruz Melikov


Mühazirə 9-10 

 

HIDROSFERIN VƏ DÜNYA OKEANININ EKOLOGIYASI VƏ 



MÜHAFIZƏSI 

Təbiətdə, insanın həyat və fəaliyyətində suyun rolu 

 

Su  Yer  kürəsində  ən  geniş  yayılmış  qeyri-üzvi  birləşmə  olmaqla  mühüm 

mineraldır. Su bütün həyat prosesinin əsası olub planetin hərəkətverici amili olan 

fotosintez  prosesinin  oksigen  mənbəyidir.  Planetimizin  su  ehtiyatları  1386  mln. 

km

3

-dir.  Onun  yalnız  2,5%-i,  yəni  35  min  km



3

-ni içməli  sular təşki  edir.  Bu  Yer 

üzərindəki  hər  bir  adama  8  mln.  m

3

  su  deməkdir.  Bu  böyük  rəqəm  olsa  da,  bu 



suyun 70%-dən çoxu buzlaqlarda toplanmış və onları istifadə etmək hələlik olmur. 

Planetimizdə  yayılmış  canlı  aləmin  hər  birinin  –  bitkilərdə  90,  heyvanarda  isə 

75%-ni su təşkil edir. Canlı orqanizmlər 10-20% su itirərsə məhv olar.  nsan susuz 

8 sutkadan artıq yaşaya bilmir. Orqanizmlər daxilində gedən mürəkkəb reaksiyalar 

ə

sasən  suyun  təsirilə  baş  verir.  Su  məhlulları  əksər  kimyəvi  elementlərin 



miqrasiyası  üçün  şərait  yaradır.  Suyun  iştirakı  ilə  orqanizm  daxilində  mürəkkəb 

reaksiyalar gedir. 

Təbii  sular  canlı  orqanizmlərlə,  litosfer  və  atmosferlə  mürəkkəb  qarşılıqlı 

ə

laqədə  olurlar.  Su  –  ən  «nəcib»  iqliməmələgətirici  amildir  və  bu  atmosferin  su 



buxarlarında  özünü  daha  fəal  göstərir.  Su  –  Yer  kürəsinin  relyefinin 

formalaşmasında  ən  vacib  əhəmiyyətə  malikdir.  Və  nəhayət  Su  –  insanların 

təsərrüfat fəaliyyətinin bütün sahələri üçün zəruridir – sənayeni, kənd təsərrüfatını, 

nəqliyyatı susuz təsəvvür etmək mümkün deyildir. 

Demək  lazımdır  ki,  bütün  coğrafi  kəşflərin  əksəriyyəti  dənizçilər,  dəniz 

səyyahları tərəfindən olmuşdur, kontinentlərin istifadəsi və əhali ilə məskunlaşması 

ə

sasən  su  yolları  və  ona  yaxın  yerlərdə  yaradılırdı.  ri  çayların  vadiləri  ilk  insan 



nəslinin məskənləri olmuşlar. 

 

 



Behruz Melikov

Behruz Melikov




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə