Nur təFSİRİ SƏKKİZİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,17 Mb.
səhifə41/91
tarix14.06.2018
ölçüsü3,17 Mb.
#48877
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   91

Nöqtələr


●Təfsir kitablarında ayənin nazilolma şəni haqqında müxtəlif fikirlər söylənilmişdir. Onlardan mühümlərini nəzərdən keçirək:

1. Bəziləri deyirlər ki, bu ayə Hənzələyə aiddir. Onun toy gecəsi cihad göstərişi verilmişdi. O, Peyğəmbərdən (s) icazə almaqla evinə getdi. Zifafdan sonra vaxt az olduğundan qüsl verməyib cəbhəyə yola düşdü və şəhadətə çatdı. Həzrət Peyğəmbər (s) buyurdu: “Mələklər ona qüsl verdilər.”

Allah həmin bir gecədən Hənzələyə bir övlad əta etdi. Tarixdə bu barədə ətraflı danışılır.1

2. Bəziləri bildirirlər ki, bu ayə münafiqlər haqqındadır. Onlar xalqla bir yerdə olduqda namaz qılır, təklikdə qaldıqda namazı tərk edirdilər.2

3. Başqa bir qrup bildirir ki, həzrət Peyğəmbərin (s) iş ardınca göndərdiyi bir dəstə öz şəxsi işlərinin ardınca getdi. Ayədə həmin məsələdən danışılır.

4. Belə bir fikir də var ki, ayə xəndək qazan müsəlmanlara aiddir. Onlar ailələrinə baş çəkmək üçün Peyğəmbərdən (s) icazə istəyirdilər.


Bildirişlər


1. Rəhbərə kömək üçün onun yanında qalmaq iman, onu tərk etmək nifaq və zəif iman nişanəsidir.

2. Həmfikirlik və məşvərət əsasında həll olunan təşkilat məsələlərində özünə güvənmək qadağandır.

3. İctimai həyatda rəhbərin varlığı və ona itaət zəruridir.

4. İman təslimçilik və itaətlə müşayiət olunmalıdır.

5. Rəhbərdən icazə alınması ədəb, ona təslimçilik rəhbər və nizama eşq göstəricisidir.

6. İctimai nizam və kütləvi işləri dəyərləndirmək lazımdır.

7. Bəzi məsələləri üstüörtülü demək lazımdır.

8. İslamda rəhbərlik məsləhət və mərhəmətlə müşayiət olunur.

9. Son söz rəhbərindir. (Cəmiyyətin ümumi məsələlərində Peyğəmbərin (s) xalq üzərində hakimiyyəti var.)

10. Rəhbər öz siyasətlərində həssas olmalı, həqiqəti görməlidir.

11. İlahi rəhbərlər üzrü qəbul edən və mehribandırlar.

12. Şəxsi işlər üçün Peyğəmbərin (s) icazəsi qadağanı götürür.

13. Ümumi işlərin gedişində hətta icazə ilə şəxsi məsələlərlə məşğulluq yaxşı deyil və bu hərəkətə görə üzrxahlıq lazımdır.

14. Peyğəmbərin (s) bağışlanma diləyi və duası qəbuldur.


Ayə 63:


﴿لَا تَجْعَلُوا دُعَاء الرَّسُولِ بَيْنَكُمْ كَدُعَاء بَعْضِكُم بَعْضًا قَدْ يَعْلَمُ اللَّهُ الَّذِينَ يَتَسَلَّلُونَ مِنكُمْ لِوَاذًا فَلْيَحْذَرِ الَّذِينَ يُخَالِفُونَ عَنْ أَمْرِهِ أَن تُصِيبَهُمْ فِتْنَةٌ أَوْ يُصِيبَهُمْ عَذَابٌ أَلِيمٌ﴾

Peyğəmbəri bir-birinizi çağırdığınız kimi çağırmayın. Şübhəsiz, Allah sizlərdən kimin xəlvəti, başqasının arxasında gizlənərək səhnədən qaçdığını bilir. Onun göstərişindən çıxanlar onları yaxalayacaq fitnədən və ya düçar olacaqları dərdli əzabdan qorxmalıdırlar.”



Nöqtələr


●“Təsəlləl” dedikdə xəlvəti aradan çıxmaq, “livaz” dedikdə başqasının arxasında gizlənmək nəzərdə tutulur. Münafiqlər bu sayaq hərəkət edirdilər.

●Ayənin mənası ilə bağlı dörd ehtimal var:

1. Peyğəmbəri başqaları kimi çağırmayın. Rəvayətdə oxuyuruq: “ya Məhəmməd”, “ya Əbül-Qasim” yox, “ya Rəsuləllah”, “ya Nəbiyəllah” deyə çağırın.”1 Digər bir rəvayətdə bildirilir ki, bu ayə həzrətin canişinlərinə də aiddir.2

2. Peyğəmbər sizi cihad və namaz kimi işlərə çağırdıqda, hökmən itaət edin, onun dəvətinə yüngül yanaşmayın.

3. Peyğəmbəri çağırarkən fəryad çəkməyin.”3

4. Peyğəmbərin nifrin və duası qəbuldur, ehtiyatlı olun!


Bildirişlər


1. İlahi rəhbərlik möhtərəmdir, yüksək məqama malikdir. Həm onun adını hörmətlə çəkin, həm də bütün vücudunuzla ona təslim olun. Güman etməyin ki, onu başqaları kimi çağırmaq olar.

2. Allahın rəsuluna itaətsizlik Allaha itaətsizlikdir. (Ayənin əvvəlində Peyğəmbəri (s) çağırmaqdan, sonunda Allaha qarşı müxalifətdən danışılır.)

3. Rəhbərliyin göstərişinə diqqətsizlik fitnə və əzabla sonuclanır.

4. Allah göstərişinə müxaliflik ya dünyəvi fitnə, ya da axirət əzabı ilə başa çatır.


Ayə 64:


﴿أَلَا إِنَّ لِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَالْأَرْضِ قَدْ يَعْلَمُ مَا أَنتُمْ عَلَيْهِ وَيَوْمَ يُرْجَعُونَ إِلَيْهِ فَيُنَبِّئُهُم بِمَا عَمِلُوا وَاللَّهُ بِكُلِّ شَيْءٍ عَلِيمٌ﴾

Agah ol! Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Şübhəsiz, O sizin nə düşündüyünüzü və Ona doğru qaytarılacağınız günü bilir. Belə ki, onlara nə iş gördüklərini bildirər. Allah hər şeydən agahdır.”



Bildirişlər


1. Allah hər şeyə malik, bütün fikir və niyyətlərdən agahdır. Beləsə, ona qarşı günah və nifaq əmrlərinə müxalifətin nə faydası?!

2. Allahın düşüncə və əməllərdən xəbərdarlığına iman insanı pislikdən saxlayan vasitədir.




FURQANSURƏSİ

(25-ci surə, 77 ayə)

On səkkiz, on doqquzuncu cüzlər,

“Furqan” surəsinin siması


Məkkədə nazil olmuş bu surənin 77 ayəsi var. Surənin birinci ayəsində Quran “Furqan” adlandırılır. “Furqan” dedikdə haqqı batildən ayıran nəzərdə tutulur. Surədə Quran “Furqan” adı ilə tanıtdırıldığından surə həmin adla adlandırılmışdır. Surədə müşriklərin bəhanələrindən, onlara verilən cavabdan, “Rəss” əshabı kimi qədim qövmlərin başına gələnlərdən, Qiyamətdə xalqın çəkəcəyi həsrətdən, təbiətdə tövhid və Allahın əzəmət nişanələrindən, möminlərin kafirlərlə müqayisəsindən danışan ayələr var. Amma surədəki ayələrin mühüm bir hissəsində “ibadur-rəhman” yəni Allahın həqiqi bəndələrinin xüsusiyyətləri haqqında danışılır. Bu mövzu surənin 63-cü ayəsindən sonunadək davam edir.

Ümid edək ki, uyğun ayələri oxuyub düşünməklə, bəyan olunan sifətlər əsasında rəftarımızı islah etməklə dünya və axirətdə ilahi lütflərdən faydalanmaq və behişti-əlaya daxil olmaq üçün zəmin yaradacağıq.



Rəhman və rəhim Allahın adı ilə


﴿بسم الله الرحمن الرحيم﴾

Ayə 1:


﴿تَبَارَكَ الَّذِي نَزَّلَ الْفُرْقَانَ عَلَى عَبْدِهِ لِيَكُونَ لِلْعَالَمِينَ نَذِيرًا﴾

Aləmlərə xəbərdarlıq olsun deyə Quranı - haqqı batildən seçən vasitəni bəndəsinə nazil edən kəs uca və bərəkətlidir.”




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə