Nur təFSİRİ SƏKKİZİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,17 Mb.
səhifə36/91
tarix14.06.2018
ölçüsü3,17 Mb.
#48877
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   91

Bildirişlər


1. Allah ilahi insanların əməllərinin nöqsanını aradan qaldırar və onlara kamil mükafat verər.

2. İlahi insanlar daim inkişaf edər, onların vücud yönümləri güclənər.

3. Mükafat verəndə əməldən üstün mükafat verin. (İslamda tövsiyə olunur ki, muzdu müəyyənləşdirin, amma həmin miqdardan artıq verin.)

4. Əgər dünyada alış-veriş qazancından keçsəniz, hesabsız axirət faydasına çatarsınız. (Hesabsız dedikdə bol və gözlənilməyən mükafat nəzərdə tutulur.)



Ayə 39:


﴿وَالَّذِينَ كَفَرُوا أَعْمَالُهُمْ كَسَرَابٍ بِقِيعَةٍ يَحْسَبُهُ الظَّمْآنُ مَاء حَتَّى إِذَا جَاءهُ لَمْ يَجِدْهُ شَيْئًا وَوَجَدَ اللَّهَ عِندَهُ فَوَفَّاهُ حِسَابَهُ وَاللَّهُ سَرِيعُ الْحِسَابِ﴾

Kafir olanların əməlləri biyabandakı ilğım kimidir. Təşnə (susuz) insan onun su olduğunu düşünər. Elə ki, sorağınca gəldi, onun bir şey olmadığını bilər. Amma onun hesabını əskiltmədən verən Allahı hazır gördü. Allah tez hesab çəkəndir.”



Nöqtələr


●“Qiə” dedikdə hamar və geniş yer nəzərdə tutulur. Çox susuz adama “zəman” deyilir. “Vəffa” dedikdə kamil, əskildilməmiş mükafat mənası anlaşılır.

Bildirişlər


1. İman əməlin qəbul şərtidir. İnsanın xoşbəxtliyi də imandan asılıdır. (Küfr əməlin puça çıxma səbəbidir.)

2. Kafirlərin əməlləri aldadıcıdır. Əməllərin görüntüsünə və zahiri sələrə yox, məqsədə diqqət yetirin.

3. Təlim-tərbiyədə misallardan, təşbehlərdən istifadə etmək faydalıdır.

4. Qiyamət həqiqətin üzə çıxdığı gündür.

5. Bütün insanların fitrətində xoşbəxtlik istəyi var. Bütün hərəkətlərdə məqsəd xeyirə çatmaqdır. Amma insanlar həqiqi xoşbəxtliyi tanıya bilmir, xəyal ardınca gedirlər.

6. Kafirlərin Qiyamətdə heç bir sərmayələri yoxdur.

7. İnsanın əqidəsindən əlavə, əməlləri də onun xoşbəxtliyini müəyyənləşdirən amildir.

8. Bir gün bütün insanlar Allaha inanasıdırlar.

9. Qiyamətdə insanlarla kamil, dəqiq və iti hesab aparılar. (Dünya hesabı isə ya dəqiq olmur, ya kamil olmur, ya da yubanır.)

Ayə 40:


﴿أَوْ كَظُلُمَاتٍ فِي بَحْرٍ لُّجِّيٍّ يَغْشَاهُ مَوْجٌ مِّن فَوْقِهِ مَوْجٌ مِّن فَوْقِهِ سَحَابٌ ظُلُمَاتٌ بَعْضُهَا فَوْقَ بَعْضٍ إِذَا أَخْرَجَ يَدَهُ لَمْ يَكَدْ يَرَاهَا وَمَن لَّمْ يَجْعَلِ اللَّهُ لَهُ نُورًا فَمَا لَهُ مِن نُّورٍ﴾

(Kafirlərin əməlləri) dərin və təlatümlü dəryanın zülməti kimidir. Böyük bir dalğa onun üstünü örtər. O dalğanın üstündən başqa böyük bir dalğa gələr və bu dalğanın üzərində bulud dayanar. Bu, iç-içə bir zülmətdir. Elə ki, əlini (qurtuluş üçün) çıxarar, kimsə onu görməz. Allah kimə nur verməsə, onun üçün heç bir nur tapılmaz.



Nöqtələr


●Adi və sıravi bir kafir İslamdan çox uzaq düşməyib və onun qayıdışına ümid var. İki nəfər arasındakı ötəri inciklik və tezliklə əldə olunan barışıq buna misal ola bilər. Amma küfr yolunda qan-tər axıtmış kafirlərin geri qayıdışı çox çətindir. Öz mövqeyində inadkarlıq göstərib haqqı təhqir edən, savaşlar qızışdıran, böyük büdcələr xərcləyən, ətrafına adam toplayan kafirlərin İslama dönüşü mümkünsüz görünür. Çünki belə bir insanın hər səyi zülmət dalğası üzərinə zülmət dalğası gətirir və küfr mövqeyini daha da möhkəmləndirir.

●Kafirlərin əməlləri qurtuluş yolu açmaq əvəzinə onları daha da azdırır, örtük üzərindən örtük olur.1


Bildirişlər


1. Nümunələr göstərərkən müsbət və mənfi nümunələrə müraciət olunmalıdır.

2. 35-ci ayədə ilahi nurdan danışıldıqdan sonra, bu ayədə küfrlə bağlı zülmət üzərindən zülmətdən söz açılır.

3. Möminin hər əməli nur, kafirin hər əməli zülmətdir.

4. Kafirlərin yaxşı əməlləri ilğım, pis əməlləri zülmətdir.

5. Elm və düşüncə insanı ilahi nurdan ehtiyacsız etmir. İlahi nurdan savay heç bir nur insanı xilas etmək gücündə deyil.

Ayə 41:


﴿أَلَمْ تَرَ أَنَّ اللَّهَ يُسَبِّحُ لَهُ مَن فِي السَّمَاوَاتِ وَالْأَرْضِ وَالطَّيْرُ صَافَّاتٍ كُلٌّ قَدْ عَلِمَ صَلَاتَهُ وَتَسْبِيحَهُ وَاللَّهُ عَلِيمٌ بِمَا يَفْعَلُونَ﴾

Görmədinmi ki, göylərdə və yerdə olan hər kəs, qanad çalan quşlar Allaha təsbih söyləyir və hər biri öz dua və təsbihini bilir?! Allah onların gördüyü işlərdən xəbərdardır.”


Ayə 42:


﴿وَلِلَّهِ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَإِلَى اللَّهِ الْمَصِيرُ﴾

Göylərin, yerin hökmü Allaha məxsusdur və qayıdış Ona doğrudur.”



Nöqtələr


●Ayə zahirən tərcümə olunduğu kimidir. Amma ayədəki “əlimə” feli Allaha da aid ola bilər. Bu halda ayə belə tərcümə olunmalıdır: “Allah bütün mövcudların dua və təsbihini bilir.”

●Quran mövcudların təsbihi, səcdəsi, ibadəti məsələsinə dəfələrlə işarə etmişdir. Bəzən bildirilir ki, siz onların təsbihini anlamırsınız.1 Bu ayələrdən məlum olur ki, elm və şüur təkcə insanlara aid deyil. Bəziləri mövcudların təsbihini təkvini, hal dili ilə təsbih kimi qəbul etsə də, ayələrin zahirindən belə görünmür.

●Allah-təala bu ayədə bir neçə dəfə dolayısı ilə insana xəbərdarlıq edib:

a) Göy və yerin mövcudları, quşlar Allaha təsbih halındadır. Nə üçün insan qafildir?!

b) Mövcudların təsbihi, həmd-sənası agahcasınadır. Nə üçün insanda qəlb iştirakı yoxdur?!

v) Quşlar pərvaz vaxtı dua və təsbih edir. Amma bəzi insanlar havaya qalxıb məzlumların başına bomba yağdırır, ya da qəflət və məstlik halında yaşayırlar!

●Rəvayətdə oxuyuruq: “İmam Sadiq (ə) sərçə səsi eşidib buyurdu: “Bu quş dua və təsbihə məşğuldur.”2

Bildirişlər


1. Təkcə özünüz haqqında düşünməyin, ətrafa nəzər salıb varlıq aləmində də düşünün.

2. Başqalarını doğru yola çağıran insan özü dərin baxışa malik olmalıdır. Həzrət Peyğəmbər (s) mövcudların təsbihini görürdü.

3. Varlıq aləmindəki mövcudlar arasında pərvaz halında olan quşlar Allaha daha çox diqqətlidirlər.

4. Bütün mövcudlar şüurludur, onların dua və təsbihi agahcasınadır.

5. Namaz o zaman dəyərli olur ki, namaz qılan şəxs nə dediyini və nə etdiyini bilsin.

6. Hər bir mövcudun namaz və təsbihi xüsusi bir şəkildədir.

7. Allah varlıq aləmindəki işlərin xırdalıqlarından xəbərdardır.

8. Varlıq aləminin həm hakimi var, həm də o, məqsədlidir.


Ayə 43:


﴿أَلَمْ تَرَ أَنَّ اللَّهَ يُزْجِي سَحَابًا ثُمَّ يُؤَلِّفُ بَيْنَهُ ثُمَّ يَجْعَلُهُ رُكَامًا فَتَرَى الْوَدْقَ يَخْرُجُ مِنْ خِلَالِهِ وَيُنَزِّلُ مِنَ السَّمَاء مِن جِبَالٍ فِيهَا مِن بَرَدٍ فَيُصِيبُ بِهِ مَن يَشَاء وَيَصْرِفُهُ عَن مَّن يَشَاء يَكَادُ سَنَا بَرْقِهِ يَذْهَبُ بِالْأَبْصَارِ﴾

Görmədinmi ki, Allah buludları aramlıqla qovur, sonra onlar arasında əlaqə yaradır və bir yerə yığır?! Görürsənmi, onların arasından yağış yağar və Allah səmadakı dağ kimi buludlardan dolu tökər?! Ondan istədiyinə (zərər) yetirər və istədiyindən (zərəri) götürər. Həmin buludun şimşəyi az qalır gözləri kor edə.”




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə