Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,36 Mb.
səhifə31/113
tarix25.06.2018
ölçüsü3,36 Mb.
#51422
1   ...   27   28   29   30   31   32   33   34   ...   113

Bildirişlər


1. Başqalarının azğınlıq və büdrəməsinə biganə qalmaq olmaz. (Kəhf əshabı öz qövmünün azğınlığına görə narahat idi.)

2. İlahi insanların ən böyük narahatlığı xalqın əqidə çaşqınlığıdır.

3. Əqidə məsələlərində təqlid məntiqsizdir. Əqidə seçərkən aşkar dəlilə istinad etmək lazımdır.

4. Şirk Allaha iftiradır və əsassızdır.

5. Yalan zülm, yalançı zalımdır. Allaha yalan aid edən kəs daha zalımdır.

● Ayə 16:


﴿وَإِذِ اعْتَزَلْتُمُوهُمْ وَمَا يَعْبُدُونَ إِلَّا اللَّهَ فَأْوُوا إِلَى الْكَهْفِ يَنشُرْ لَكُمْ رَبُّكُم مِّن رَّحمته ويُهَيِّئْ لَكُم مِّنْ أَمْرِكُم مِّرْفَقًا﴾

Müşriklərdən onların Allahdan başqa pərəstiş etdiyi tanrılardan uzaqlaşdığınız vaxt mağaraya sığının ki, Rəbbiniz sizin üçün Öz mərhəmətindən əta etsin sizin üçün işinizdə açılış qərar versin.”



Nöqtələr


● Bu sözlər Kəhf səhabələrinin rəhbərinin dilindən deyilir. O öz yanındakı gənclərə Allahın rəhməti ilə ümid verir.1

Bildirişlər


1. Həqiqi allahpərəst həm bütləri boşlayır, həm də bütpərəstlərdən uzaqlaşır.

2. Allahpərəstlər üçün müşriklər tərəfindən daim təhlükə var.

3. Tövhid fəzası olan mağarada yaşamaq şirk fəzası olan şəhərdə yaşamaqdan üstündür. Həzrət Yusif (ə) da öz növbəsində zindanı saraydan üstün tutdu.2

4. Allaha xatir qiyam qaldıran, cəmiyyətindən uzaqlaşıb hicrət edən kəs ilahi lütfdən bəhrələnir.

5. Çətinliklər ötəridir və asayiş üçün müqəddimədir.

● Ayə 17:


﴿وَتَرَى الشَّمْسَ إِذَا طَلَعَت تَّزَاوَرُ عَن كَهْفِهِمْ ذَاتَ الْيَمِينِ وَإِذَا غَرَبَت تَّقْرِضُهُمْ ذَاتَ الشِّمَالِ وَهُمْ فِي فَجْوَةٍ مِّنْهُ ذَلِكَ مِنْ آيَاتِ اللَّهِ مَن يَهْدِ اللَّهُ فَهُوَ الْمُهْتَدِي وَمَن يُضْلِلْ فَلَن تَجِدَ لَهُ وَلِيًّا مُّرْشِدًا﴾

(Əgər orada olsaydın) görərdin ki, günəş doğduğu vaxt onların sağına meyl edir, batdığı vaxt onları boşlayıb sola yönəlir. Onlar mağaranın geniş bir hissəsində qərar tutdular. Bu, Allahın ayə nişanələrindəndir. Allahın hidayət etdiyi kəs həqiqətən hidayət olmuşdur. Onun yoldan çıxardığı kəs üçün isə heç vaxt yol göstərən yardımçı tapa bilməzsən.”



Nöqtələr


● Kəhf səhabələrinin mağarası coğrafi baxımdan şimal-şərqdə yerləşirdi və günəş onu sonadək işıqlandırmırdı. Bu mağaranın harada olması barədə ixtilaf var. Bəziləri həmin mağaranın Dəməşq ətrafında olduğunu bildirirlər. Kəhf əshabı mağarasının İordaniyanın paytaxtı Oman şəhəri ətrafında olduğunu da iddia edənlər var. Qeyd olunan yerdə səhabələrin sayı qədər qəbir və divarda həkk olmuş it cizgisi var. Mağaranın yuxarı hissəsində qədim bir sövmiyə (rahib ibadətgahı) var. Orada müsəlmanlar məscid tikmişlər.1

Hər halda mağaranın xüsusiyyətləri ilahi rəhmət nişanələrindəndir. Ötən ayədə bununla bağlı vəd vardı.


Bildirişlər


1. Allah bəzən möcüzə yolu ilə yox, təbii şəkildə hifz edər. Kəhf əshabı da bu sayaq hifz olunmuşdur. Günəşin mağaranı birbaşa işıqlandırmaması, nəsim yelinin mövcudluğu, mağara ərazisinin genişliyi bu səhabələrin salamatlığı üçün zəruri olan amillərdəndir.

2. İman üçün tövfiq əldə olunması, müşrik qövmdən uzaqlıq, sadalanan xüsusiyyətlərə malik mağaraya sığınmaq yalnız Allahın istək və hidayəti ilə mümkün olan işlərdir.



● Ayə 18:


﴿وَتَحْسَبُهُمْ أَيْقَاظًا وَهُمْ رُقُودٌ وَنُقَلِّبُهُمْ ذَاتَ الْيَمِينِ وَذَاتَ الشِّمَالِ وَكَلْبُهُم بَاسِطٌ ذِرَاعَيْهِ بِالْوَصِيدِ لَوِ اطَّلَعْتَ عَلَيْهِمْ لَوَلَّيْتَ مِنْهُمْ فِرَارًا وَلَمُلِئْتَ مِنْهُمْ رُعْبًا﴾

(Əgər onlara baxsaydın) onları oyaq sayardın (çünki gözləri açıq idi). Halbuki onlar yuxuda idilər. Biz onları sağ sol tərəfə çevirərdik (ki, salamat qalsınlar). Onların iti pəncələrini mağaranın astanasında qoymuşdu (keşik çəkirdi). Əgər onlara baxsaydın, baş götürüb qaçardın. Başdan ayağa qorxuya bürünərdin.”



Nöqtələr


● “Məcməul-bəyan” təfsirinin yazdığına əsasən, “Kəlbuhum basitun ziraəyhi” cümləsi itin 309 il diri qalıb keşik çəkməsini göstərir.

Bəli, əgər Allah istəsə, bir hörümçək toru ilə mağarada Peyğəmbərini (s) qoruyar, kafirləri peşman edər. Ya bir mağarada oturub keşik çəkən itlə möminləri zalımların caynağından hifz edər.


Bildirişlər


1. İnsanın yuxuya getməsi Allahın nemətlərindən biridir.

2. Allah səbəb yaratdığı kimi, səbəbi aradan götürə bilər. Amil və təsirlərin dəyişməsi Allahın ayələrindəndir. (Allah Kəhf əshabı üçün bir neçə saatlıq yuxunu 309 il qərar verdi və həmin müddət ərzində onların gözü açıq saxlanıldı.)

3. Bəzən heyvanlar da ilahi məqsədli əmr alır. Heyvanların insan həyatında oynadığı rola qarşı diqqətsiz olmayaq.

4. Fərdləri onların forma və qiyafəsi əsasında tanımaq düzgün deyil. Övliya xalqın xoşlamadığı bir qiyafədə ola bilər. (Qiyafəni dəyişməklə qorxu yaratmaqda məqsəd övliyaların başqalarından hifzi ola bilər.)



● Ayə 19:


﴿وَكَذَلِكَ بَعَثْنَاهُمْ لِيَتَسَاءلُوا بَيْنَهُمْ قَالَ قَائِلٌ مِّنْهُمْ كَمْ لَبِثْتُمْ قَالُوا لَبِثْنَا يَوْمًا أَوْ بَعْضَ يَوْمٍ قَالُوا رَبُّكُمْ أَعْلَمُ بِمَا لَبِثْتُمْ فَابْعَثُوا أَحَدَكُم بِوَرِقِكُمْ هَذِهِ إِلَى الْمَدِينَةِ فَلْيَنظُرْ أَيُّهَا أَزْكَى طَعَامًا فَلْيَأْتِكُم بِرِزْقٍ مِّنْهُ وَلْيَتَلَطَّفْ وَلَا يُشْعِرَنَّ بِكُمْ أَحَدًا﴾

Aralarında bir-birlərindən soruşsunlar deyə onları bu sayaq oyatdıq. Onlardan biri dedi: “Mağarada) qədər qalmısınız? Dedilər: “Bir gün, ya günün bir hissəsi.” (Nəhayət) dedilər: “Burada qədər qaldığınızı Rəbbiniz daha yaxşı bilir. Aranızdan birini bu pulunuzla şəhərə göndərin ki, görsün hansı pak qidalar var sizin üçün ondan gətirsin. Bu işdə zirək olsun məbada kimsəni sizdən xəbərdar etsin!”




Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə