Nur təFSİRİ SƏKKİZİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,17 Mb.
səhifə39/91
tarix14.06.2018
ölçüsü3,17 Mb.
#48877
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   91

Bildirişlər


1. İslam gələcəyin dinidir. Tarix möminlərin qələbəsi və kafirlərin məğlubiyyəti ilə başa çatasıdır.

2. Təzyiqlər və çətinliklər məyus etməsin deyə, məhrum möminlərə ümid verin.

3. Əhatəli haqq hakimiyyətin əldə edilməsinin açarı və ləyaqət rəmzi yalnız iman və saleh əməldir. Təkcə iman yox, imanla yanaşı saleh əməli olanlara qələbə vəd olunmuşdur.

4. Din siyasətdən ayrı deyil. Əksinə, siyasət və hökumət dinin hifzi üçündür.

5. Xalqa təbliğ və xalqın hidayəti yolunda qarşı tərəfi inandırmaq üçün tarixdən nümunələr bəyan etmək faydalıdır.

6. Haqq əhlinin sonda qələbəsi ilahi bir sünnədir.

7. İman əhlinin qələbəsi və hakimiyyətində məqsəd yer üzündə ilahi dini möhkəmləndirmək və kamil tövhidə, əmin-amanlığa çatmaqdır.

8. Tarixi hadisələrdə Allahın iradəsini görək.

9. İslam dini Allahın razı olduğu yeganə dindir.

10. Gerçək əmin-amanlıq din sayəsində əldə olunur.

11. İslam cəmiyyətindəki əmin-amanlıq ibadət üçün münasib şərait yardır. (İlahi vədlərin son məqsədi xaliscəsinə ibadətdir.)

12. İstənilən növ şirkdən uzaq ibadət kamil olur.

13. Salehlərin hökumətində də bir qrup yolunu azacaq.

Ayə 56:


﴿وَأَقِيمُوا الصَّلَاةَ وَآتُوا الزَّكَاةَ وَأَطِيعُوا الرَّسُولَ لَعَلَّكُمْ تُرْحَمُونَ﴾

Namaz qılın, zəkat ödəyin və peyğəmbərə tabe olun. Ola bilsin ki, sizə rəhm edilə.”


Ayə 57:


﴿لَا تَحْسَبَنَّ الَّذِينَ كَفَرُوا مُعْجِزِينَ فِي الْأَرْضِ وَمَأْوَاهُمُ النَّارُ وَلَبِئْسَ الْمَصِيرُ﴾

Heç vaxt düşünmə ki, kafirlər Bizi yer üzündə aciz və çarəsiz qoyarlar. Onların yeri oddur. Həqiqətən, çox pis sonluqdur.”


Nöqtələr


●İmam Sadiq (ə) bu ayəni tilavət edib buyurdu: “Fitrə zəkatı ayədəki zəkatın bir nümunəsidir və vacibdir.”1

●Ola bilsin ki, bu ayədə ötən ayədən sonra ortaya çıxan suala cavab verilmişdir. Soruşulurdu ki, müxaliflər bir bu qədər güclü ikən hansı əsasla Allah möminlərə yer üzünün hakimiyyətini vəd edir? Ayədə buyuruldu ki, şübhə etmə, müxaliflər yer üzünün heç bir nöqtəsində Allahın iradəsinə və yoluna maneçilik törədə bilməzlər. Düşmənlərin istək və gümanının əksinə olaraq, bir gün yer üzündə imam Mehdinin (ə) hökuməti qurulasıdır.2


Bildirişlər


1. Namaz, zəkat və ilahi rəhbərə itaət iman və saleh əməlin bariz nümunələridir. Ötən ayədə iman və saleh əməl sahiblərinə hakimiyyət vəd olundu.

2. İslamda ibadi, iqtisadi, siyasi məsələlər bir-birindən təcrid olunmayıb.

3. İlahi vədlər rahattələbliyə səbəb olmasın!

4. Allaha və Onun rəsuluna itaət ilahi rəhmətə yetişmək şərtidir.

5. Kafirlər çox qüdrətli olsalar da, Allahın dini ilə mübarizədə məğlubiyyətə uğrayasıdırlar.

Ayə 58:


﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لِيَسْتَأْذِنكُمُ الَّذِينَ مَلَكَتْ أَيْمَانُكُمْ وَالَّذِينَ لَمْ يَبْلُغُوا الْحُلُمَ مِنكُمْ ثَلَاثَ مَرَّاتٍ مِن قَبْلِ صَلَاةِ الْفَجْرِ وَحِينَ تَضَعُونَ ثِيَابَكُم مِّنَ الظَّهِيرَةِ وَمِن بَعْدِ صَلَاةِ الْعِشَاء ثَلَاثُ عَوْرَاتٍ لَّكُمْ لَيْسَ عَلَيْكُمْ وَلَا عَلَيْهِمْ جُنَاحٌ بَعْدَهُنَّ طَوَّافُونَ عَلَيْكُم بَعْضُكُمْ عَلَى بَعْضٍ كَذَلِكَ يُبَيِّنُ اللَّهُ لَكُمُ الْآيَاتِ وَاللَّهُ عَلِيمٌ حَكِيمٌ﴾

Ey iman gətirənlər! Sahibi olduğunuz qullar və sizin yetkinlik yaşına çatmayanlarınız (otağınıza daxil olmaq üçün) üç vaxtda sizdən icazə alsınlar: sübh namazından öncə, günorta libasınızı çıxardığınız vaxt və işa namazından sonra. Bu üç vaxt sizin üçün xəlvətə çəkilmə vaxtıdır. Qalan vaxtlarda icazəsiz daxil olmaq sizin üçün və onlar üçün günah deyil. Çünki onlar sizinlə daim get-gəldədir, bəzisi bəzisinin yanına daxil olur. Allah Öz ayələrini sizin üçün bu sayaq bəyan edir. Allah elm və hikmət sahibidir.”



Nöqtələr


●Əgər bir daha surəyə onun ilk ayələrindən başlayaraq nəzər salsaq, görərik ki, ayədə çirkin işlərin qarşısını almaq yolu göstərilmişdir. Məsələn, bildirilir ki, zinakar qadın və kişini insanların gözü qarşısında tənbeh edin; onların izdivacını məhdudlaşdırın; dörd şahid olmadan ittiham irəli sürənə səksən qamçı vurun, Peyğəmbərin (s) zövcəsinə böhtan atanları böyük əzab gözləyir; böhtan eşitdikdə ona qarşı çıxın; çirkin sözü yaymağı sevənləri böyük əzab gözləyir; şeytanın addımlarını izləməyin; pak qadınlara böhtan atanları böyük əzab gözləyir, çirkin söz sizə yox, xəbis fərdlərə aiddir, başqalarının otağına xəbərdarlıqsız daxil olmayın və “çıxın” deyildikdə qəbul edib qayıdın; kişilər və qadınlar naməhrəmə göz dikməsinlər; qadınlar öz zinətlərini göstərməsinlər, ayaqlarını yerə döyəcləməsinlər, subayların izdivacı üçün addım atın, yoxsulluqdan qorxmayın... Hazırkı ayədə bəyan olunur ki, insanın xəlvətə çəkildiyi saatlarda hətta övladlar və qullar da xəbərdarlıqsız otağa daxil olmasınlar. Bəli, bu göstərişlərdə məqsəd çirkin işlərin, vaxtsız yetkinliyin qarşısını almaq, abır-həyanı qorumaqdır.

Bildirişlər


1. Mömin valideynlər övladlarına dini hökmləri öyrətməyə məsuldurlar.

2. Valideynin yataq yeri ayrıca, övladların gözündən uzaq olmalıdır. Əks-təqdirdə, otağa daxil olmaq üçün icazəyə ehtiyac qalmazdı.

3. Uşaq və ya qul olmaq başqalarının otağına icazəsiz giriş üçün dəlil deyil.

4. Kişi günün müəyyən saatlarını həyat yoldaşı üçün ayırmalıdır.

5. Uşaqların da vəzifəsi var.

6. İslam həyat dinidir və bütün sahələri əhatə edir. Bu dində valideynin otağına daxil olmaq kimi xırdalıqları və ümumdünya hökumətin təşkili kimi mühüm məsələləri əhatə edən proqramlar var.

7. Uşaqlar paklığı ailə mühitində öyrənməlidirlər.

8. Uşaqların tərbiyəsinə və onlara İslam qaydalarını təlim etməyə yetkinlikdən öncə başlamaq lazımdır.

9. Evdə iş və çöl paltarı istifadə olunmamalıdır.

10. Günortadan sonra və iş arası istirahət faydalı və münasibdir.

11. Müsəlmanlar günün saatlarını namaz vaxtları əsasında tənzimləməlidirlər.

12. Bütün ilahi hökmlər hikmətə əsaslanır.



Ayə 59:


﴿وَإِذَا بَلَغَ الْأَطْفَالُ مِنكُمُ الْحُلُمَ فَلْيَسْتَأْذِنُوا كَمَا اسْتَأْذَنَ الَّذِينَ مِن قَبْلِهِمْ كَذَلِكَ يُبَيِّنُ اللَّهُ لَكُمْ آيَاتِهِ وَاللَّهُ عَلِيمٌ حَكِيمٌ﴾

Uşaqlarınız büluğ (yetkinlik) həddinə çatdığı vaxt öncə yetkinliyə çatmış böyüklər kimi (giriş üçün ) icazə almalıdırlar. Allah Öz ayələrini sizin üçün bu sayaq bəyan edir. Allah elm və bilik sahibidir.”




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə